Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə419/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   415   416   417   418   419   420   421   422   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

247 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Yazıçı povestdə Cəlil bəyin taleyi ilə həyətdəki qarağac ağacının aqibəti arasında paralellik yaradır. 

“- Quruyur, - dedi, - dədəmin qarağaclarından qalan bir buydu, bu da quruyur. 

Hə, qarağacların kökü kəsilir. 



Cəlil bəy qışqırdı: 

Kəsilib eləmir! Niyə  kəsilir ki! ....qarağacların kökü hər yerdə  kəsilir. Yadıma gəlir, elə bizm 



meşədə nə qədər qarağac vardı. Hanı indi o qarağaclar? 

Görəsən bu qarağaclar niyə pöhrə vermir? 



Cəlil bəy yenə hirsləndi: 

Nə bilim!”  

Ağacın qurumağı  şərti mənada Cəlil bəyin ağalığının və ümumiyyətlə, bəyliyin sonuna, cəmiyyətdəki harmonik 

nizamın pozulmasına və milli dəyərlərin aradan qalxmasına işarədir. 

Ümumiyyətlə, Sabir Azəri yaradıcılığında torpağa bağlılıq hissi olduqca güclüdür. Bu hiss bu və ya digər şəkildə əksər 

əsərlərində özünü göstərir və yazıçının yaradıcılıq qayəsi ilə bağlıdır.  

İnsanın torpağa bağlılıq duyğusunun parlaq inikası  “Qartal yuvası” hekayəsində görünür. Bu hekayə milli özünüdərk 

probleminin təzahürü baxımından olduqca səciyyəvidir. Yazıçı insanın doğma torpağından, vətənindən aldığı tükənməz 

gücü qartalların nümunəsində izah edir. Yazıçıya görə  ən müzəffər qələbələrin müəllifi ana torpaqdır. Hekayənin adı da 

təsadüfi xarakter daşımır. Belə ki, qartalların düşmən üzərində  qələbəsinin, ucadan uçmasının sirri elə  məhz yuvaları ilə 

bağlıdır.  

Hekayədə Şahdağın əlçatmaz zirvələri və bu zirvələrin qartalları haqqında zalım padşahın doğma diyarımızı talan edib 

qartallarımızı məhv etməsi və yazıçının öz dövrü, ictimai-siyasi vəziyyət, sovet hakmiyyətinin Azərbaycanı işğal etməsi və 

qırğınlar törətməsi arasında aşkar uyğunluq mövcuddur.  

“...Eeeeh, bu dağda o qədər qartal vardı ki! İndi azalıblar. Yaman azalıblar qartallar. Niyə azalıblar? Başım çıxmır.  

Soltanağa dərindən ah çəkdi 

-Bizim dağların hamısında qartallar azalıb.”  

Sabir Azəri  oxucuya Sovet hakimiyyətinin həyata keçirdiyi qırğınların bir istiqamətli deyil, müxtəlif istiqamətli 

olduğunu sətraltı məna ilə çatdırır. Bu hekayədə sovet hakimiyyətinin imperialist siyasəti və 1937-ci il terror hadisələri ilə 

bağlılıq açıq şəkildə müşahidə olunmaqdadır. Yazıçı dövrü ilə bağlı təəssüratlarını, qənaətlərini təbii ki, birbaşa ifadə edə 

bilməzdi. Ona görə bu hekayədə fikirlər əfsanə şəklində çatdırılır və bir çox önəmli məqamlar qədim zamanlardakı padşah 

obrazı vasitəsi ilə  əks olunur. Yazılı  ədəbiyyatın folklor janrları ilə qarşılıqlı  əlaqəsi də sözsüz ki, ədəbiyyatda milli 

özünüdərkin inikası ilə bağlıdır. Hekayədə padşahın dilindən verilən aşağıdakı fikirlər olduqca səciyyəvidir. “Gözləri 

göylərə baxan, göylərdə qartallar görən elin oğlunu – qızını, deyirmiş, əsarətdə saxlamaq olmaz, əvvəl - axır, deyirmiş, bu 

oğul – qızlar da öz qartalları kimi zirvələrdə cövlan eləmək istəyəcəklər. Onda, deyirmiş o padşah, bu oğul – qızları aşağıda, 

lap yeddi arşın quyunun dibində lap ölüm də saxlayammaz.” 

 Bu 

kiçik 


hekayədə Sabir Azəri böyük mətləblərə toxunur. Əsərdə həmçinin vətən obrazı da vardır. Müəllif vətənin 

havasını, torpağını, ana ürəyini, sevgisini və qanla keçən canı, vətənpərvərlik ruhunu vəhdət şəklində təqdim edir. Harada 

olmağından asılı olmayaraq insana bu vəhdət, yəni vətən güc verir. Sabir Azəri həmçinin Sovet hakimiyyətinin işğalçı 

siyasətinin, törətdiyi terror hadisələrinin, mədəniyyətimizə  və milli kimliyimizə düşmən kəsilməyinin qanla gələn ruhu 

candan çıxartmaq üçün yetərsiz olduğunu göstərmişdir. 

 Ümumiyyətlə, 1937-ci il repressiyası Sabir Azərini ən çox narahat edən və düşündürən məsələlərdən biri olmuşdur. 

O, hələ  tələbə ikən dissident ruhlu gənc kimi, repressiyaların günahkarlarının cəzalandırılması haqqında düşünmüş və bu 

düşüncələri onun həbs olunması ilə  nəticələnmişdir. “Bütün sovet cəmiyyəti repressiya xofunun ucbatından divarları çat 

vermiş, hər an uçmağa hazır olan evə  bənzəyirdi.” “Tələbə  məhbusun etirafları” romanında keçmiş ittifaqın mahiyyətini 

şərh edərkən Sabir Azəri despotizmi, imperializmi tənqid edir və repressiyanın Azərbaycan xalqının suverenliyinə qarşı 

yönəldilmiş məqsədyönlü siyasət kimi dəyərləndirir. 

 

 



 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin