NƏSİMİNİN FƏLSƏFİ DİLİ
Gülcahan ADIGÖZƏLOVA
Qafqaz Universiteti
adigozelova90@mail.ru
Müdrik şərq dünyasının ayrılmaz hissəsi olan Azərbaycan dünya fəlsəfi fikirlərini zənginləşdirən Xətib Təbrizi,
Bəhmənyar, Nəsirəddin Tusi, Nizami Gəncəvi kimi şəxsiyyətlərin vətəni olmuşdur. Azərbaycanın böyük şair filosoflarının
fəlsəfi görüşləri qoca şərqin fəlsəfi məktəbinin bünövrəsi üzərində ucalmışdır. Azərbaycan hər dövrdə öz fəlsəfi baxışları ilə
seçilən böyük şəxsiyyətlər yaratmışdır.
XIV əsr Azərbaycan ədəbi-bədii dilinin görkəmli nümayəndəsi İmadəddin Nəsimi ümumən Azərbaycan mədəniyyəti
tarixində Azərbaycan - türk dilində fəlsəfi fikrin ən qabaqcıl tərənnümçüsü kimi şöhrətlənmişdir.Nəsimi Azərbaycan xalq
dilini ilk dəfə geniş dairədə ədəbi dil səviyyəsinə yüksəldən, Azərbaycan xalq dilinin bütün zənginliklərini duyub hiss edən,
|