II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
250
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
idi, bundan əlavə insanlar üçün normal iş şəraiti qurulmamışdı və üstəlik illik planlar normal göstəricilərdən qat-qat yüksək
qiymətləri əhatə edirdi, onda Muxtar Zahidovun nə üçün yeni işlərə razı olmadığını anlayırıq. Çünki, yeni sahə, yeni kolxoz
yeni problemlər və öhdəçiliklər demək idi və bu hədddindən artıq böyük məsuliyyət və yük idi.
İsa Hüseynov digər əsərlərində olduğu kimi «Bizim qızlar» povestində də insanları yalnız əmək prosesindəki
fəaliyyətlərini təsvir etməklə məhdudlaşmır. Yazıçı qəhrəmanlarının ailə-məişət həyatını da göstərməklə onları nümunəvi
şəxsi kimi təqdim etməyə nail olur. Minayə hələ lap gənc yaşlarından öz razılığı olmadan Niyaz adlı oğlanla nişanlandırırlır.
Lakin artıq yetkinlik çağına çatdıqda Minayə komsomol təşkilatçısı Ənvəri sevir və bunu məktubla Niyaza bildirir. Niyaz
da əsl sovet gənci kimi insanların öz seçim hüququnun olduğunu göstərir. O, Minayənin seçimini, fikrini normal qarşılayır.
Niyaz Moskvada təhsil alan çox mədəni və savadlı bir gənc kimi oxucuların rəğbətini qazanır. Bu da çox labüd səslənirdi.
Çünki, bu qədər doğru düşüncəli, düzgün qərarlar qəbul edən gənclər məhz sovet ideologiyasının mərkəzi sayılan Moskvada
yetişməli idi. Lakin tənqidçi Q.Xəlilovun da qeyd etdiyi kimi, Niyazi obrazında bir sünilik, rəsmlilik də yox deyil. Minayəni
saf təmiz hisslərlə sevən Niyazi, « həmin məhəbbəti rəsmi hörmət şəklində təqdim edir. Məhz buna görə də Niyazi surəti
bizim nəzərimizdə axıra qədər həyati olmayan müəyyən bir sxematik obrazdır».
Q.Xəlilov əsərdə sönük təsvir edilən Mirzəoğlu surətinin tamamilə artıq və yersiz olduğunu qeyd etmişdir. Doğrudan
da «köhnəpərəst», «yenilikdən az xoşu gələn» Mirzəoğlu surəti əsərin nə ideyasının açılmasına, nə də hadisələrin inkişafına
qətiyyən xidmət etmir. Bundan əlavə Q.Xəlilov əsərdə bəzi sözlərin və fikirlərin yerində işlənmədiyini söyləyir və bunu
misallarla isbat etməyə çalışırdı. Misal üçün «Sənəm xalanın oğluna qarşı məhəbbəti yenicə özünü büruzə verir», ya da
«sənə qarşı rəğbətim və hörmətim var» kimi cümlələrdəki «qarşı» sözü yerində işlənməmiş və tamamilə artıqdır.
M. Vəliyev qeyd edirdi ki, ««Bizim qızlar» povestində müəllif, yadından çıxarmışdır ki, sovet adamlarının coşqun,
yaradıcı əməyindən başqa gözəl arzuları, zəngin xəyalları, dərin və geniş mühakimələri, sevən qəlbləri qüvvətli səciyyələri
də vardır. Biz isə əsərdə Niyazi, Ənvər, Minayə və Muxtardan başqa fərdi səciyyəyə malik olan və bədii cəhətdən
mükəmməl işlədilmiş başqa surətlər görmürük». Sonunda onu da qeyd etmək yerinə deşərdi ki, «Bizim qızlar» povestinin
qəhrəmanları Minayənin manqasını təşkil edən qızlardır. Oxucu onların da fərdi–psixoloji keyfiyyətlərini görmək və onların
yaşadıqları arzularda yaşamaq istərdi. Çünki əsərin adı yalnız Minayənin adı ilə bağlanmayıb, bizim qızların fədakarlığını,
yenilməzliyini, mübarizliyini göstərmək üçün yazıçı ona bu adı seçib. Minayə bu qızların böyük zəhməti olmasa heç bir
uğur qazana, başlatdığı işin öhdəsindən gələ bilməzdi.
Dostları ilə paylaş: |