Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə426/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   422   423   424   425   426   427   428   429   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

251 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Nizaminin “Xosrov və  Şirin”ini ilə ortaq  cəhətlərdən biri  Nakamın “Fərhad və  Şirin”inin  ənənəvi başlıqlarının 

bənzərliyindədir. “Nət”, “minacat”, “Meraciyeyi-həzrəti-seyyid”, “İzhari pənah Əlihə əbrəkə səlavatullah”, “Səbəbi-təlifi-

kitab və ağazi dastani-Fərhad və Şirin” kimi başlıqlardan istifadə etməklə Nizaminin yolu ilə getmişdir. 

Nizaminin poemasında nəql olunan əhvalatlarla tarixi hadisələr çox üst-üstə düşür. Mövzusu tarixi gerçəkliyə 

əsaslanan “Xosrov və Şirin”in qəhrəmanları haqqında ilk məlumat verən mənbə “Təbəri Tarixi” adı ilə məşhur olan əsərdir. 

Nizami  əsəri yazmazdan əvvəl özündən öncə  qələmə alınan bütün mənbələri araşdırmış,  Əbülqasım Firdovsi Tusi, 

Əbdülməcid Mahmud Sənayi, Təbəri Tarixi və eləcə də onunla bağlı əfsanə və rəvayətlərdən də bəhrələnmişdir. Həmçinin, 

Nizami “Xosrov və Şirin”in Bərdədə də bir əlyazması olmasından bəhs etmişdir. 

                              Bərdədə bir kənara atılmış yazısı vardı, 

                              O yerin köhnə yaşlılarının tarixindən 

                              Mənə bu xəzinənamə məlum oldu. 

Nizami əsərində Fərhadı epizodik bir tip olaraq vermişdir. Məqsədi isə Xosrov və Şirin arasında eşqi, məhəbbəti  daha 

da gücləndirmək idi. Ancaq Nizamidən sonra yaşayıb-yaratmış olan bir çox şairlər türk əsilli Fərhadı özlərinə  qəhrəman 

seçmiş, əsərlərini o qəhrəmanın eşq macərası əsasında qurmuşlar: Arif Ərdəbili, Əlişir Nəvai, Lamii Çələbi, Mustafa ağa 

Nasir və s. İ.Nakam bu şairlərin yolu ilə gedərək Fərhadı əsərinin qəhrəmanı və əsas obraz kimi seçmişdir. Nakam özündən 

əvvəl yazılan  məsnəvilərdən bəhrələnməklə, onlara ixtisar və  əlavələr etməklə hadisələrin Fərhadın  ətrafında təsvirinə 

üstünlük vermişdir. Nakam Fərhadı Nizamidə  olduğu kimi Çin diyarından gəlmiş mühəndis kimi göstərmişdir.Onun əsərə 

gəlişi də hər iki məsnəvidə eynidir. Şirinin sürüsünün otlaqları sarayından çox uzaqda idi və südün gətirilməsi çox zaman 

alırdı.  Şirin südü həddən artıq  sevdiyindən bu işə bir əlac qılmağı tapşırır.  Ətrafındakılar ona Fərhad adında məharətli, 

qolu-qüvvəli bir mühəndisin bu işə çarə qılacağını məsləhət bilirlər. 

Fərhad  Şirinin  əmrini yerinə yetirmək üçün onun hüzuruna gəlir. Onlar elə ilk görüşdən bir-birilərinə vurulurlar. 

Nizamidə  Fərhad, Nakamda isə Xosrov aşiqlər arasında  əğyar obrazı kimi verilmişdir. Həmçinin,  Şirinin yolunda Fərhada 

qovuşmaqda onun qarşısını alan Məryəm, Şəkər kimi rəqib məşuqə obrazlarına da rast gəlinmir. Bundan başqa Nakam Şapur, 

Nəkisa, Barbəd kimi aşiqlərin arasında vasitəçi olan surətlərdən də istifadə etməmişdir.  Şirinin atının adında da Nakam 

dəyişiklik etmiş, Gülgünü Rəxşlə əvəz etmişdir. Həm Nizamidə, həm də Nakamda Məhinbanu Ərmən şahı kimi təqdim edilir, 

ədalət və səxavət saçan hökmdar qadın  obrazı kimi təsvir edilir. Ümumiyyətlə götürsək, məsnəvidə surətlərin sayının azlığı, 

hadisələrin, konfliktlərin sürətlə bir-birinə keçidi diqqəti daha çox cəlb edir. Belə ki, Nakam “Ağazi- dastani- Fərhad və 

Şirin”dən sonra, yəni məsnəviyə giriş başlığından həmən sonrakı başlıqda artıq Məhinbanunun təxti-padişahı Şirinə vəsiyyəti 

və ölüm səhnəsinin təsvirinə başlayır. Elə həmin başlıqda da Fərhad və Şirinin tanışlığı, bir-birilə görüşü verilir. Məsnəvini 

diqqətlə  nəzərdən keçirdikdə Nakam Fərhad surətinin təsvirinə geniş yer vermiş,  əhvalatları onunla əlaqələndirmişdir.Buna 

görə  Şirin obrazı arxa planda, kölgədə qalmışdır.  Əsərdə konflikt yalnız Xosrov obrazı vasitəsilə yaradılır. Halbuki Nakam 

özünəqədərki müxtəlif  əhvalat və motivlərdən bəhrələnməklə daha çox şaxəli sujet xətti qura bilərdi.  Əsərin nöqsanlı 

cəhətlərindən biri Xosrovun əsərdə birdən peyda olmasıdır. Xosrovun əsərə  gəlişi, onun Keyxosrov nəslindən olan bir şah 

olması, Fərhadın rəqibi olması və Şirini sevməsi, yəni əğyar obrazı kimi təsviri, bütün bu hadisələrin hamısını Nakamın cəmi 

dörd misrada ifadə etməsi əsərin məzmununa xələl gətirir.Həmçinin diqqət çəkən məqamladan biri şairin ərəb-fars sözlərindən 

istifadəyə geniş yer verməsi, hətta məsnəvisinin sonluğunu təşkil edən misraları farsca yazmasıdır. Bu baxımda şairin “Fərhad 

və Şirin”i dilinin qəlizliyinə görə Nakamın digər məsnəvisi olan “Məcnun və Leyli”dən fərqlənir. 

Nizaminin məsnəvisi ilə  bənzərlik təşkil edən cəhətlərdən biri hər iki şairin yazmış olduqları  əsərlərə  qəzəllərin daxil 

edilməməsidir. Nizaminin “Xosrov və  Şirin” məsnəvisinə  qəzəllər daxil etməsi barədə onun yaradıcılığını  tədqiq edənlər 

arasında fikir ayrılığı mövcuddur. Robert Dankoff Nizaminin məsnəvilərdə qəzəl formasına yer vermədiyini söyləyir.Ahmet 

Ateş onun bu fikrinə qarşı çıxaraq bildirir ki, Nizamidə qəhrəmanların ağzından söylənilən qəzəllər tamamilə məsnəvi şəklin-

dədir. Atəşin fikrinə görə Dankoff “məsnəvi şəklindəki” qəzəlləri şəkil baxımından dəyərləndirmiş, ancaq bu qəzəlləri lirizm 

ünsürü olaraq verməmişdir.Belə ki, klassik ədəbiyyatda geniş yayılan bu ənənənin istifadəsində  məqsəd məsnəvi vasitəsilə 

əhvalatları nəql etmək, qəzəllər vasitəsilə isə qəhrəmanın daxili aləmini, iç dünyasını canlı və dolğun şəkildə əks etdirmək idi. 

Robert Dankoff bunu “lirik partlama” adlandırmışdır. Ancaq Nakam bu ənənədən istifadə etməmiş, Nizaminin yolunu davam 

etdirmişdir. 

 “Fərhad və Şirin”in sonunda Şirin Fərhadın ona etdiyi vəsiyyəti yerinə yetirir, sevgilisini göz yaşları içində sonuncu 

dəfə bağrına basaraq onu torpağa tapşırır. Poema yarından ayrı düşən  Şirinin durmadan ağlaması, ah-zarının təsviri ilə 

bitir.Burda da bir fərqli məqam gözə çarpır. Nizaminin Şirini Fərhadı el adətincə dəfn etdikdən sonra onun qəbri üzərində 

bir günbəz ucaldır və həmin günbəzi ziyarətgaha çevirir. Həmçinin “Xosrov və Şirin”də “Fərhad və Şirin”dən fərqli olaraq 

Xosrov Fərhadı hiylə ilə öldürməsindən peşiman olur və Şirinə təəssüf məktubu yollayır. Əsərlər arasındakı diqqət çəkən 

fərqlərdən biri də Nizaminin “Xosrov və  Şirin”in “Fərhadın dastanı” adlı hissəyə verdiyi maraqlı sonluqdur ki, buna 

Nakamın poemasında rast gəlmirik. Nizami əsərin sonunda göstərir ki, Fərhad öldükdən sonra onun əlindən düşən 

külüngünün ağzı daşa, dəstəyi isə torpağa batır.Torpaq nəm olduğundan o dəstəyin yerində bir nar kolu göyərir. 

Beləliklə, Nizaminin “Xosrov və  Şirin”i ilə Nakamın “Fərhad və  Şirin” məsnəvisinin komporativ şəkildə  təhlilinin 

nəticəsi olaraq deyə bilərik ki, Nakam ustad şair Nizaminin yolu ilə getsə  də onu qətiyyən təkrarlamamış,özünəməxsus 

tərzdə,yaşadığı dövrün tələblərinə uyğun bir formada məsnəvi yazaraq ona yeni bir nəfəs vermişdir.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   422   423   424   425   426   427   428   429   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin