Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə434/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   430   431   432   433   434   435   436   437   ...   1149
 

 

ƏMİN ABİD QORQUDŞÜNASLIĞIN BANİSİKİMİ 

 

Könül HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 



huquq.f@mail.ru 

 

 «Kitabi-Dədə Qorqud»un Azərbaycanda da öyrənilməsinin zəngin tarixi vardır. O qədər qədim olmayan bu tarixin 

ziddiyətli və təzadlı mərhələləri də yox deyildir. 

Hər bir mərhələnin özünəməxsus xüsusiyyətləri olduğu kimi, özünəməxsus çətinlikləri, ziddiyyətləri də vardır. Lakin 

bütün bunlara baxmayaraq hər mərhələ «Kitabi-Dədə Qorqud»un Azərbaycanda öyrənilməsində yeni səhifə açmış, abidənin 

öyrənilməsi işinə töhfəsini vermişdir.  

«Kitabi-Dədə Qorqud»un öyrənilməsinin 1920-1956-cı illərini  əhatə edən birinci mərhələsi öz üzərinə daha böyük 

vəzifələri həyata keçirməyi qoymuşdu. Çətinliklərə, maneəçiliklərə, yasaq və qadağalara baxmayaraq həmin dövrün 

ziyalıları «Kitabi-Dədə Qorqud»u Azərbaycan xalqının yaddaşına qaytara bildilər. Onun ilk mətnini işlək qrafikaya çevirib 

xalqa çatdırdılar. Bundan əlavə, yenə  həmin dövrün tədqiqatçıları «Kitabi-Dədə Qorqud»un oğuz türklərinə  məxsus 

olduğunu, onun yaranma prosesində xalqımızın fəal iştirak etdiyini, bu abidənin Qafqazda yaşayan türklər tərəfindən 

yarandığını ilk dəfə olaraq əsaslı şəkildə irəli sürdülər. Geniş və müxtəlif tipli tədqiqatlarla Azərbaycan  qorqudşünaslığının 

əsasını qoydular. 

«Kitabi-Dədə Qorqud» haqqında ilk dəfə 1921-ci ildə Azərbaycan  Darülfünunda başlayan mühazirələr az sonra öz 

miqyasına görə genişləndi. Azərbaycana işləməyə  dəvət edilmiş bir çox rus və başqa millətdən olan şərqşünaslar qədim 

mədəniyyətlərdən danışarkən «Kutadqu-bilik»lə yanaşı, «Kitabi-Dədə Qorqud» barədə məlumat verir, bu abidənin türklərə 

məxsus olduğunu, onu öyrənmək zərurətini qeyd edirdilər Bakı Darülfünunun 1923-1924-cü ilin tədris hesabatlarında 

göstərilirdi ki, bir sıra fənlər üzrə mühazirə konspektlərinin hazırlanması başa çatmışdır. «Türk ədəbiyyatı artıq tədris olunur. 

Bu  ədəbiyyatın elmi proqramı  tərtib edilib başa çatdırılmışdır.  İndi bu fənn qədim oğuznamələrdən başlayıb sonrakı 

dövrlərin bütün ədəbiyyatını  əhatə edir». Göründüyü kimi, artıq ali məktəblər üçün hazırlanan proqramlara oğuznamələr 

barədə faktlar daxil edilir, onlar haqqında məlumatlar verilir, bu da ümumilikdə Azərbaycan  ədəbiyyatının qütblərinin 

müəyyənləşdirilməsinin ilk mərhələsi kimi əhəmiyyətli idi.  

Həmin istiqamət sonralar artan sürətlə davam etdirilirdi. Bu işdə ilk növbədə yenə Ə.Abid daha çox fərqlənirdi.Onun 

1926-1930-cu illər arasında «Kitabi-Dədə Qorqud»la bağlı yazdığı əsərlər,onlarda irəli sürdüyü fikirlər bu gün də öz elmi 

əhəmiyyətini itirməmişdir. Ümumilikdə  işə onlar «Kitabi-Dədə Qorqud»un öyrənilməsində yeni mərhələ yaratdığı kimi, 

Azərbaycan  ədəbiyyatının qədim dövrlərdən başlayıb mərhələlər üzrə öyrənilməsinin düzgün dövrləşdirilməsinə imkan 

vermişdir.  Ə.Abidin 1926-1930-cu illər arasında eposla bağlı apardığı araşdırmaları geniş  və çoxcəhətli idi. Bu fikrə 

aydınlıq gətirmək üçün həmin dövrdə Ə.Abidin yaradıcılığında xarakterik olan iki məsələyə münasibət bildirmək istərdik. 

Birincisi, odur ki, Ə.Abid prof.A.Samoyloviçə həsr edilmiş “Türk el ədəbiyyatına elmi bir baxış” məqaləsində elmi-nəzəri 

fikrin genişliyinə diqqət yetirir, bu gün oğuznamələrin klassik yaradıcılıq nümunəsi olduğunu sübut etmək üçün tədqiqatın 

özünün nəzəri səviyyəsi məsələsinin kifayət qədər olmasını vacib hesab edirdi. 

İkinci məsələ isə tədqiqat materiallarının zənginliyi, onun araşdırılan mətnin əsas cəhətləri və müddəalarını əhatə etmə 

zərurəti ilə bağlı idi. O, bu mülahizələrini «Əşirət dövründəki Azərbaycan  ədəbiyyatına aid vəsiqələr» («Azərbaycanı 

öyrənmə yolu»məcmuəsi, 1930, № 3) məqaləsində daha geniş  əks etdirmişdir.  Ə.Abid «Kitabi-Dədə Qorqud»a qədər 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   430   431   432   433   434   435   436   437   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin