Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə442/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   438   439   440   441   442   443   444   445   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

259 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

          Əsərin bir çox hissələrində  Həsənzadənin mərhum həyat yoldaşı ilə  dialoqu əks olunmuşdu Həsənzadənin həyat 

yoldaşı Xurşid ilə danışığı  əsəri daha təsirli edir. Xurşid dəfələrlə ona yenidən ailə qurmağı  təkidlə söyləsə  də, 

Həsənzadənin ona cavabı bu olur: “Sən mənim üçün həddindən artıq yaxşı olmusan. Bəlkə də ,mənim yerimə bir başqası 

olsaydı , sənin vəfatından bir-iki il sonra evlənərdi...Sən deyən kimi ,özünə təzə həyat qurardı... Mən bunu bacarmadım. 

Hər dəfə bu barədə düşünəndə... Yox , bu mümkün deyildi və  mən bu cür hərəkət etmədiyim üçün özümü məzəmmət 

eləmirəm!..Mən çəkdiyim əziyyətlərdən, məhrumiyyətlətdən narazı deyiləm”  

           Həsənzadə  mərhum həyat yoldaşının ruhu ilə görüşəndə  nə  qədər hüznlü və  kədərlidirsə , Nargilənin anası 

Nəzakətlə qarşılanda onda doğma balasına qarşı mehriban münasibəti yaratmaq naminə prinsipiallıqla silahlanır, ancaq 

Nargilə ilə rastlaşanda isə tamam dəyişir , gəncləşir, cavanlaşır . Əsərdə  Həsənzadənin qəlbini gəncləşdirən , onu 

tənhalıqdan qurtaran , xəyallara bürünmüş qaranlıq ömrünə  işıq saçan Nargilədir . Ana sevgisindən məhrum olan  , 

valideyn məhəbbətinə ,  adi insani ünsiyyətə belə möhtac qalan Nargilə  Həsənzadədə  həm də atalıq duyğusu oyadır.  

Həsənzadə ilə Nargiləni bir-birinə sanki ilahi bir ehtiyac bağlayır .  Nargilə ilk baxışda yüngül təbiətli görünsə  də , 

Həsənzadə bu görüntünün aldadıcı olduğunu başa düşür .  Nargilə  Həsənzadənin mənzilinə  gələndə sanki onun buz 

heykəli əriyib , yox olur. Əvəzində isə gözümüz qarşısında canlı insan, kişi , ata və valideyn obrazı canlanır. Həsənzadə 

Nargilənin məhəbbətinə hörmətlə yanaşaraq, onun qəlbini sındırmaq istəmir . Buna görə də Nargilənin “sevgi nağılını” 

övladın ataya olan məhəbbətinə çevirməklə sanki odun üstünə sərin su səpmiş olur. Həsənzadə gənc yaşlarında həyatdan 

küsdürülmüş  qızcığaz – Nargiləni  depressiyadan çıxararaq onu ürəyi həyat eşqi ilə döyünən insana çevirir, onun anası 

Nəzakəti isə Fərəcin köləliyindən azad edir. 

          Nargilənin anası ilə münasibətlərinin düzəlməsində Həsənzadənin rolu böyük olur. Həsənzadə sanki onun anasının 

gözlərini açır. Həsənzadə ona deyir: “ Uşağı dünyaya gətirmək hələ işin başlanğıcıdır Əsl məsələ onu böyütmək, insan 

arasına, həyata çıxarmaqdır.  Ərə getmək analıq hüququnu , analıq məsuliyyətini tapdalamaq,atasız, köməksiz bir qız 

uşağını illərlə dindirməmək, axırda da əsəblərini korlayıb qapılara salmaq demək deyildi” 

         Bir sıra şəxslər müəllif haqqında, əsər haqqında fikirlər  söyləmişdir. Yaşar Qarayevin İlyas Əfəndiyev və onun “Sən 

həmişə  mənimləsən”  əsəri haqqında fikirləri: “Yazıçı  İ.Əfəndiyev son illər nəsr sahəsində daha məhsuldar və  səmərəli 

işləmişdir. Onun povest və romanları ,xüsusən ,əxlaqi-psixoloji problemlərin qoyuluşu və  həlli sahəsində , müasir 

nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks etdirən əsərlərdəndir . Sevindirici haldır ki, İ.Əfəndiyevin son pyesi də bu 

nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır”. 

            Məhz buna görədir ki, “Sən həmişə mənimləsən” pyesi ədəbi həyatımızda yeni söz,müvəffəqiyyətli bir hadisə olub 

lirik, perspektivli dramaturgiya,müasir psixoloji teatr yaratmaq yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də  səslənə 

bilmişdir . 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin