II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
258
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Hər iki ədibin əsəri kiçik fərqlərlə eyni bu süjeti izləyir. Bədii ədəbiyyatın mövzusuna çevrilən bu süjetdə tarixi
həqiqətlər də öz ifadəsini tapmışdır ki, bu da Hüseynqulu xanın Bakını təslim etməsi və Sisiyanovun xanın adamlarından
biri tərəfindən öldürülməsi faktlarıdır.
Oxşar motivasiyalar:
Hər iki əsər nağıl motivləri əsasında yazılmışdır;
Başlanğıc motiv Mahnigarın cəsur və qəhrəman qız kimi təsvir olunmasıdır. At minib igidlərlə yarışan Mahnigar
igidlikdə özünə bərabər bir cavanla evlənmək fikrindədir;
Mahnigarı bir çox yerlərdən – Şəkidən, Gəncədən, Qarabağdan, Şamaxıdan, hətta İrandan belə istəyirdilə;.
Aslanı Mahnigarın əvvəlcədən özü seçməsi haqqında söz-söhbətin yayılması verilir,
Aslanın Sisianovu öldürməsi haqqında fikrini əvvəlcədən kimsə bilmir. “Ağ at və ağ çuxa” əsərində bunu yalnız
Mahnigar bilir.
Milli adət-ənənələrin, etoloji və etnoqrafik cizgilərin təsvirindəki oxşarlıqlar:
Hər iki əsərdə cıdır yarışının təsviri verilmişdir.
Özünə adaxlı seçən qız əli ilə toxuduğu çuxanı bəy oğlana bağışlayır.
Mahnigar və Aslan vətənə məhəbbətlərini şəxsi talelərindən üstün tuturlar.
Hər iki əsərdə eyni xanlıqların adı çəkilir – Qarabağ, Şirvan, Şəki, İran və s.
Üzə çıxarılan bu oxşar cəhətlər və əldə olunan faktlar bir daha düşünməyə əsas verir ki, Səməd Vurğun “Aslan qayası”
poemasını Seyid Hüseynin “Ağ at və ağ çuxa” hekayəsi əsasında yazmışdır.
Dostları ilə paylaş: |