Süjetlər arasındakı eyniyyət:
Bakı xanı Hüseynqulu xanın qızı Mahnigara bir çox xanzadələr, bəyzadələr elçi düşsələr də, heç kimə qəti bir cavab
verməzdi. Bir gün mahnigar elan edir ki, kim onun ağ atının tərkinə atlanaraq cıdır yarışında birinciliyi qazanarsa, öz əli ilə
toxuduğu ağ çuxa əhd-peyman nişanəsi olaraq ona bağışlayacaqdır. Ağ atı Aslan minir və yarışda qalib gəlir. Mahnigar ağ
çuxanı Aslana bağışlamış, üstəlik ağ atı da ona hədiyyə etmişdi.
Ruslar bakıya gəldikdə Hüseynqulu xan təslim olmaq istəmişdi. Lakin şəhərin qoşa qapısından çıxıb Sisyanovu
qarşılayaraq açarı ona təslim edərkən, rus generalı Aslan tərəfindən öldürülmüşdür.
Ruslar ikinci dəfə Bakıya ordu göndərdilər. Mahniyar sarayda əsir alınır. Bir gecə şəhərdə böyük həyəcan qalxır.
Aslan mahnigarı xilas etmək üçün təkbaşına saraya hücum edir. Ağ atın tərkinə alıb Mahnigarı qaçırır. At üz tutur
Buzovnaya sarı. Ruslar hər tərəfdən kəndi əhatə etmişdirlər. Xəzərin sahilində hündür qayanın üzərinə çatan atın gedəcəyi
yol qalmır. Sevgililər düşmənə təslim olmamaq üçün ağ at ilə bərabər Xəzərin qoynuna atılıb tələf olurlar. O gündən
qayanın adı “Aslan qayası” , yanındakı digər qayaya da “Muyniyar qayası” deyirlər.
|