II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
256
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
məlum oğuznamələri nəzərdən keçirib eposun yaranma bazasını müəyyənləşdirməyə cəhd edirdisə, bu müəllifin hər şeydən
əvvəl ilk mənbələrə diqqətli münasibətinin nəticəsi idi. Ə.Abid araşdırdığı bütün «Dədə Qorqud» hadisələrinə belə
dəqiqliklə yanaşır, onların ilk qaynaqlarını, törəmə yolları və mərhələlərini öyrənə-öyrənə dünəndən bu günə gəlirdi.
Ə.Abid bu kimi səmərəli,elm üçün yeni axtarışları ilə əsrin 20-ci illərində Azərbaycan qorqudşünaslığının əsasını qoydu.
«Kitabi-Dədə Qorqud» mətni hələ Azərbaycanda çap edilməzdən əvvəl Ə.Abid tərəfindən onun öyrənilməsinə başlandı. O,
bir-birinin ardınca bir neçə məqalə yazdı və ilk dəfə olaraq «Kitabi-Dədə Qorqud»un Azərbaycan xalqına məxsus olmasını
təsdiq edən dəlilləri ortaya qoydu.
Ə.Abid ilk dəfə olaraq «Ədəbiyyat tarixi»ni «Kitabi-Dədə Qorqud»dan başlamaq zərurətini irəli sürmüşdür. Ə.Abid
«Azərbaycan türklərinin ədəbiyyat tarixi» əsərində özü Azərbaycan ədəbiyyatını «Kitabi-Dədə Qorqud»dan başlamış və
əsər haqqında geniş tədqiqatını oraya daxil etmişdir. Ə.Abidin şəxsində Azərbaycan qorqudşünaslığı özünün yaradıcılıq
üçün zəruri funksiyaları həyata keçirdi, onun ilk nəzəri istiqamətlərini işləyib hazırladı. «Heca vəzninin tarixi» adlı
məqaləsində türk şeirində hecanın tarixindən danışarkən dastandakı qafiyəli nəsrdən (səs formasında) atalar sözü və
məsəllərə gedib çıxır, abidənin dil materialı əsasında heca vəzninin tarixini qədimlərə aparırdı.
Ə.Abid «Kitabi-Dədə Qorqud»la bağlı tədqiqatlarını dastanın mətni Azərbaycanda hələ nəşr edilməmişdən qabaq
yazıb ortaya qoymuşdu. Bu isə onun Drezden nüsxəsinin əlyazmasına yaxından bələd olduğunu göstərirdi. Güman ki,
Ə.Abid bu nüsxəni Türkiyədə təhsil alarkən ələ keçirib üzünü köçürmüş, həmin mətn əsasında da dastan haqqında iri həcmli
tədqiqat işi yazmışdır. Təəsüf ki, bu tədqiqatların bir hissəsi məhv edilib sıradan çıxarılmış, başqa bir hissəsi, həm də çox
kiçik bir qismi «Azərbaycan türklərinin ədəbiyyatı tarixi» əsərində hələ də çap olunmamış qalmışdır.
Qorqudşünaslığın Ə.Abid mərhələsi ilə bağlı vacib bir məsələni də qeyd etmək lazımdır. Bu da «Azərbaycan
türklərinin ədəbiyyat tarixi» əsərinin əlyazmasında onun «Dədə Qorqud» mətnlərindən istifadəyə verdiyi istinadlardır.
Buradan görünür ki, Ə.Abid «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsinin əlyazması əsasında bir nəşr hazırlamışdır və yeri
gələndə əsərlərində həmin nəşrə istinad etmişdir. Güman ki, bu eposun Ə.Abid tərəfindən hazırlanıb, lakin nəşr edə
bilmədiyi əlyazması idi. Şübhəsiz ki, onun tapılıb üzə çıxarılması qorqudşünaslığımız üçün mühüm tapıntı olardı.
Dostları ilə paylaş: |