Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə432/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   428   429   430   431   432   433   434   435   ...   1149
 

 

 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV VƏ MİLLİ İDEOLOGİYA SƏVİYYƏSİNƏ 

YÜKSƏLDİLMİŞ MÜQƏDDƏS AZƏRBAYCANÇILIQ MƏFKURƏSİNİN TƏDQİQİ VƏ 

TƏHLİLİ 

 

İradə ƏLİYEVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



almare@box.az 

 

"Dövlət, ölkə  nə  qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya 



mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların 

ümumi vətənidir. Azərbaycanlı  sözü bizi həmişə birləşdirir" 

Heydər Əliyev 

 

Xalqımızda yaşanan və yaşadılan azərbaycançılıq məfkurəsi dünya azərbaycanlılarının bir ideya, eləcə də ideologiya 

istiqamətindəki fəaliyyətində olduqca zəruri və  həssas amil kimi qiymətləndirilməkdədir. Azərbaycançılıq vahid və 

bölünməz Vətən, birlik və həmrəylik, dünyanı tanımaq və dünyaya öz milli "mən"inlə tanınmaq deməkdir. Belə ki, dünyaya 

səpələnmiş 50 milyonluq Azərbaycan xalqının bu məfkurə ətrafında birləşməsi milli həmrəyliyin yaranmasında ümdə rola 

malikdir. Azərbaycançılıq amili eyni zamanda birləşdirici bir məfhum kimi qəbul olunur. Bu amil də ondan irəli gəlir ki, 

azərbaycançılıq mövcudluğu  ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdəki bütün insanlar birləşib və 

Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılığı birləşdirici, vəhdət yaradıcı bir ideya kimi dəyərləndirirlər. Bu 

baxımdan, azərbaycançılıq ideologiyası demək olar ki, xalqımızın bütün spektorunu özündə ehtiva edir.

 

Dünya azərbaycanlılarını birləşdirən ideologiyaya müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi məhz 

xalqımızın dahi şəxsiyyəti Heydər  Əliyevin tarixi xidmətidir. Lakin burada tarixi faktlar da mövcuddur ki, onları 

səhifələdiyimiz zaman bir çox maraqlı  məqamlara vo dəlillərə istinad etmək mümkün olur. Belə ki, qədim dövrlərdən 

başlayaraq bu günümüzə  qədər Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini, polietnik zənginliyini 

özündə yaşadan və birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq məfkurəsi özündə əhəmiyyətli təşəkkülünü tapmışdır.  

Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin hansı səviyyədə azərbaycançı olması, milli ideologiyamızın inkişafı, həyata 

keçirilməsi tarixindəki rolu barədə fikirləri araşdırarkən, eyni zamanda daha bir mühüm gerçəkliyi xatırlamaq kifayət edər 

ki, O, məfkurə olaraq meydana çıxandan bəri azərbaycançılıq idealarına bir millətin müqəddəratını  təyin edəcək qədər 

rəsmi məzmun-mündərəcə vermiş dahi kimi tariximizdə müstəsna yerini tutub. Azərbaycançılığın tarixi isə,  əslində, 

Azərbaycan xalqının tarixi qədər qədimdir. Hər  şeydən  əvvəl ona görə ki, bu və ya digər xalq etnos özünün ümummilli 

məfkurəsini -həyat fəlsəfəsini bütün mövcudluğu boyu formalaşdırır. Bu zaman tarixin elə bir dövrü gəlir ki, xalqın böyük 

mütəfəkkirlərində təmsil olunan idrakı uzun əsrlər ərzində təbii şəkildə formalaşmış həmin özünəməxsus məfkurəni formulə 

edir. Bu baxımdan, qənaətə gəlmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin ümummilli lider mövqeyinə yüksəlməsi ilə 

tariximizdə yeni dövr - azərbaycançılıq ideologiyası təməlində milli məfkurə dövrü başladı.

 

Heydər Əliyevin tarixi xidmətləri fonunda azərbaycançılıq məfkurəsinin formalaşması davamlı təhdidlərin, ölkəmizi 

etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Beləliklə, Heydər Əliyev 

nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsivasını  həyata keçirdi, eyni zamanda, Azərbaycan 

vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli 

təlim - azərbaycançılıq ideologiyasını da yaratdı. 1993-cü ildə Ulu Öndər Heydər  Əliyev hakimiyyətə  gələndə xalqı 

səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli- mənəvi dəyərlərini qoruyub saxlayacaq, yönəldəcək 

milli sistem və ideya da ortaya qoyulmamışdı. Keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   428   429   430   431   432   433   434   435   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin