II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
253
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ƏLİŞİR NƏVAİNİN “FƏRHAD VƏ ŞİRİN” POEMASINA NİZAMİ GƏNCƏVİNİN
“XOSROV VƏ ŞİRİN” VƏ DİGƏR POEMALARININ TƏSİRİ
İnci NAĞIYEVA
Qafqaz Universiteti
nagiyeva_80@mail.ru
Əlişir Nəvai böyük özbək xalqının orta əsrlərdə yetirdiyi sənətkarlae içərisində dünyada şöhrət qazanmış, bütün yaxın
şərq xalqları tərəfindən sevilən, alim, mütəfəkkir, bacarıqlı dövlət xadimi və mədəniyyət hamisi kimi tədqiq edilən görkəmli
şəxsiyyətdir.
Əlişir Nəvainin zəngin bədii yaradıcılıq iris var. Onun türkcə yazılmış dörd divanı, qəsidələrdən ibarət farsca bir divanı,
“Xəmsə” si, elmi-fəlsəfi bir çox əsərlərin və s. mövcuddur.
Əlişir Nəvai ilk türk dilli “Xəmsə” nin əsasını qoyub. Ümumiyyətlə, xəmsə dedikdə isə şərqdə və dünyada ilk xəmsə
müəllifi kimi Nizami Gəncəvi xatırlanır. Bir çox klassiklərtək Ə.Nəvai də Nizami qalaktikasının orbitindən kənara çıxmağı
bacarmamışdır və fikrimizcə, Nizami sənətinə bdii düşüncəsinə, həyatı əksetdirmə üsullarına vurğunluğun təcəssümü olaraq
yazdığı “Xəmsə” sində hətta poemalara verilən adlarda belə uyğunlğu müşahidə edirik. Məsələn:
1. “ Heyrətül-əbrar ” – “ Sirlər xəzinəsi ”
2. “ Fərhad və Şirin ” – “ Xosrov və Şirin ”
3. “ Leyli və Məcnun ” – “ Leyli və Məcnun ”
4. “ Yeddi səyyarə ” – “ Yeddi gözəl ”
5. “ Səddi İsgəndər ” – “ İsgəndərnamə ”
Əlişir Nəvainin ürəkləri fəth edən söz ordusu Nizami Gəncəvinin əsərlərindəki mövzu və ideya, həyata ictimai-fəlsəfi
münasibətlərə yanaşma, dövlət, hakimiyyət, cəmiyyətin ədalətlə idarə olunması, qəhrəmanlıq, məhəbbət-romantik
duyğuların tərənnümü və digər cəhətləri öz içərisinə alaraq dahi sənətkarın xatirəsini əbədiləşdirilmişdir.
Əlişir Nəvainin yaradıcılığında “ Xəmsə ” mühüm yer tutursa “ Xəmsə ” yə daxil olan poemalar içərisində “ Fərhad və
Şirin ” mərkəzi əhəmiyyətə malik sənət əsəri olraq nəzər-diqqəti cəlb edir.
Poemanın əsl qəhrımanı Fərhaddır. Şair bütün arzularını bu surətin mübarizəsində əks etdirib, bu ideal insanın
faciəsində göstərir. Ədəbiyyatımızda Fərhad surəti Ə.Nəvai ilə başlamır. Hələ Nəvaidən üç əsr əvvəl yaşamış dahi
Azərbaycan şairi N.Gəncəvi “ Xosrov və Şirin ” adlı poemasında əsərin əsas qəhrəmanı olan Xosrova qarşı duran əməkçi
insan surəti olaraq Fərhadı seçmişdir. Bu obraz öz səmimiliyi, qoçaqlığı, mərdliyi, məhəbbəti uğrunda hər əzaba qatlaşmağı,
tamahkar olmamağı əməyə olan məhəbbəti ilə diqqəti o qədər özündə cəmləşdirir ki, N.Gəncəvidən sonra Əmir Xosrov
Dəhləvi, Arif Ərdəbili, Marağalı Əşrəf bu surəti dəfələrlə işləmişlər.
Poemadakı əsas surətlər demək olar ki, eynilə saxlanılıbdır. Əlbəttə, burada Ə.Nəvainin fərqli düşüncələri, şəxsi
təfəkkürünün məhsulu olan bir çox fərqli münasibətlərə meydan verib.
Əsərin ənənəvi girişlə başlaması, Fərhadın Nizaminin bir çox qəhərmanları: Məcnun, İsgəndər, Bəhram kimi nəzir-
niyazla doğulması diqqətimizi poemaların oxşarlığına çəkən ilk məqamdır. Ə.Nəvainin Fərhadı da ədəbiyyatdakı ilk Fərhad
kimi üzərində bütün ideal xüsusiyyətləri toplayır. Onon ilk mühüm məziyyəti tişə və külüng işlətməyi sevməsində və
bacarmasındadır. Fərhadən əməyə olan məhəbbəti onun əməkçi insanlara olan məhəbbətinin əsasını təşkil edir. Fərhad
Ərmən Zəminə gəldiyi zaman ağır zəhmət ilə arx qazıb sərt qayalar döşündən yol açmaq istəyən camaatı gürdükdə onlara
qoşulur. N.Gəncəvinin qəhrəmanı kimi Ə.Nəvainin Fərhadı da dağları yararaq arxı təkbaşına çəkib sona çatdırır.
Fərhad sevən bir gəncdir. Şair onu Şirin uğrunda sadiq,vəfalı, və fədəkar bir sevgili olaraq tərənnüm edir. Bu sevgi o
qədər güclüdür ki, Xosrovun hiylə işlədərək Şirinin ölüm xəbərini ona çatdırtdığı zaman dünya ona dar gəldi yaşamaq
mənasızlaşdı:
Əvvəl varlığını talan eylədi,
Gözündə aləmi zindan eylədi,
Çırpdı vücudunu o, sal daşlara,
Qıydı varlığına dərdli biçarə.
Ə.Nəvainin “ Fərhad və Şirin ” poemasında yalnız “ Xosrov və Şirin ” poemasının deil, digər poemaların da təsirini
görmək mümkündür.
N.Gəncıvinin “ İsgəndərnamə ” poemasında İsgəndər – orta çağların arasıkəsilməz müharibələrindən, günahsız
insanların qətl və qarətindən, zalım şahların ədalətsizliyindən təngə gəlmiş, usanmış bir mütəfəkkirin, dahi bir şairin etirazı,
bədii sözün gücü ilə göstərdiyi maneədir. İsgəndər bu baxımdan Nizaminin sevə-sevə qələmə aldığı ideal qəhrəmandır.
İsgəndər elmə, savada, ədəbiyyata maraqla və ehtiramla yanaşan surətdir. O, bir çox dünyada tanınmış maraqlı kitabları
yunan dilinə tərcümə etdirir və dünyanın tanınmış alimləri ilə xəlvətə çəkilib elmə, savada yiyələnir.
Ə.Nəvai “ Fərhad və Şirin ” poemasında baş qəhrəmanı – Fərhadı Yunan elinə aparır və o, İsgəndər tilsimini sındırıb
Sokratın yanına qalxır:
|