edilmiş, əsərlərindən nümunələr gətirilmişdir.
“Sabirin Azərbaycan ədəbiyyatında yeri” adlı Sabir yardıcılığına dair monoqrafıyanın müəllifi olan Ə.Yurdsevər
şairin yaradıcılığını geniş tədqiq etmişdir. Yurdsevərin bu əsəri mühacirət ədəbiyyatşünaslarınm Sabir yaradıcılığı haqqında
yazdıqları dəyərli əsərlər sırasındadır. Monoqrafiya “Sabirin tərcümeyi-halı”, “Sabirin sənət haqqında görüşləri”, “Sabirin
siyasi görüşləri”, “Sabirin sosial görüşləri” adlı hissələrdən ibarətdir. Əsərin şərhlər bölməsində şairlə bir dövrdə yaşayıb-
yaradan qələm sahibləri, görkəmli şəxsiyyətlər haqqında məlumatlar öz əksini tapmışdır.
Dramaturgiyamızın janr xüsusiyyətləri, teatrımızda gedən inkişaf və dəyişikliklər, görkəmli dramaturqlarımızın
yaradıcılığından “Azərbaycan dram ədəbiyyatı” adlı əsərində bəhs etmişdir. Ə.Yurdsevərin fıkrincə modern ədəbiyyatın ən
kəskin silahı ictimai həcvdir. Bunun da ən qüvvətli ifadə şəkli dramdır. Buna görə də o, dramatik növə yüksək dəyər verirdi.
“Azərbaycan dram ədəbiyyatı” əsərində M.F.Axundzadə, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundzadə
kimi ədiblərin yaradıcılığından bəhs etmişdir.
1950-ci ildə Ankarada nəşr edilmiş “Mirzə Fətəli Axundzadəninhəyatı və əsərləri” adlı kitabında M.F.Axundzadə
yaradıcılığına böyük dəyər verən tədqiqatçı onu “Azərbaycan ədəbiyyatının gerçək və ən qüvvətli qurucusu” adlandırmışdır.
|