Microsoft Word Materiallar Full


İSMAYIL BƏY NAKAMIN "FƏRHAD VƏ ŞİRİN" MƏSNƏVİSİNDƏ XƏMSƏ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə425/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   421   422   423   424   425   426   427   428   ...   1149
İSMAYIL BƏY NAKAMIN "FƏRHAD VƏ ŞİRİN" MƏSNƏVİSİNDƏ XƏMSƏ 

ƏNƏNƏSİNDƏN İSTİFADƏNİN  FORMA VƏ ÜSULLARI 

 

İlahə HACIYEVA  

Azərbaycan  Dillər Universiteti 



ilahe_h@rambler.ru

 

 

Öz yaradıcılığında nəzirəçilik ənənələrini qoruyub saxlayan və bu ənənəni  məharətlə davam etdirən  şairlərdən biri də 



XIX əsrdə yaşayıb-yaratmış ustad sənətkar İsmayıl bəy Nakam olmuşdur. İ.Nakam nəzirəçilikdə üstünlüyü məsnəvi janrına 

verərək dahi şairimiz Nizami Gəncəvinin  “Xəmsə”sinə nəzirə yazmaq fikrində olmuş, lakin şairin üç poemasına cavab yaza 

bilmişdir. Belə ki, “Sirlər xəzinəsi”nə cavab olaraq “Gəncineyi ədəb”, “Xosrov və Şirin”ə nəzirə kimi “Fərhad və Şirin”i və 

“Leyli və  Məcnun” poemasına cavab “Məcnun və Leyli”ni yazmışdır. Bu məqalədə isə Nizaminin “Xosrov və  Şirin” 

məsnəvisi ilə ona nəzirə olaraq yazılan  İsmayıl bəy Nakamın “Fərhad və Şirin” məsnəvisinin müqayisəsi, onların  fərqli və 

ortaq cəhətlərinin ortaya çıxarılması dayanır. 

Əsərlər arasında birinci fərq onların yazılma səbəbində özünü göstərir. “Xosrov və Şirin”i Nizami 1180-1181-ci illərdə 

Atabəylər dövlətinin hökmdarı  Məhəmməd Cahan Pəhləvanın xahişi ilə yazmışdır. Yəni Nizaminin bu əsəri nəzmə 

çəkməsini ondan hökmdar xahiş etmişdir. 

 “Fərhad və  Şirin”i yazmaqda İ.Nakamın məqsədi isə özünün ustad müəllimi adlandırdığı Nizaminin “Xəmsə”sinə 

cavab olaraq beşlik yazmaq niyyəti idi. Ancaq o, bu niyyətini başa çatdıra bilmədi. Nizami “Xəmsə”sini üç məsnəvisi ilə  

cavablandırdı, vəfasız ömür şairin bu istəyini ürəyində qoydu. “Fərhad və Şirin”in yazılma səbəblərindən digərini isə biz 

əsərdə şairin öz dili ilə verdiyi parçada açıq-aydın şəkildə görə bilərik. 

                               Edib filcümlə kəşfi-razi mübhəm, 

                               Qılıb bir şəmmə halimdən bəyan həm. 

                               Sizə Fərhad halın şərh edim mən, 

                               Bu köhnə nəqşi tazə tər edim mən. 

      Məsnəvilər arasında digər fərq onların həcmindədir.Nizaminin “Xosrov və Şirin”i həzəc bəhrində yazılaraq yeddi min 

beyt həcmindədir. İ.Nakamın “Fərhad və  Şirin”i isə  beş yüz doxsan  beytdir. Nizaminin poeması ilə müqayisədə həcminə 

görə çox kiçik olsa da Nakam öz sələfini təqlid etməmişdir.  





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   421   422   423   424   425   426   427   428   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin