Microsoft Word Materiallar Full



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə423/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   419   420   421   422   423   424   425   426   ...   1149
 

 

İSA HÜSEYNOVUN “BİZİM QIZLAR”  POVESTİ ƏDƏBİ TƏNQİDDƏ 

 

Günel PƏNİYEVA  

Azərbaycan Dövlət Pedaqoji Universiteti 



gunelpeniyeva@mail.ru 

 

İsa Hüseynovun «Bizim qızlar» povestində keçən əsrin 50-ci illərində gənclərin kolxoz quruculuğundan, onların əmək 

cəbhəsində və məişətdə yaşadığı kommunizm əxlaqından bəhs edilir. Minayə sovet gənclərinin tipik və ümumiləşdirilmiş 

obrazıdır. Minayəni  əsas düşündürən problem illik planı tez bir zamanda  təhvil vermək və daha çox məhsul  əldə etmək 

üçün vasitələr tapmaqdır. Bu povestdə əsas məqsəd Minayə ilə onun əməksevərliyini başa düşməyən dar düşüncəli adamlar 

arasında gedən mübarizəni və zəhmətkeş gəncliyin labüd qələbəsini ifadə etmək olmuşdur.  

Povestin əsas qəhrəmanı olan Minayə, yalnız qabaqcıl pambıqçı olmağı ilə kifayətlənmir, kolxozun daha da inkişaf 

etməsi üçün barama yetişdirməyi də irəli sürür və bu işin baş tutması üçün mübarizə aparır. Lakin onun mübarizə apardığı 

insanlar da işin xeyrinə çalışan insanlardır. Kolxoz sədri Zahidovun yeganə «mənfi» cəhəti Minayə kimi inadkar olmaması 

və su qıtlığından  əziyyət çəkən pambıq sahələrinin problemi həll olmamış, barama yetişdirmək kimi çətin öhdəliyi öz 

üzərinə götürmək istəməməsidir.  

Əsərin məhz belə konflikt üzərində qurulması da şübhəsiz ki, həmin dövrün ideoloji tələblərinə uyğun idi. Çünki, 

sovet ideologiyasının təbliğ olunduğu cəmiyyətdə «qüsurlu» insanlar ola bilməzdi. Ona görə  də  əsərlər  əsasən gənc 

kadrların irəli sürdüyü təşəbbüslərə yaşlı nəslin ehtiyatlı münasibəti «tənqid» olunurdu. Lakin yazıçılar bu təcrübəli nəsli də 

tamam yararsız, gənc nəslin qarşısını tutan mənfi  şəxslər kimi xarakterizə etmirdilər. «Bizim qızlar» povestində  də 

İ.Hüseynov kolxoz sədri Muxtar Zahidovun Minayənin təşəbbbüsünü dəstəkləməməsində haqqı olduğunu göstərmişdir. 

Çünki bərk quraqlıqdır, su çatmır, pambığın yanıb məhv olması qorxusu vardır. Məhz buna görə də Zahidov «bir əldə iki 

qarpız tutmaq olmaz» deyir. Lakin tənqidçi M.Vəliyev kolxoz sədrini əsl «mənfi» qəhrəman səviyyəsinə qədər yüksəldərək 

onu «öz planı  çərçivəsindən qətiyyən kənara çıxmaq istəməyən, yalnız bir kolxozun inkişafının qeydinə qalan məhdud 

görüşlü bir adamdır»  deyə  səciyyələndirmişdir. Amma pambığın dolu vurması  nəticəsində planı vermədiyi üçün xəcalət 

çəkən bu kolxoz sədrinin keçirdiyi hissləri anlamaq heç də  çətin deyil. Çünki, keçən  əsrin 50-ci illərində  məhsulu zay 

etmək, həm də planı vaxtında verməmək cinayət sayılır və buna görə kolxoz sədrləri və digər rəhbər işçilər hətta xalq 

düşməni də elan olunurdular. Nəzərə alsaq ki, həmin dövrdə texnika və digər lazımi avadanlıqlar nasaz və məhdud sayda 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   419   420   421   422   423   424   425   426   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin