Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə427/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   423   424   425   426   427   428   429   430   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

252 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATININ DAHA BİR NÜMAYƏNDƏSİ: 

ƏBDÜLVAHAB YURDSEVƏR 

İncə ƏLİYEVA  

Bakı Dövlət Universiteti 



ince2589@gmail.com 

Qədim tarixə malik olan Azərbaycan mühacirət  ədəbiyyatının zəngin bir qolunu da XX əsr Azərbaycan mühacirət 

ədəbiyyatı təşkil edir. 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etməsindən ziyalılarımız təqib olunmağa başladılar. 

Təqiblərin nəticəsi olaraq onlar dünyanın müxtəlif ölkələrində  fəaliyyətlərini davam etdirməyə başladılar. Vətənlərindən 

uzaq olsalar da bu aydınların qələmlərinin  əsas mövzusu Azərbaycanın azadlığı, bütövlüyü məsələsi idi. Əbdülvahab 

Yurdsevər məhz həmin ziyalılardan biri idi. Rusiyanın Azərbaycan xalqına qarşı anti-özünüdərk siyasətini həyata keçidiyi 

siyasətə qarşı Əbdülvahab yaradıcılığı dəyərli mənbələrdəndir. 

Müstəqilliyimizin bərpasından sonra tədqiqatçılar məhz həmin mühacirət  ədəbiyyatının araşdırılmasına diqqət 

yetirmişlər. Səbəbi isə təkcə bu dövrün tədqiq edilməməsi deyil, həm də milli özünəqayıdışın əsas amillərindən biri olması 

idi. Məhz bu mərhələdə milli özünüdərk məsələsi ortaya qoyulmuş  və geniş  bəhs edilmişdir.  Əbdülvahab Yurdsevərin 

əsərləri sosializmin təsrindən uzaq olmuş, obyektiv təhlilə istinad etmişdir. 

Rəngarəng yaradıcılıq irsinə malik olan Ə.Yurdsevər  əsas yazı istiqaməti milli ədəbiyyat və  mədəniyyətin tədqiqi, 

milli mənsubluğun təbliği, tarixi həqiqətlərin əksi, və s. olmuşdur. “Azərbaycan”, “Azərbaycan kültür dərnəyi” və s. müha-

cirət dərgilərində xatirələr,  ədəbi-tənqidi məqalələrlə  çıxış etmişdir.  Əbdülvahab Yurdsevər  “Əsir millətlər və  İslam 

dünyası” məqaləsində qeyd edir ki, milli-mədəni, elmi tərəqiyyə yalnız azadlığın şüaları altında nail olmaq olar. Xatırladaq 

ki, bu ideya M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Hüseynzadə və s. mühacirlərin də əsərlərində yer almışdır. 

Tənqidçinin yaradıcılığına ədəbiyyatla bağlı məqalələri ilə yanaşı, ictimai-siyasi mövzulu əsərləri də daxildir. Ədəbi 

yaradıcılığı onun irsinin mühüm bir hissəsini təşkil edir.  

Əbdülvahab Yurdsevər Azərbaycan  ədəbiyyatına öz nöqtetyi-nəzərindən baxmış, onu özünəməxsus tədqiq etmişdir. 

XX  əsrin  ədib və yazarları haqqında məlumat verməklə yanaşı, klassik irsin görkəmli nümayəndələrinin də yaradıcılığı 

haqqında maraqlı  tədqiqat  əsərləri yazmışdır. Tədqiqatçı Azərbaycandan kənarda yaşasa da ölkə daxilində gedən  ədəbi 

prosesi izləmiş, təhlil etmişdir. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan mühacirət mühiti haqqında məlumat almaq 

üçün  Əbdülvahab Yurdsevərin  əsərləri dəyərli mənbədir. 1898-ci ildə Bakıda dünyaya gələn  Ə.Yurdsevər xüsusi 

müəllimlərdən dərs almış, kiçik yaşlarından ərəb və fars dilini öyrənmişdir. 

Gənc yaşlarından ictimai-siyasi həyatda fəal iştirak edən  Ə.Yurdsevər keşməkeşli həyat yolu keçmişdir. O, 1920-ci 

ildən Bakı Dövlət Universitetində Mədəniyyət tarixi və Coğrafıyadan dərs deməyə başlamışdır. 1923-cü ildən sonra həbs və 

sürgünlərə məruz qalmış, sürgündən qaçaraq bir müddət Özbəkistanda və İranda alman dili müəllimliyi etmişdir. 1930-cu 

illərdə isə Türkiyəyə gəlmiş, burada fəaliyyət göstərən mühacir yoldaşları ilə çiyin-çiyinə çalışmışdır. O, təhsilini Ankara 

Universitetinin Hüquq fakültəsində davam etdirir. M.Ə.Rəsulzadə 1947-ci ildən sonra Türkiyəyə  gəldikdən sonra Azər-

baycan Mədəniyyət Mərkəzi öz fəaliyyətini yenidən davam etdirməyə başladı. Mərkəzin fəaliyyətinə nümunə olaraq Azər-

baycan Kültür Dərnəyini nümunə göstərə bilərik. Dərnək Yurdsevərin bir neçə kitabını nəşr etdirmişdir. 1952-ci ildə nəşrə 

başlayan Azərbaycan dərgisində  məqalələrlə  çıxış edən  Əbdülvahab Yurdsevər sonralar dərginin baş redaktoruna qədər 

yüksələrək ömrünün sonuna qədər yazdığı  məqalələrlə Azərbaycan istiqlal savaşını daima diqqət mərkəzində saxlamış, 

ölkəmizin  ədəbiyyat və  sənət adamları ilə bağlı yazılarını, xatirələrini də “Azərbaycan  İstiqlal davasından xatirələr” adı 

altında nəşr etdirmişdir. 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin