Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə437/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   433   434   435   436   437   438   439   440   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

257 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Dövlət bəy milyoner oğlu, əxlaqca yüngül, gününü eyş – işrətdə keçirməyi xoşlayan gəncdir. Ətrafda elə fikir oyadır 

ki, guya hamının halına yanır, batində isə öz maddi imkanlarından çirkin məqsədlərini həyata keçirmək üçün bir vasitə kimi 

istifadə edir. O bundan Aydının həyat yoldaşı Gültəkini ələ gəirmək üçün faydalanır. Gültəkini pulla  "satın alan" Dövlət 

bəy də düşünür ki, dünyada hər bir şеy pula bağlıdır. Pul hətta şеytana namaz qıldırar. Dövlət bəy Aydının xəstə və işsiz 

olmasından, Gültəkinin əlacsızlığından, özünün maddi resurslarının bolluğundan istifadə edərək öz çirkin niyyətini həyata 

keçirməyə çalışır. Bunun üçün o Gültəkinin həyatının Aydına qədərki kəsimi ilə Aydınlı kəsimini müqayisə edərək onun 

qürurunu qırmağa, mənəviyyatını alçaltmağa çalışır. Və buna nail olur. Gültəkin daş – qaşla satın alınaraq alçaldılır. 

Buradan belə  nəticəyə  gəlmək olar ki, hüququ, namusu, ləyaqəti tapdalanan, pula satılmaq məcburiyyətində qalan 

Gültəkinin faciəsi şəxsi xarakter daşımır. Bu artıq bütün cəmiyyətin, milyonlarla hüquqsuz qadının, eybəcər sosial mühiti 

dəyişməyə qabil olmayan aydınların, altun hakimiyyətinin faciəsi idi. Gültəkin öz ləyaqətsiz əməli ilə fərdi həyatını sosial 

varlığa çevirməyə nail olmuşdur. Gültəkinin bu halında nə onu, nə də Aydını tam günahlandırmaq olmaz. Aydın altunların 

hökm etdiyi cəmiyyətdə dövlət bəylərin hökmünə qarşı mübarizə apara bilmir. O fikirləşir ki, bütün bəşəriyyətə, hətta 

tanrının özünə, bu mənəvi jandarmaya qarşı üsyan qaldırmalıdır. Qaldırır da. Amma bu nəticəsiz mübarizədir. 

Hər işi pul gücünə  həll etməyə çalışan Dövlət bəy düşünür ki, bütün dünya altun üzərində durmuşdur və bundan 

istifadə edərək Gültəkini altun əsarətinə alıb rəzilliyin köləsinə çevirir. Gültəkin buna qarşı mübarizə apara bilmir. Amma 

mübarizə Maralın (H.Cavid "Maral") mübarizəsindən fərqlənmir. Gültəkin şantyeyə gətirir və Aydınla qarşılaşır. Bu həyatın 

ironiyasıdır. İlk səhnələrdə Aydın öz idealı hesab etdiyi Gültəkinə görə  hər şeyə hazır olduğu halda, sonralar şəxsiyyətin 

deqradasiyası baş verdiyi üçün özü onu hərraca çıxarmaq istəyir. Bu isə artıq milli faciədir.Aydın həqiqət uğrunda mübarizə 

aparır. Amma onu tapa bilmir.  

C. Cabbarlı qeyd edir ki, bütün bəşəriyyətin bir məbud kimi itaət etdiyi, daim kömək umduğu, ağır fəlakətlərə yol açan 

amansız bir qüvvət varsa, o da altun, yеnə altundur. Hamı ona tapınır. Hamı ona pərəstiş  еdir.Bu bir fərdin yox, bütün 

bəşəriyyətin düşüncəsini əks etdirir. Bu bir fərdin təkcə cəhalət və nadanlığa qarşı mənəvi etirazı, altun hakimiyyətinə qarşı 

şüurlu üsyanı deyil, həm də əxlaqi dəyərləri öz əsarəti altına alan cəmiyyəti ifşa idi. 

Özünün bəşəri amalını, ideal və arzularını  həyata keçirmək Aydına qismət olmur. Amma o cəmiyyəti məhvə 

sürükləyən, mənəvi kiçilməyə səbəb olan faktorları və onların başlıca ünsürünü – altunu ifşa edə bilir.  

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   433   434   435   436   437   438   439   440   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin