Azər Abdullanın “Kəpənək bayramı”, “Şəftəli qoxusu” hekayələri hekayələrində erməni xislətindən, bu xalqın
mənfur xüsusiyyətlərindən bəhs olunur. Təəssüf ki, müəllif mövzunu nə qədər mistikləşdirməyə çalışsa da, “mətləbin”
zənginləşməsinə nail ola, yəni erməni xislətini təəccübləndirəcək bir şəkildə ifadə edə bilmir.
Kamil Əfəsroğlunun “Tüfəng açıldı” hekayəsində doğma torpaqlarından qaçqın düşən, çadırda yaşamağa məcbur
olmuş insanların taleyi və həyatı canlandırılır. Talıb kişi, itlərin qənimi səy Baxış, Mənsur müəllim “çadır həyatı”nı
canlandıran əsas obrazlardır. Həyatda ikən özünü ömrünü başa vurmuş bilən, belə həyatı ömür deyil, “ömrünə pinə, yamaq
bilən” Talıb kişi, çadır şəhərciyində doğulub dünyanı nağılla deyil, acı reallıqlarla tanıyan uşaqlar ağır qaçqın həyatının
dolğun təsvirini göz önündə canlandırırlar. Aydın Tağıyevin “Dan üzü ölən adam” hekayəsində qəriblikdə - Rusiyada
yaşayan azərbaycanlının həyat sərgüzəştlərindən, ölmək üçün doğma yurduna üz tutmasından bəhs edilir.
Dostları ilə paylaş: |