II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
266
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
alma”sını-xöşbəxtliyini yenidən tapır. Eyni motivi biz Alla Axundovanın yazdığı və əsasında məşhur “Alma almaya
bənzər” filminin çəkildiyi əsərdə də görə bilirik. Müəllif Çingiz Aytmatov kimi “qızıl alma” fəth ideyası kimi deyil,
xoşbəxtlik, uğur, səadət simvolu kimi dəyər vermişdir. Kinokomediyanın baş qəhrəmanı bağban Nadir babadır. Ömrü boyu
bağbanlıq edən Nadir baba təhsili olmasa da yeni bir alma növü yetişdirmək uğrunda çalışır. Nəticədə buna nail olur. Onun
bağında yetişən almalar insanlara sevinc bəxş edir. Sürücü Qurban gənc kolxozçu Mədinəyə vurulur. Müəllimə almanı
gördükdən sonra uşaqlarla rəftarını dəyişdirir. Yeddi qız atası Haşımın ailəsində nəhayət oğlan uşağı dünyaya gəlir. Alma
xoşbəxtlik gətirdiyi kimi onu oğurlayanların bədbəxtliyinə səbəb olur.
Göründüyü kimi tarixən fəth simvolu olan “qızıl alma” sovet işğalına məruz qalan türk xalqlarında yeni çalar
qazanmış, bu dəfə insanları səadətə, xoşbəxtliyə, uğura aparan bir ideya olaraq öz varlığını qoruyub saxlamışdır.
Dostları ilə paylaş: |