Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə454/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   450   451   452   453   454   455   456   457   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

264 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

statusa malik kütlənin zamanda və məkanda var olmasının əsasıdır. Yaddaş bəşər övladının öz şəxsi keçimişindən tutmuş 

bir parçası olduğu millətin, tarixin, bütövlükdə bəşəriyyətin keçmişini də əhatə edəcək məlumat, xatirə, anlar və biliklərin 

toplandığı dərin bir quyu kimidir. Yaddaş fenomeni bədii yaradıcılıqda həm bədii predmet, poetik kateqoriya, bütövlükdə 

bir  əsərin  əsas strukturunu müəyyənləşdirən vasitə, bədii düşüncə tipi, yazıçının dünyayabaxış üsulu kmi öz əksini tapa 

bilər. Düşüncə özünü dildə ifadə edər. Yaddaşın canlı obrazları söz-işarələr vasitəsilə  bədii mətnə dönüşür. Yaddaş 

dünyanın alternativ modellərini özündə saxlamaq, sözə çevirmək, mətnə dönüşdürmək kimi potensiala malikdir. Sosial-

psixoloji-fizioloji bir bütöv olan insanın yaddaşı müxtəlif istiqamətlərdən bədii söz dünyasına dönüşmək qabiliyyətindədir. 

XX əsr bədii düşüncə tarixində yaddaşın mühüm rolu və yeri danılmazdır. Yaddaş istənilən dövrdə bədii ədəbiyyatın 

yaranmasını şətrləndirən amildir. XX əsrdə əvvəlki əsrlərdən fərqli olaraq zaman bədii ədəbiyyata mövzu kimi yerləşə bilir. 

Bədii dialektik inkişafın nəticəsi olan cərəyan-konsepsiya-ədəbi metodların yaranmasında iştirak edən yaddaş ilə 

ədəbiyyatda və folklorda müəyyən mövzu, ideya, kateqoriya, element, motiv və s. formalarda özünü göstərən yaddaş 

fərqlidir. Yusif Səmədoğlu öz yaradıcılığının  ən mükəmməl  əsərlərindən olan “Qətl günü” romanı ilə qlobal-milli tarixi, 

sosial-etnik, etik və əxlaqi, mənəvi problemləri əhatə etmişdir. Bu əsərlə yazıçı Azərbaycan nəsrində unikal bir hadisəyə, 

yeni formada, yeni məzmunda bir romana imza atmış olur. Bu roman özünün magik, fantastik, mistik qatları ilə adi 

oxucunun qavraya bilməyəcəyi qədər mürəkkəb bir kompozisiyada təqdim olundu. “Soyuq daş”ın lirik təhkiyəsi, “Foto-

fantaziya”nın sərt realizmi, həzin və  kədərli poetik əhval-ruhiyyəsi ilə seçilən “Bayatı-Şiraz, “İncə  dərəsində yaz çağı” 

hekayələri, psixoloji-ictimai ovqata köklənmiş “Astana” və başqa hekayələri, Azərbaycan nəsrində xüsusi çəkisi və yeri 

olan “Qətl günü”, bitirməyə ölümünün imkan vermədiyi “Deyilənlər gəldi başa...” romanları Yusif Səmədoğlu yaradıcılı-

ğının rəngarəngliyini, poetik çəkisinin ağırlığını anlamaq üçün yetərlidir. Müəllifin yaradıcılığında bədii fantaziya, kifayət 

qədər geniş yaradıcı təxəyyüllə yanaşı, eyni zamanda real həyatda gördüklərinin, yaşadıqlarının, duyduqlarının, real təəssü-

ratlarının da xüsusi yeri və önəmli payı vardır. Millət olaraq mövcudluğun və var olmanın fasiləsizliyi və dinamikliyi yad-

daşla təmin olunur. Millətin daha böyük müstəvilərdə öz mövqeyini sərgiləmək, tarixi-etnik kimliyini təsdiqləmək üçün 

daim öz yaddaşını qorumaq kimi bir borcu var. Yusif Səmədoğlu hələ, sovet rejiminin sərt illərində belə, milli-etnik şüur və 

tarixi yaddaşımızın bədii inikasında cəsarətli addımlar atmış bir yazıçıdır. Hələ ötən əsrin 80-ci illərindən başlayaraq, onun 

əsərlərində tarixi yaddaşımız və milli-etnik kimliyimiz bəzən aşkar, bəzən simvol və  işarələrə bürünmüş  şəkildə  təzahür 

edir.  

Mədəniyyət özünün tarixi inkişafı boyu mifoloji irslə qarşılıqlı münasibətdədir, mifoloji irs ilki və başlanğıcı ehtiva 

edir. Bu baxımdan ədəbiyyatda mifologiyadan gələn mövzulara, mifoloji obrazlara ədəbiyyatın  bütün tarixi boyu təsadüf 

olunur.  Yusif Səmədoğlu nəsrinin də unikal əlamətlərindən biri də məhz bu əsərlərdə mifopoetik yaddaşın müxtəlif mənşəli 

(dini, tarixi, ədəbi, mədəni) arxetiplərlə təzahür etməsidir. Milli-mədəni, tarixi-ictimai, mifopetik yaddaş onun əsərlərində 

ayrı –ayrı qatlar şəklində təzahür edir. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   450   451   452   453   454   455   456   457   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin