II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
268
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
1850-1880-ci illərdə Rusiyada artıq bir çox folklor janrların mahiyyətini tam olaraq öyrənməyə başlamışdılar:
P.V.Kireyevski, P.N.Rıbnıkovun və A.F.Qilferdinqin əsatirlər, dini şeirler haqqında materialları çap olunmuşdur
(Kireyevski P.V. Nəğmələr. Moskva., 1890; Rıbnikov P.N. Nəğmələr. 4 cild, Moskva, 1861-67, A.F.Qilferdinq. Onej
əfsanələri, 1871; Afanasyev A.N. “Rus xalq nağılları”; Sadovnik D.N. “Rus xalq tapmacaları” və s)
Elə həmin dövrdə də mifoloji məktəb, tarixi məktəb, antropoloji məktəb, psixoloji istiqamətlər çərçivəsində folklorun
əsas öyrənilmə metodları və istiqamətləri yaranmağa başlamışdır.
XIX əsrin sonlarında Rusiyada folklorşünaslıq fəaliyyətləri, müstəqil folklor materiallarını toplayan tədqiqatçılara və
“kabinet alimləri”nə bölünürdü. Bu “kabinet alimləri” folklor nümunələrini toplanılıb onlara göndərilməsi üçün ayrı-ayrı
quberniyaların və ya müstəmləkə əyalətlərinin yerli ziyalıları ilə münasibət yaradırdılar. Nəticədə isə həmin ziyalılar da
paytaxtın elmi cəmiyyətləri ilə yanaşı, öz yerli mətbu orqanlarında da materiallarını çap etdirməyə başlayırdılar.
Azərbaycanda folklorşünaslığın elminin yaranması da təsadüfi deyil ki, Çar Rusiyasının əyalətlərdə apardığı
müstəmləkə siyasətinə uyğun olaraq aparılırdı. Məlum olduğu kimi, folklorşünaslıqda olan hər hansı metod və istiqamətlər
Rusiyaya Avropa ölkələrindən, bizə isə Rusiya vasitəsilə keçirdi.
Məhz buna görə də Rusiyada olduğu kimi, Azərbaycanda da şifahi xalq ədəbiyyatının yazıya alınması bir neçə
mərhələdə olmuşdur. 1830-1900-cu illər bu ədəbiyyatın toplanmasının birinci mərhələsi hesab olunur. Həmin dövrdə
Azərbaycan Çar Rusiyasının müstəmləkəsi olduğu üçün «Vedomosti», «Tiflisskiye vedomosti», «Novoye obrazovaniye»,
sonrlar «Kafkaz» qəzetləri Azərbaycanın folklor nümunələrini ilk dəfə çap etdirən mətbu orqanlardan oldular.
Rusiyanın Qafqaza sürgün edilən görkəmli yazıçıları, tənqidçiləri də Azərbaycanın folklor nümunələrini öz əsərlərində
istifadə etmişlər. A.S.Puşkin, Bestujev-Marlineski, M.Y.Lermontov, Polonski, və başqaları öz əsərlərində Azərbaycanın
folklor nümunələrindən yararlanmışlar.
Yerli əhaliyə rus mədəniyyətini və dilini öyrətməklə öz müstəmləkiçilik siyasətini yürütmək Çar Rusiyasının əsas
ideoloji xüsusiyyətlərindən idi. Bu məqsədlə Azərbaycanın ayrı-ayrı bölgələrinə, kəndlərinə rus müəllimlər göndərilmiş,
daha sonra Tiflisdə Qori Müəllimlər seminariyası da açılmışdır. Həmin məktəblərdə işləyən müəllimlər, təhsil alan tələbələr
də Azərbaycan folklor nümunələrini toplamış və əsasən də SMOMPK məcmuəsində nəşr etdirmişlər. Mahmud bəy
Mahmudbəyov, Rəşidbəy Əfəndiyev, Firudin bəy Köçərli, Hüseyn Müfti Qayıbov, Hacı Kərim Sanılı və başqaları
Azərbaycan folklorunun həm toplayıcısı, həm tərcüməçisi və həm də tədqiqatçısı olmuşlar.
Dostları ilə paylaş: |