II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
269
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Eyni süjeti xəttinə nağıllarımızda da rast gəlmək olur. Keçəl özü yaxud qohumları haqsızlığa uğrayır. O, qəzəblənərək
intiqam almaq qərarına gəlir, nəticə isə demək olar ki, dəyişməz qalır: şər qüvvələrə mübarizədə keçəl qalib gəlir,
məqsədinə çatır. “Kəl Həsənin nağılı”, “Nardan qızın nağılı”, “Ceyranın nağılı”, “Keçəl Məhəmməd”, “Keçəlin divanı”,
“Noxudu keçəl”, “Bulud”, “Toyuq bir qılçlıdı”, “ Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Daş üzük”, “Şükufə
xanım”, “Göyçək Fatma”, “ Sehrli üzük”, “ Qızıl qoç”, “ Moltanı padşahı”, “Keçəl” kimi nağıllarımızda bu və ya digər
formada (baş qəhrəman, yardımçı obraz, keçəl obrazına girmiş qəhrəman və sair) keçəllərə rast gəlinir.
“Daş üzük” nağılında əvvəlcə o, yoxsul bir oğlandır, “bir həsir, bir məmmədnəsirdir”, lakin süjet irəlilədikcə, onun
insaflı olması (gündəlik azuqəsinin haqqını verib pişik, göyərçin alır, özü ac qalsa belə onları doyurur, qayğı göstərir), səbrli
olması, dözümlə hərəkət etməsi və nəticədə etdiyi yaxşılıqların mükafatını alması keçəlin müsbət cəhətlərlə təqdim təqdim
olunmasının məntiqi səbəbidir.
Lakin bəzi nağıllarımızda yalançı keçəllərə - keçəl obrazına girmiş qəhrəmanlara rast gəlmək mümkündür.
Qəhrəmanın keçəl cildinə girməsi onu özünü düşmənlərdən qorumaq, tanınmamaq, ətrafdan gizlənmək niyyəti ilə həyata
keçirilir. “Gül Sənavərə neylədi, Sənavər Gülə neylədi”, “Şükufə xanım” kimi nağıllar buna misal ola bilər. Adını
çəkdiyimiz birinci nağılda nağılın kişi-oğlan qəhrəmanı keçəl cildinə girirsə, ikinci nağılda Şükufə xanım atasından
gizlənmək üçün bir çobanın köməyi ilə keçəl oğlan libası geyir və çobanlıq edir. Nağıllarımızda keçəllər daha çox oğlan
kimi təzahür etsə belə az sayda nağıllarımızda keçəl qızlar da var. Məsələn, “Göyçək Fatimə” nağılında Fatimənin ögey
bacısı keçəl bir qızdır. Həqiqi keçəl oğlanlar zəkalı, xoşxasiyyət olsalar da, keçəl Fatimə obrazı bədxasiyyət, eqoist
xarakterdə təqdim olunur. Bu, xalq təfəkkürünün gözəllik anlayışı ilə bağlı bir məsələdir. Nağıllarımızda təqdim olunan
ağıllı, zəkalı, həyalı qadın- qız obrazları əksərən, zahirən gözəl, füsunkar şəkildə təqdim olunur. Xalq öz gözəlini hər tərəfli
mükəmməl görmək niyyətindədir, onu belə arzulayır, belə də qələmə verir.
Xalq dramlarının, məzhəkələrinin ən komik obrazlarından biri yenə keçəldir. Bu tip məzhəkə və dramların
əksəriyyətinin (“Keçəl” məzhəkəsinin) qaravəlli variantı da mövcuddur, bunların bir çoxunda məzmun, ideya, süjet xətti
əksərən eyni, təqdim olunan keçəllərsə oxşardır.
Hüseyqulu Sarabskinin “Köhnə Bakı” əsərində Novruz adətlərindən bəhs olunarkən, yazla qışın mübarizəsi Kosa və
Keçəlin timsalında təqdim olunur. Bəzi mənbələrdə Novruz bayramında Keçəl olbrazının yox, keçinin iştirak etdiyi
göstərilir.
Folklorumuzun daha iri həcmli nümunələrində -dastanlarda da keçəl obrazına rast gəlinir. “Kitabi –Dədə Qorqud”
dastanında Beyrək Oğuz elinə qayıdarkən keçəl obrazına girir. “Koroğlu” dastanında da “Həmzənin Qıratı aparması”
qolunda Keçəl Həmzə obrazı Koroğlunu hiyləylə aldadır, Qıratı aparır. Burada keçəl yalançı, öz xeyri üçün, bəylik və paşa
qızı almaq üçün heç nədən çəkinməyən, layiq olmadığı mərtəbəyə can atan, kələkbaz bir obrazdır
Dostları ilə paylaş: |