Daim çıxış edənlər. Əsgər Ağa Gorani (1857-1910) Ə.Goraninin jurnalist kimi yetişməsində “Əkinçi”nin müstəsna
rolu olmuşdur. O, altı imza ilə- “Əsgər Gorani”, “Mirzə Adıgözəlzadə Gorani”, “Əsgər Adıgözəlzadə Gorani”, “Əsgər
Mirzə Adıgözəlzadə Gorani”, “ Gorani”, ”Əsgər” – “Əkinçi” nin müxtəlif vaxtlarda çıxmış 17 nömrəsində 39 məqalə və
məktub çap etdirmişdir. Onun yazıları çox maraqlı, ədalətliliyi seçilir, elmə, təhsilə səsləyirdi.
Seyid Əzim Şirvani (1835-1888) “Əkinçi” qəzetilə daim əlaqə saxlamışdır. Şirvaninin “Əkinçi”də ilk şeiri 1875-ci il
oktyabrın 10-da nəşr edilmişdir.Qəzəldə qəzetdən, qəzetdə gedən məqalələrdən, qəzetin vacibliyindən danışılır. S.Ə.Şirvani
“Əkinçi” qəzetində dərc etdirdiyi şeirlərilə Qafqaz müsəlmanlarını qəflət yuxusundan ayıltmağa çalışırdı. Əkinçi”də və
|