Hərdənbir yazanlar. Mirzə Fətəli Axundov. (1812-1878) Axundovun Zərdabi ilə şəxsi yazışması “Əkinçi”nin
fəaliyyətinə yeni məzmun, yeni ruh gətirmişdir.M.F.Axundov “Vəkili-naməlumi–millət” imzası ilə “Əkinçi” də çıxış
etmişdir.
Məmmədtağı Əlizadə Şirvaninin qəzetdə iki yazısı çap olunmuşdur. “Məmmədtağı Əlizadə Şirvani”, “Xalis-şieyi-
isnaəşəri Əlizadə Şirvani” imzası ilə verilmiş bu yazılar maarifçiliyin təbliğinə və köhnəfikirliliyin ifşasına yönəlmişdi.
Mirzə Həsən Əfəndi Əlqədari(1834-1910) “Əkinçi” qəzetinin Cənubi Tabasaran mahalında yayılması yolunda
çalışır, ona şeirlər, məktublar göndərirdi. “Əkinçi”də ilk poeziya nümunəsi onun “Məmnun təxəllüsi ilə yazdığı qəzəldir.
“Əkinçi”də “Mirzə Həsən Əlqədari”, “Məmnun Əlqədari”, “Tabasaran katibi” imzası ilə 8 yazısı dərc olunmuşdur.
Məhəmmədəli bəy Vəliyevin (1835-1892) açıq imza ilə iki məqaləsi çap olunmuşdur.
Dostları ilə paylaş: |