Microsoft Word Materiallar Full


BƏXTİYAR VAHABZADƏNİN “HARA GEDİR BU DÜNYA?” ƏSƏRİNDƏ MÜƏLLİF



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə477/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   473   474   475   476   477   478   479   480   ...   1149
BƏXTİYAR VAHABZADƏNİN “HARA GEDİR BU DÜNYA?” ƏSƏRİNDƏ MÜƏLLİF 

MÖVQEYİ PROBLEMİ 

 

Nabat MƏMMƏDOVA 

Bakı Slavyan Universiteti 



mammadova.nabat@gmail.com 

 

Məlum olduğu kimi dram əsərlərində müəllif sözlərinə demək olar ki, yer verilmir. Əsas fikir, ideya obrazların 

dilindən oxucuya çatdırılır. Dram əsərləri əsasən səhnədə oynanılmaq üçün nəzərdə tutulduğundan rejissor müəllif sözlərini 

ixtisara salır, eyni fikri ifadə edən dioloq və monoloqlara yer verir. Bu nəzəri problemi Bəxtiyar Vahabzadənin “Hara gedir 

bu dünya?” əsəri üzərində izah etməyə çalışaq. Tədqiqat aparmaq üçün  bu əsərin ilkin yazılış formasını əldə etdik. Elə bu 

səbəbdən də müəllif mövqeyi problemini əsərin orijinal variantına  əsaslanaraq toxunduğumuz məqamlara  əsərdən 

götürülmüş nümunələrlə aydınlıq gətirəcəyik. 

Müəllif mövqeyinin ən qabarıq təzahür olunduğu hissələr məclislərin önündə radiodan səslənən, nəzmlə yazılmış 

nümunələrdir. Nəzmlə yazılmasına baxmayaraq sadə və anlaşıqlı sözlərlə dərin məzmun ifadə edilir və oxucunu düşünməyə 

vadar edir. 

Əvvəlcə birinci məclisin ön hissəsinə  nəzər yetirək.  Əsrimizi elm əsri, kəşflər  əsri adlandıran drammaturq elm və 

texnikanın yaratdığı  bəzi yenilikləri inkar edir. Onların mənfi cəhətlərini xüsusilə vurğulayan drammaturq bu inkişafın 

bəşəriyyəti yalnız və yalnız uçuruma aparacağını söyləyir. 

Cürbəcür adlarla adlandırmışıq                    Dağların çəməni bağların barı, 

Ötən hər əyyamı, ötən hər əsri.                    Çatışmır, 

Köhnə hüdudları çoxdan qırmışıq                Kimyaya meydan vermişik.   

Əsrimiz elm əsri, kəşflər əsri!                      İpək corabları, yun paltarları 

                                                                     Sintetik şeylərlə dəyişdirmişik.         





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   473   474   475   476   477   478   479   480   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin