Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə478/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   474   475   476   477   478   479   480   481   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

274 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

     Qarşılaşdırdığım iki nümunəyə  nəzər saldıqda görürük ki, müəllif  əvvəlcə dövrü xarakterizə edir, lakin elmi kəşflərin 

yaratdığı mənfilikləri görüb təəssüflənir, bəşər övladının uçuruma yuvarlandığını söyləyir. Başqa bir numunəyə nəzər salaq: 

Hüdudlar içində özünü dandı                      Bəlkə torpağın da, bəlkə yerin də 

Elm yüz illərlə yatdı beşikdə                      Qalmayıb o köhnə gücü, qüvvəti. 

Elm ayaq açıb dolanır indi                          Elə bil, elə bil meyvələrin də 

Havada, torpaqda, evdə, eşikdə!...              Dəyişib əvvəlki dadı, ləzzəti. 

     Yuxarıdakı misralardan da göründüyü kimi müəllif elmi, texniki yenilikləri qəbul etmir, təbiiliyi sevən sənətkar kimyəvi 

laboratoriyaların, zavodların təbiətlə yarışa girdiyini görüb yalnış yolda olduğumuzu söyləyir. Müəllif ağlın, düşüncənin 

məhsulu olan elmləri və onları yaradan alimləri Allahlıq iddiasına düşdükləri üçün tənqid edir: 

Əqlin yaratdığı elmlər indi, 

Düşübdür Allahlıq iddiasına... 

misrası bu fikri bir daha təsdiqləyir. 

     Başqa misrada müəllif elm və  əxlaqın qarşılıqlı  təsirindən danışır. B. Vahabzadə elmin əxlaqa toxunmasının  əleyhinə 

çıxmış,  əxlaqın milli dəyərlərə söykənərək qorunmasının tərəfdarı olmuşdur.  Əxlaqi dəyərlərə toxunan elmə üsyan edir 

böyük sənətkar: 

Bu nədir? 

Gerimi qalmışam yoxsa? 

Mən ki, güvənmişəm hər zaman elmə, 

Əxlaqa, qaydaya toxunandasa, 

Mən üsyan edirəm, mən üsyan elmə! 

İkinci məclisdə  də insanın öz əslindən qaçması, kökünü danması  məsələsi radiondan gələn səs vasitəsilə 

işıqlandırılmışdır: 

Ey əsrin övladı vallah çaşmısan, 

Ulu əcdadından uzaqlaşmısan. 

İnsan böyüdükcə bilmirəm nədən, 

Qaçar fitrətindən, qaçar özündən. 

Digər misralarda bədii sualdan istifadə edən müəllif insanların öz əslindən qoparaq irsini danmasını  bəşəriyyət 

üçün böyük təhlükə sayır və onları qəflət yuxusundan oyatmağa çalışır: 

İnsan duya bilmir öz həmcinsini, 

Yoxsa yavaş – yavaş danır irsini? 

Bundan qorxmalıylıq, budur təhlükə: 

Yeni insan növü yaranır bəlkə? 

     Nəsrlə yazılmış hissələrdən Ulu əcdadla kəşfin müəllifi olan Laçının dioloqu müəllif mövqeyini müəyyənləşdirən  ən 

dəyərli parçalardır. Ulu əcdad, fikrimizcə, elə müəllifin özü Laçını bu kəşfdən əl çəkməyə, insanların yolunu azdırmamağa, 

Allahlıq iddiasına düşməməyə çağırır. Bu dioloqda insan xislətinin bütün dərinliklərinə toxunulur, Laçının simasında 

nəfsinə qul olan, hətta ailəsini belə maddiyyata söykənərək quran kəslər pislənir. Laçınla Ulu əcdadın dioloqu bu 

günümüzlə səsləşir. Sanki müasirlik və köhnəlik, millilik müqayisəli təhlilə cəlb olunur. 

     Dördüncü fəsilə nəzər yetirdikdə artıq müəllifin gələcək barədə qeyri–adi təxminlərinin şahidi oluruq: 

Bir maşın sahibi gərək olanda 

Sınan hissələri alır dükandan 

Deyirəm insanın əzaları da 

Aptekdə satıldı bəlkə bir zaman? 

Azmıdır insanın məgər dərd – səri? 

Bu da bəşər üçün təzə təhlükə 

Hazır fikirləri, düşüncələri 

Başlara doldurub satdılar bəlkə? 

     Əsərin son hissələrində isə artıq müəllif verilmiş  şəraitin yaratdığı qüsurları, onların törədə biləcəyi təhlükəni nəzərə 

alaraq oxucuya nəsihətləri, ibrətamiz fikirləri ilə  təsir etməyə çalışır.Yəni müəllif mövqeyinin yekunu kimi aşağıdakı 

misraları qeyd edə bilərik: 

Ey alim, gücünə inansan da sən 

Bu yükü boynuna heç götürmə gəl. 

Ayırıb insanı öz aləmindən 

Ana təbiətlə bəhsə girmə gəl! 

      Müəlif mövqeyilə razılaşıram çünki bəzi elmi, texniki yeniliklər bəşəriyyəti süniliyə öyrədir, böyük təhlükələrə yol açır. 

Nə  qədər inkişaf  etsək də  əslimizi, soykökümüzü danmamalıyıq. "Keçmişimizi untmamaq şərtilə  gələcəyə doğru 

addımlamaq" bu bizim ən ümdə həyat amalımız, yaşam devzimiz olmalıdır. 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   474   475   476   477   478   479   480   481   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin