II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
273
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Fikrindəmi, bir gün, gözəlim, biz sizə gəldik,
Sizdən qayıdıb, sonra bərabər bizə gəldik?
Güldük və danışdıq gecəni, sübh açılınca,
Bir qönçə gül üstündə sizinlə sözə gəldik.
Biz ki gözəlim, can deyərək can eşidərdik,
Bəs indi nə oldu bizə, yoxsa gözə gəldik?
Bədii dilin xəlqiliyi üçün əsas şərtlərdən biri lüğət zənginliyinə malik olmaqdır. Vahid xalqın müdrik söz xəzinəsini
dərindən bilir, ondan yerində istifadə etməyi bacarırdı. O, canlı danışıqdan aldığı idiomatik ifadə və deyimlərlə şeirin
xəlqilik ruhunu gücləndirmiş, xalq deyimlərindən sənətinə xas poetik məharətlə faydalanmışdır. “Surətin canlı
xarakteristikası üçün hadisə və əhvalatın milli koloritini bütün zənginliyi ilə ifadə etməkdən ötrü idiomlar”, idiomatik
ifadələr Vahid poeziyasında müxtəlif münasibət və mənalarda işlədilir.
Bülbül gülün sevir, səni mən, tuti şəkkəri,
Eşq əhli bir şeyə gərək, əlbəttə, baz ola.
Demə, ey gül, ölürəm, getmə gözümdən o yana,
Gərək aşiq dözüb hər cövrünə yarın, dayana.
Mən aləmə minnət çəkirəm yar həvəsində.
Yarımsa gəzir şövq ilə əğyar həvəsində.
Deyirlər Qeys üçün, cana, cünuni-eşq olub, amma
Mənim ondan betər görcək səni, başım havalandı.
Vahid poeziyasının xəlqiliyini həmçinin onun musiqililiyi, qəzəllərinin böyük bir qisminin xanəndələrin dilinin əzbəri
olması ilə izah etmək olar. Şair musiqinin insan mənəviyyatında və düşüncəsində rolunu yüksək qiymətləndirir, onun
sirayətedici gücünü və əbədiliyini bilirdi. İstər yaşadığı dövrdə, istərsə də bu gün elə sənətkar tapılmaz ki, Vahid qəzəllərini
sevə-sevə oxumasın. “Vahid, o millət ki, onun musiqisi yox, Batsın da yerli-dibli, elə millət olmasın!” deyən şairin
qəzəllərinin rəngarəng muğam dəstgahlarına hoparaq ölməzlik qazanması Vahid poeziyasının xəlqi ruhuna və
əbədiyaşarlığına bir daha haqq verir.
Dostları ilə paylaş: |