Təsadüfü imzalar. “Əkinçi”də elə imzalara rast gəldik ki, bircə dəfə görünmüşdür. Belə müəlliflərdən Zaqafqaziya
Şeyxül-islamı Axund Əhməd Hüseynzadəni, Ələkbər Elçizadəni, Məhəmməd Rəhim bəy, Məhəmmədəli İsna
Əşəriyi-Səlyanini göstərmək olar.
İmzasız çıxış edənlər. “Əkinçi”yə məqalə yazan bəzi müxbirlər o zamanın təqiblərindən, cəhalətindən yaxa
qurtarmaqçün yazılarını imzasız dərc etdirirdilər. Onlardan biri Abbas bəy Haqverdiyev Qarabağıdir (1834-1909). O,
“Əkinçi”nin Quba müxbiri, müvəkkili idi.“Əkinçi” də imzasız çap olunan və qəzetin yayılmasında iştirak edən müxbir və
müvəkkillərin sayı 30-dan artıqdır. Abdulla ağa Bakıxanov (Quba), Abdulla Mehmandarovu (Moskva), Əbdül Fəttah
(Dərbənd), Abraham (İstanbul), Xəlil Sadıqbəyov (Şamaxı), Əliqulu Novruzov (Naxçıvan), Seyfəddin Seyidov (Tiflis),
Yelinbəyov (Goruş) və başqaları “Əkinçi”də imzasız çıxış edən qələm sahibləri idilər.
Ümumiyyətlə, “Əkinçi” qəzeti çox demokratik, hər kəsə bərabər, azad şərait yaradan bir qəzet idi.
Dostları ilə paylaş: |