ÇAR RUSİYASINDA FOLKLOR MƏKTƏBLƏRİ VƏ AZƏRBAYCAN
FOLKLORŞÜNASLIĞININ TƏŞƏKKÜL TARİXİ
Məlahət BABAYEVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
milababayeva@mail.ru
Rusiyada folklor cərəyanların hələ XIX əsrin əvvəllərində təşəkkül tapmağa başlamışdı. Belə ki, XVIII əsrdə Qərbi
Avropada folklorda romantik istiqamətin gəlməsi bütöv bir elmi istiqamətin–folklorşünasılğın yaranmasına səbəb oldu.
Lakin Rusiyada bu proses Avropadan daha gec, XIX əsrin əvvəllərində təşəkkül tapmağa başladı. Belə ki, V.A. Jukovski,
A.S.Puşkin, N.V. Qoqol folklor nümunələrindən bədii əsərlərdə istifadə edən ilk yazıçılar oldular.
1859-cu ildə alman alimi T.Benfey foklorda qarşılıqlı təsir ideyasını ortaya qoydu və bu oxşar süjetlərin eyni mənbə-
dən gəlməsi haqda təsəvvürləri dəyişdi. T. Benfeyin nəzəriyyəsi demək olar ki XX əsrin sonlarına qədər folklorşünaslıqda
əsas yer tutdu. Rusiyada süjetlərin miqrasiyasını Buslayev, V.F.Miller, A.N. Veselovski və başqaları tədqiq etmişdilər.
Bununla yanaşı D.Teylorun “antroploloji nəzəriyyə”si Qərbdə geniş inkişaf etsə də Rusiyada bir o qədər də öz əksini
tapmadı. Rusiyada XIX əsrin sonlarında iki orijinal istiqamət yarandı. Bunlardan biri, əsasən Veselovskinin işlərində özünü
göstərən tarixi məktəbidi. Tarixi məktəb, tez bir zamanda özünə A.V. Markov, S.K. Şambinaqo, B.M.Sokolov və Y.M.
Sokolov kimi məşhur folklorist alimləri cəlb etdi. Bu istiqamətin məğzi folklor nümunələrində tarixi əsası tapmaq idi.
Həmin dövrdə vaxtilə Finlandiyada Y.Kron tərəfindən əsası qoyulan, sonra isə oğlu K.Kron və Aaarne tərəfindən
inkişaf etdirilən fin məktəbi və ya coğrafi-tarixi metod da inkişaf etmişdi. Fin məktəbinin əsas ideyaları xalq yaradıclığının
coğrafi məkanlarla əlaqəsini tapmaq idi. Fin məktəbi rus və avropa folklorşünaslığına çox böyük təsir göstərmişdir.
Bütün bunlardan əlavə XIX əsrin sonu XX əsrin əvvəllərində rus məktəbi dəmövcud idi. Rus məktəbi şifahi xalq
ədəbiyyatını ifa edənləri xarakterizə edirdi. Rus məktəbinə mənsub olan alimlər nağıl deyənləri axtarıb tapır və folklor
nümünələrini nağıldeyənlərə görə qruplaşdırıb tədqiq edirdilər.
XIX əsrin birinci yarısında artıq Rusiyada da şifahı xalq yaradıcılığına elmi yanaşmanın əsası qoyulmuşdur. Beləki,
əgər əsrin əvvəllərində folklor mətnləri yalnız tarixi və mifoloji mənbələr üçün lazım idisə, artıq 1840-cı illərdə
folklorşünaslıq müstəqil tədqiqat predmetinə çevrilmişdır. Lakin folklorşünaslığın tam müstəqil elm sahəsi kimi
formalaşması XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir.
XIX əsrin ortalarında bir sıra elmi cəmiyyətlərin yaranması–Rusiya İmperatorluq coğrafi cəmiyyəti, Moskva
Universitetinin nəzdində antropologiya, etnoqrafiya və dəqiq elmsevərlərin İmperator cəmiyyəti folklorşünaslıq elminin
yaranması üçün nəzəri baza yaradmışdır. Çar Rusiyasında, həm də onun müstəmləkələrində folklor materiallarının toplayan
böyük miqyaslı ekspedisiyaların fəaliyyəti ən qısa müddətdə folklor-etnoqrafik fondun yaranması üçün çoxlu materiallar
yığmağa imkan yaratdı. Paytaxtdakı cəmiyyətlərin fəaliyyəti folklor-etnoqrafik materialların quberniyalarda, müstəmləkə
ərazilərində də toplanmasına və yerli dövrü mətbuatda çapına da səbəb olmuşdur.
|