QIRĞIZ VƏ AZƏRBAYCAN ƏDƏİYYATINDA QIZIL ALMA MOTİVİ
Mehman HƏSƏN
AMEA, Ədəbiyyat İnstitu
mehman.hesen@gmail.com
Qızıl alma harada olduğu və ya ola biləcəyi qeyd olunmadan yer üzündə bütün türklərin birləşərək quracaqları ideal
ölkə, vahid mərkəzdə birləşməsi fikridir. Azərbaycan türkləri arasında yayılan inaclara görə Şimalda yaşayan Xəzər
xaqanının otağında “qızıl top” asılmışdı. İbn Fədlan eramızın 920-ci ilində yazdığı qeydlərində Cənubi Qafqaz və Orta
Asiyada “qızıl alma”nın fəth ideyası olduğunu göstərmişdir. Bu ideya əsasən Osmanlı hakimiyyəti dövründə daha geniş
yayılmışdır. Ayasofiyanın qarşısında əlində qızıl kürə və ya alma Yustianın heykəli ucaldılmışdı. Bu heykəl imperatorun
dünyanı əlində tutmasını simvolizə edirdi. O kürənin yerə düşməsi ilə türklərin dünyada yeni fəthlərə başlayacağı ifadə
olunurdu. İstanbulun fəthini də məhz “qızıl alma”nın ora düşməsi ilə bağlayırlar. Daha çox əfsanələşmiş, xaqanların uğur
rəmzinə çevrilən “qızıl alma” ideyası türk xalqlarının bədii yaradıcılığında, qüdrətli sənətkarlarının əsərlərində
özünəməxsus şəkildə yer almışdır. Türkiyədə Ziya Göyalp, Ömər Seyfəddin, Azərbaycanda Aşıq Qurbani, Aşıq Səfi, Qırğız
ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıclığında qızıl alma motivindən istifadə olunmuşdur. Aşıq
Qurbani bir şeirində “qızıl alma” belə dəyərləndirir:
Əski nişanımız Qızıl almada,
O aşılmaz dağlar, ellər bizimdi.
Aşıq Səfi Nadir şahın Dağıstana səfərini şeirində “qızıl alma”ya çatmaq istəyi kimi təsvir edir:
Şah niyət eylədi Qızıl almaya
Yanısıra neçə xanlar yerisin
Çəksin düşmənlərə əyri qılıncı
Su yerinə qızıl qanlar yerisin.
Azərbaycan ədəbiyyatında sovet işğalına qədər Türkiyə bədii fikrində olduğu kimi “qızıl alma” əsasən fəth ideyası
olaraq göstərilir. Qırğız ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovun yaradıcılığında “qızıl alma” fəth ideyası
deyil, uğur, səadət simvolu kimi mənalandırılmışdır. Yəni tarixən hərbi uğurlarla bağlı olan, xaqanların qalibiyyətlərini
simvolizə edən “qızıl alma” sovet işğalına məruz qalan türk xalqlarında yeni bir məzmun çaları qazanmışdır. Əsərdə alma
bağının dağıdılması təsvir olunur. İnsanların gözündən bir alma yayınıb bağda qalır. Həmin alma Anarə adlı bir qıza nəsib
olur. Onun dərilməsi insanlara xoşbəxtlik, səadət gətirir. İsabəyov qızı Anarəyə alma haqqında bəhs edərkən onun
xöşbəxtlik, sevinc gətirəcəyini bildirir. O, gənclik vaxtında “qızıl alma”sını sevdiyi qadına verə bilməmiş və bu ona bütün
həyatı boyu uğursuzluq, bədbəxtlik gətirmişdir. Ailə qursa da xoşbəxt ola bilməmişdir.
İsabəyov xanımı Sabirə ilə ayrılmaq qərarını verirlər.Ən çətin məqam isə bunu qızına anlatmaqdır. Anarə anasının
Moskavaya tezisini verməyə getdiyini bilir. Atası çox cəhd etsə də qızına anası ilə ayrılacağını deyə bilmir. Yolda gedərkən
bir bağda dayanırlar. Həmin bağdan Anarə öz “qızıl alma”sını dərir. Əsərin sonunda həmin qızıl almanı Anarənin anası
təqdim etməsi ailəyə yenidən xoşbəxtlik, səadət gətirir. Sanki İsabəyov qızının sayəsində gəncliyində itirdiyi “qızıl
|