MÜASİR NƏSRDƏ DAXİLİ MONOLOQ
(İsi Məlikzadənin “Küçələrə su səpmişəm” əsəri əsasında)
Məhin SƏDİZADƏ
Bakı Slavyan Universiteti
sedizade.mehin@bk.ru
Daxili monoloq üslubu tedqiqatçılar tərəfindən çox araşdırılan bir mövzu olmuşdur. Lakin müasir dövrdə bu mövzuya
maraq və onun üzərində aparılan tədqiqatlar çox az olmuşdur. Bu üslub qəhrəmanın sevgisini, nifrətini, həyəcanını daha
emosional etmək üçün istifadə olunur. Bu üslub vasitəsilə yazıçı oxucu ilə qəhrəman arasında yaxınlıq yaradır, obrazın
daxili monoloqunun sayəsində oxucu qəhrəmanın dediklərini deyil, düşündüklərini öyrənir. Bu üslubun daha dərinliyinə
enmək üçün müasir dövrdə yazılmış bir nəsr əsərinə müraciət etmək istəyirik. İsi Məlikzadənin “Küçələrə su səpmişəm”
əsəri daxili monoloqla zəngin nəsr nümunəsidir. Əsərdəki Xəlil obrazının demək istəyib lakin deyə bilmədikləri daxili
monoloqa misal ola bilər. Mən bu mövzunu araşdırmağa başlayanda məhz bu əsəri oxuduqdan sonra daxili monoloqun
mahiyyətini tam anladım. Əsərdə Xəlil öz əmisi oğlu Bəhmənin ucbatından ömrünün beş ilini həbsdə keçirir. Yaşadıqlarına
görə içindəki Xəlil ilə hər zaman mübarizə aparır, çünki qəlbindəki hissləri deyə bilmir. Əsər boyu Xəlilin daxili monoloqu
insana təsir edir. O əmisi oğlu ilə söhbəti zamanı içindəki hisslərini biruzə vermirdi. Monoloqun böyük xüsusiyyətlərindən
biridir: daxilindəki mübarizəni qarşındakina bildirmədən yaşamaq, yalnizca öz aləmində söhbət etmək. Xəlil tez-tez
içindən-“ Niyə günahı mənim üzərimə atdın, mənim yerim ocaq başında olmaya bilərdi, niyə mənim bəxtimi özünə götürüb,
öz günahkar libasını mənim üzərimə geyindirdin?”-söyləyirdi. Əsərdəki iki obrazın söhbəti zamanı daxilindəki monoloqları
ilə danışıqlarının üst-üstə düşmədiyini açıq aşkar görürük. Bundan əlavə hər iki obraz əslində demək istəmədiklərini bu
olmadığını da anlayırlar. Bunu oxucuya aşılamaq isə yazıçının üzərinə düşür. Obrazın dedikləri də, düşündükləri də
yazıçının fikirləridir. Yəni daxili monoloqu da yazıçı yaradır. Obrazın xasiyyətinə uyğun daxili monoloq qurur. Yazıçının
|