Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə456/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   452   453   454   455   456   457   458   459   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

265 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

qurduğu daxili monoloqu isə  qəhrəmanın keçirdiyi vicdan,sevgi və nifrət hissləri  əmələ  gətirir. Bu normal həyatda da 

belədir, vicdan, sevgi və nifrət hisslərini heç vaxt insan qarşısındakına olduğu kimi bildirə bilmir. Bundan başqa daxili 

monoloq vasitəsi ilə  əsərdəki hadisələrin  əsas məğzini, üstü açılmamış  həqiqətləri öyrənmək mümkündür. “Küçələrə su 

səpmişəm”  əsəri də bunu bizə sübut edir. Əsərin  əvvəlində  qəhrəmanların necə biri olduqları bizə  məlum olmur, lakin 

hadisələrin inkişafında Xəlilin monoloqu Bəhmənin necə biri olduğunu göstərir. Həqiqətən də obrazların daxili monoloqları 

əsərdəki emosionallığı artırmışdır. 

Hər bir insanın içində başqa bir mən yatır, bu “mən” insanın heç kəsə göstərmədiyi üzüdür. İnsanlar nə qədər səmimi 

olsalar da, daxilində hər zaman dediklərindən fərqli bir fikirləri olur. Bəzən daxilindəki “mən”-dən çıxmayan insanlar da 

vardır. Xəlil belə insanlardan idi. O qədər içinə qapanan biri idi ki, hətta arvadı Teybə onun həbsə düşdüyünü belə bilmirdi. 

Xəlil, Bəhmənin onu Bakıya aparmaq istəyini biləndə üzdə göstərməsə də daxili monoloqundan getmək istədiyini anlayırıq. 

Ancaq sona yaxın o, bu fikirlərindən daşınır, çünki Bəhmənin həqiqətən də peşman olduğuna inanmırdı.  Əsərdəki  ən 

təsiredici məqamlarından biri də, Xəlilin uşaqlıq sevgisi olan Sayada, hecvaxt üzünə söyləyə bilmədiyi eşq etirafı ilə dolu 

monoloqu idi. Həmişə onların küçəsinin yanından keçər, qəlbində o təsiredici monoloqunu söyləyər və “Küçələrə su 

səpmişəm” mahnısını zümzümə edərdi: “Sayad, düzdür sən kolxoz sədrinin qızısan men isə adi kəndçi, amma gün gələcək 

mən də qalxacam yüksək səviyyəyə, o zaman sənə elçilərimi göndərəcəyəm”. Əsərin sonu da məhz bu mahnının sədaları 

altında Və Xəlilin monoloqu ilə bitir. Nəticə olaraq bunu deyə bilərəm ki, daxili monoloq hem insanın real həyatında və 

bütün ədəbiyyat nümunələrində böyük rol oynayır. Müasir dövrdə bir çox yazıçılar daxili monoloqdan istifadə etmişlər, İsa 

Muğanna, Elçin, Anar və s. İsi Məlikzadənin isə xüsusi yeri vardır. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   452   453   454   455   456   457   458   459   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin