Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə452/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   448   449   450   451   452   453   454   455   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

263 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

Birinci dövr sosialist realizminin şəriksiz hakim olduğu gərgin bir mərhələ olaraq xatırlanır, lakin keçən  əsrin 60-cı 

illərindən başlayaraq  şəxsiyyətə  pərəstiş kultunun uçulması ilə ölkədə  ədəbi ab-hava qismən mülayimləşir. Təbii ki, 

ədəbiyyatımız da bu prosesdən kənarda qalmır. Məhz bu dönəmdə B.Vahabzadə, N.Xəzri, F.Qoca, F.Kərimzadə,  İsa 

Hüseynov, Anar, İsi Məlikzadə, Elçin, İsmayıl Şıxlı, Y.Səmədoğlu, V.Səmədoğlu və başqalarının yaradıcılığında sosialist 

realizmi  ədəbi cərəyanı ilə  qətiyyən uyğunlaşmayan meyillər diqqəti cəlb etməyə başladı.  Ədəbiyyatın mövzusu adi 

insanların həyatının əks olunmasına yönəldi. Qəhrəmanın iç dünyasının təsvirinə maraq artdı. 

Bu dövrdə insana yeni baxışın formalaşması  qəhrəman anlayışının dəyişilməsinə, yeni tip və xarakter anlayışının 

ortaya çıxmasına səbəb oldu. Yazıçıların yeniliyə doğru addımlarından  başlıcası məhz ideyaçılıqdan yayınmaq idi. 

70-ci illərdən başlayaraq  ədəbiyyatımızda bədii qəhrəman  əsasən  şəxsi həyat dairəsində  təsvir olunur, əvvəlki 

dövrlərdən fərqli olaraq qəhrəmanın əmək fəaliyyəti, demək olar ki, önəmsənmir. İntellektualizmə doğru meyil güclənir və 

bunu “Toğana”, “Yasamal gölündə qayıqlar üzürdü” (Sabir Əhmədov), “İdeal” (İsa Hüseynov), “Labüdlük ” (Ç.Hüseynov), 

“Əlaqə”, “Macal” (Anar) və s. əsərlərdə müşahidə edə bilərik. Bu, əlbəttə, yazıçıların psixoloji üslub baxımından yeni 

səviyyəyə qalxdıqlarını göstərir. Onlar artıq sadəlövh adamların daxili yaşantılarını qələmə almaqla kifayətlənmir, get-gedə 

daha artıq ziddiyyətli fikirlər içərisində dolaşıb qalan mürəkkəb təbiətli intellektual qəhrəmanlara müraciət edirlər.  

70-ci illərdə özünü göstərən intellektuallaşma meyli 80-ci illər ədəbiyyatında bir qədər də dərinləşdi: bu, hər şeydən 

əvvəl, qeyd olunduğu kimi, bədii  əsər qəhrəmanları arasında düşüncə sahiblərinin artmasında özünü göstərir. Həmin 

adamlar daha tez-tez insanın özü üçün başlıca hesab etdiyi əxlaqi və mənəvi-psixoloji anlayışlar haqqında dərin düşüncələrə 

dalır, mühakimələr yürüdür, başqaları, yaxud öz-özləri ilə mübahisə edirlər. Belə əsərlərdə süjet və hadisələr elə də mühüm 

rol oynamır, bədii dinamika qəhrəmanın fikri axtarışları üzərində cəmləşir.  

Bu baxımdan Anarın “Əlaqə” povestinə  nəzər salsaq görərik ki, burada tələbə  və astrofizik alimin mübahisəsini 

verməklə müəllifin məqsədi bizim mütləq həqiqət saydığımız anlayışlara münasibətimizi dəyişməkdir. Daha artıq kainatın 

başqa guşələri – planetlər, qalaktikalar ilə mümkün ola biləcək əlaqələr barəsində uzun mühakimələr yürüdən qəhrəman son 

nəticədə bu problemi insan ağlının öz təbiəti ilə bağlayır: “...Biz şüurumuzun dəyişməz məntiqi qanunlarının pozulmasına 

razı olacayıqmı? Hadisələrin səbəb-nəticə bağlılığının qırılmasıyla barışa biləcəyikmi? Tamam başqa bir şüur sisteminin 

olmasını qəbul edəcəyikmi? Uzaq dünyalarla əlaqənin yaranıb-yaranmayacağı məhz bunlardan asılıdır...” 

Ədəbiyyatımızda 70-80-ci illərdə güclənən digər bir istiqamət də intellektualizmlə bir növ təzad yaradan lirik-

emosional üslub istiqamətidir. Bu ekspressiv üslub istiqaməti Elçinin (“Bir görüşün tarixçəsi”, “Mahmud və Məryəm”), İsi 

Məlikzadənin (“Küçələrə su səpmişəm”, “Gümüşü göl əfsanəsi”) və başqalarının əsərlərində zənginləşdi. 

XX əsrin 90-cı illərində isə ölkəmizin tarixində bir sıra köklü dəyişikliklər baş verdi. Müstəqillik əldə edilsə də, qara 

buludlar xalqımızın başının üstünü kəsdi, bir sıra ağır sınaqlardan çıxmalı olduq. Bu illər qanlı olaylarla, məhrumiyyətlərlə 

yadda qaldı. Və təbii olaraq bu acılı-ağrılı günlər, heç vaxt unudulmayan hadisələr ədəbiyyatımızdan da yan keçmədi. Bir 

çox dəyərli sənətkarlarımız öz qələmlərini istiqlal yolunda, Qara yanvar günlərində  və Qarabağ  məsələrlərində  mənfur 

düşmənlərimizin üzərinə tutulmuş bir silaha çevirdilər. Bunlara Vidadi Babanlının “Ömürlük əzab”, A.Abdullazadənin 

“Qanlı yaddaş”, “Sınaq kürəsi”, Ə.Əmirlinin “Ölü doğan şəhər” və s. kimi əsərlərini misal göstərmək olar. 

Müstəqillik dövründə yaradılmış  əsərlərdə artıq sovet dövründə alışdığımız qəhrəmanlar adi, sadə insanlarla 

əvəzlənirdi. Onları “müsbət” və ya ”mənfi” kimi bölgülərə ayırmaq meyillərindən  əl çəkilməsi, insana yeni fərqli tərzdə 

baxışın yaranması demək idi.  

Beləliklə, qəhrəman, tip, xarakter probleminin əslində sırf ədəbi bir problem olaraq qalmadığı qənaətinə gəlmək olar. 

Çünki yazıçı təxəyyülünün məhsulu olan obraz formalaşdığı ictimai mühitin xarakterini açıqlayır. Yəni hər bir dövrün ədəbi 

qəhrəmanını, o dövrdə yaradılmış obrazlardakı ümumiləşdirmə  və  fərdiləşdirməni öyrənib təhlil etməklə, həmin dövrün 

düşüncəsi, cəmiyyətindəki münasibətlər sistemi ilə bağlı məlumat almaq mümkündür. 

 

 


Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   448   449   450   451   452   453   454   455   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin