MÜASİR HEKAYƏLƏRİN İDEYA - MƏZMUN XÜSUSİYYƏTLƏRİ
Lalə HƏSƏNOVA
Azərbaycan Milli Elmlər Akademiyası
hltlala@mail.ru
Son illər hekayə janrının inkişafında yer alan “tənəzzül”, romanın öndə olması prosesi nəsrin ümumi inkişafını
xarakterizə edən əsas cəhətlərdəndir. Yazılan hekayələrin sayının cox olmasına baxmayaraq hekayələrə ümumən nəzər
saldıqda demək olar ki, (K.Abdullanın hekayələri istisnadır) müəlliflərin mürəkkəb formalara müraciət etməkdən
çəkindikləri, mövzuların həllində düzgün istiqamət seçmədikləri, nəticədə ənənəvi təhkiyə üslubu və süjet-kompozisiya
quruluşu ilə kifayətlənməli olduqları müşahidə edilir. Həmçinin əsərlərin bir çoxunda müəlliflərin dəyişən, mürəkkəbləşən
gerçəkliyi köhnə qəliblərlə işləməyə meylli olduqları meydana çıxır, bununla da mətnlərdə məzmun və forma vəhdəti
pozulur. Bu xüsusiyyətləri qruplaşdırmağa calıçsaq:
|