Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə608/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   604   605   606   607   608   609   610   611   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

342 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

yoldan çıxaran, aldadıb namusunu və    şəxsiyyətini tapdalayan İsfahan lotusu Şeyx Nəsrullahın iç üzünü açan təsirli 

sözlərinə  inanmaq istəmirlər. 

Şeyx  Nəsrullah  obrazı  ilə  ''Ölülər''də  bütövlüklə  yalançı, fırıldaqçı  din  xadimlərinin  əməlləri  ümumiləşdirilir. O  

şəhərə  gələrkən  özünü  tam  bir  din  xadimi  kimi  qələmə  verir. Və  əhalini  ölüləri  diritmək  kimi  bir  vergiyə  sahib  

oldugunu  iddia  edir. Təəssüf  ki, onun  ''ölü  diriltmək'' oyunu  əsasında  qurduğu  planın  bir  çox  məqamları  baş  tutur. 

Lakin  böyük  çətinliklə  olsa  da, nəhayət, İsgəndər  qatı  fanatizm  cəbhəsini  yararaq  Şeyx  Nəsrullahı  ifşa  edə  bilir. 

Bütün  yaradıcılığında  olduğu  kimi  ''Ölülər''də  də  Mirzə  Cəlili  ''müsəlman  qardaşları'' ın  bir  çox  sosial,mədəni  

sahələrdəki  geriliyi, mənəvi  ehtiyacları, bəzən  hətta  aşkar  gözə  çarpan  şikəstliyi,eybəcərliyi,  habelə    onların bu 

vəziyyətdən   qutarmaları, ag  günə    çıxmaları    tərəqqi  və  xoşbəxtliyi  maraqlandırıb  məşğul  edirdi. Ədib  acı  

həqiqətlərdən  şirin  xəyallar  naminə  danışırdı. Belə  olmasaydı, heç  onun  narahatlıq  və  təşvişinin  də  mənası  olmazdı. 

Nə  dini  xürafat, savadsızlıq, qəflət  yuxusunda  ''ölülük''  dərəcəsinə  çatmış    Hacı    Həsən, Məşədi  Oruc,  Kərbəlayı  

Fatma, Hacı    Kərim   barədə    acı  atmacaların  xeyri  olardı, nə    də    səhərdən  axşama  kimi  evdə    oturub    anasından  

''bozbaş  bişirmək  dərsi'' alan, günün  işığından, bağçanın  ətrindən  binəsib  qalmış ''gözəl  Nazlı'' barədə    qəmli  

şikayətlərin. Nə  müqəddəslik  pərdəsi  altında  camaatın  ''başını  piyləyən'' rəzil, əxlaqsız  Şeyx  Nəsrullah, nə  də  ''biçarə'' 

həmvətənlərinin  dərdindən  şəraba  qurşanıb ''ölülər'' dünyasına  matəm  marşı  oxuyan  İsgəndər  barədə  yanıqlı  

səhnələrin... 

Doğrudan da, ''Ölülər'' ədibin  oğul  məhəbbəti  ilə  sevdiyi  Haci  Həsənlərin, Kərbalayı  Fatmaların qayğıları, sıxıntı  

və  məhrumiyyətləri  haqqında, vətənin  gözəl, ağıllı, qeyrətli  övladlarının - isgəndərlərin, nazliların  işıqlı  mənəvi  aləmi  

haqqında, dərdləri, xəyalları, arzu  və  diləkləri  haqqında  faciədir; təravətini  bugün də  saxlayan  bir  faciə! 

 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   604   605   606   607   608   609   610   611   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin