II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
388
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
çəməkdir, və istedadla birləşərək bu əmək əsl incəsənət yaradır. Moem həyata Şekspir mövqeyindən yanaşırdı, yəni “həyat
nəhəng bir teatr, insanlar hamısı isə bu həyatda aktyordurlar” fikri ilə razı idi. Romanda da söhbət təkcə aktyor ifası və
böyük sənət haqqında getmir. Burada artıq Lamdertin ailə həyatında baş verən aktyorluq, oyundan söhbət gedir. Əsərdə ana
və oğul, ər və arvad, intellektual elita və cəmiyətin “qaymaqları”nın oynaqdığı oyun, bütün cəmiyyətin apardıqı saxta həyat
tərzi ifşa edilir. Lambertin əhatəsində hər kəs öz rolunu ifa edir. Moem bu oyuna zaldan tamaşa etmir, o insanları səhnə
arxasından izləyir. Buna görə də, süni yaranan simaların əsl üzü açılır, qəhrəmanların işlərinin əsl səbəbləri aşkar olur.
Rakursun yerinin dəyişməsi xəyalları da məhv edir. Nəticədə qəhrəmanların hərəkət etməyə vadar edən əsl səbəblər
açıqlanır.
Dostları ilə paylaş: |