Microsoft Word Materiallar Full


U. S. MOEMİN “TEATR” ƏSƏRİNDƏ QADIN XARAKTERİNİN TƏCƏSSÜMÜ



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə689/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   685   686   687   688   689   690   691   692   ...   1149
U. S. MOEMİN “TEATR” ƏSƏRİNDƏ QADIN XARAKTERİNİN TƏCƏSSÜMÜ 

Səidə ŞIXƏLİYEVA 

Baki Slavyan Universiteti 



innueda@hotmail.com 

 

Uilyem Somerset Moem XX əsrin  ən nüfuzlu müəlliflərindən biridir. Keçən  əsrdə yazıb-yaratmasına baxmayaraq, 



Moemin  əsərləri hal-hazırda da oxucu kütləsinin diqqətini özünə  cəlb edir. Onun əsərləri dünyanın bir çox ölkələrində 

oxunur və bir çox dillərə tərcümə edilmişdir.   Moemin  əsərlərində insanlara məxsus olan bütün hisslər nümayiş etdirilir və 

onların daxili aləmi həmişə onun əsərlərində mühüm yer tutmuşdur.1915-ci ildə qələmə aldığı “İnsan ehtiraslarının yükü” 

yazıçının şah əsəridir. Daha sonralar isə o, Gizli sirr, Ay və yarımqəpik, Ülgücün ağzında, Naxışlı örtük, Dairə əsərlərini 

yazmışdır. Ən gözəl əsərlərində Moem insanlarda müşahidə etdiyi meşşanlığı, ikiüzlülüyü, dar düşüncəliliyi, pula pərəstişi 

və eqoizmi şiddətli  şəkildə istehza obyektinə çevirmişdir. Moem insan varlığının dramatikliyinin gizli məqamlarını öz 

əsərlərində  əks etdirirdi. Moem öz əsərlərində yaradıcı insanların daxili aləmini araşdırır. Bu insanlar müəyyən sosial, 

psixoloji, mənəvi durumları qəbul etmirlər. Bunların əksinə, onlar öz varlıqları, daxili hissləri ilə yaşamağa cəhd göstərirlər. 

Bu mənada Moemin “Teatr” əsəri çox xarakterik bədii quruluşa malik olub, insan münasibətlərini, onun hisslərini, 

duyğularını göstərir. Moem aktyor sənətini və səhnə qanunlarını bilən insan kimi, bir aktyorun real həyat və səhnədə baş 

verən münasibətləri barədə düşüncələrini Julia Lambert-in simasında vermişdir. Əsərdə bu qadının çılğınlığı, emosionallığı, 

ehtirası, bir sözlə, insan hissləri, duyğuları tam şəkildə ifadə olunur. Həmçinin, əsərdə qadının həyatının gerçəkliyi və bir 

sıra məqamları modelləşdirilir. Julia Lambertin real və  səhnə  həyatında baş verən hadisələr məhz insan hisslərinin 

təcəssümüdür. Yaradıcı  şəxsin  ənənəvi obrazından fərqli olaraq, Julia gündəlik həyatında daxili aləmi ilə deyil, əksinə 

həyatını, hisslərini yaradıcılığı üçün bir material kimi səhnədə əks etdirir. Səhnə onun həyatı idi və bununla o, həyatında çox 

şeyə nail olmuşdu. Sanki səhnədə olduğu kimi həyatda da ərinin, oğlunun, sevgilisinin, anasının, rəqiblərinin və dostlarının 

qarşısında öz rolunu ifa edirdi. Julia heç zaman öz göz yaşını, zəifliyini,  ən  əsası  əsl hisslərini büruzə vermirdi. Başlıca 

mühüm cəhəti isə həyatının heç bir məqamına məğlub olmaması, hər zaman mübarizə aparması idi. Bu məqam qəhrəmanın 

xarakterinin, ən əsas da, onun düşüncələrinin açıq-aydın oxucuya çatdırılmasının çox yaxşı göstəricisidir. Julia həyatın bir 

çox bağlılıqlarından da gözəl olan azadlıq hissinə malik idi və bu hiss onu vəcdə gətirirdi. Onun üçün azadlıq hissi həyatda 

heç bir şeylə əvəz edilə bilməzdi. Onun səhnə və gerçək həyatı o qədər bir-birinin təsiri altına düşmüşdü ki, bəzən həyatda 

və ya səhnədə oynadığının fərqinə belə varmırdı. Baş qəhrəmanın daxilində olan bu gizli məqamları oxucu hiss edə bilir, bu 

da yazıçının insanların daxili hisslərini çox məharətlə oxucuya çatdırmasını bir daha sübut edir. Culiya Lambertin surətini 

yaradarkən Moem məhz bu mövqedən çıxış edir. Yazıçı Lambertin sənətinin məftunudur. Ancaq o açıq göstərir ki, Lambert 

artıq səhnədən kənarda da öz aktyor ifasını davam edir, və müxtəlif maskalar taxmaqdan yorulmur. Bu maskalar da, 

təkrarolunmaz Culiya Lambert haqqında  əfsanələrin yaranmasına səbəb olur. Moem belə  əfsanələrin yaranmasının 

mexanizmini, iç üzünü açır. Nəticədə oxucu başa düşür ki, aktyor sənəti gözəllik çələngi deyil. Əsl aktyorun həyatı  ağır 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   685   686   687   688   689   690   691   692   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin