LÜİS KEROLL YARADICILIĞI VƏ ŞƏXSİYYƏTİ
Səadət QULİYEVA
Azərbaycan Universiteti
g.saadat13@gmail.com
Müqəddəs Çarlz Lütvic Doçson (The Reverend Charles Lutwidge Dodgson, 1832-1898) uşaqlar üçün yazdığı
əsərlərini Lüis Keroll (Lewis Carrol) təxəllüsü ilə nəşr etdirmiş, elə bu imza ilə dünya uşaq ədəbiyyatının klassiklərindən
biri kimi şöhrət qazanmışdır. O, 1865-ci ildə yazdığı “Alisa möcüzələr ölkəsində” (“Alice’s Adventures in Wonderland”) və
1871-ci ildə qələmə aldığı “Alisa güzgü arxasında” (“Through the Looking-Glass and What Alice Found There”) adlı sehrli
nağıl-povestləri ilə irili-xırdalı bütün oxucuların sevimli sənətkarına çevrilmişdir.
Lüis Kərollun adını çəkdiyimiz hər iki əsəri indi Universitet kurslarında tədris proqramına daxil edilmiş, bu əsərlər
uşaqlar üçün pyes kimi uyğunlaşdırılmışdır. “Alisa möcüzələr ölkəsində” əsəri nəzəri, psixoloji, sosioloji və tarixi baxımdan
təhlil edilmiş, bir sıra araşdırmalar aparılmışdır.
Həmin araşdırmalardan biri Britaniya Universitetində uşaq ədəbiyyatı üzrə professor vəzifəsinə təyin olunmuş ilk
mütəxəssis Piter Hant (Peter Hunt) olmuşdur. O, qeyd etdiyimiz mövzu ilə bağlı iyirmi dörd kitabın müəllifi, yaxud
redaktoru olmuş, 120-dən çox məqalə yazmışdır. Oksford Dünya Klassikləri nəşrinə daxil olan “Uillouların küləyi” (“The
Wind of the Willows”), “Dəfinələr adası” (“Treasure Island”) və “Gizli bağ” (“The Secret Garden”) kitablarını redaktə
etmişdir. 2003-cü ildə Osakadakı Beynəlxalq İnstitutun uşaq ədəbiyyatı sahəsində fəaliyyətinə görə Qrimm qardaşlarının
mükafatını almışdır. Onun ən son kitablarından biri 2006-cı ildə nəşr olunmuş dörd cilddən ibarət olan “Uşaq ədəbiyyatı:
ədəbi və mədəni öyrənmədə tənqidi təsəvvürlər” (“Children’s Literature: Critical Concepts in Literary and Cultural
Studies”) adlanır.
Uşaq ədəbiyyatı sahəsində imzasını yaxşı tanıtdıran Piter Hantın “Uşaq ədəbiyyatının Oksford sorğusu” adlı ensiklo-
pedik nəşrində bir araşdırması (1) müəyyən məqamları ilə seçilir. Elə burada qeyd etmək yerinə düşər ki, uşaq ədəbiyyatının
tənqidi uşaqlara yox, oxucu və uşaq ədəbiyyatı ilə maraqlanan və onu öyrənən mütəxəssislərə müraciətlə yazılmışdır.
Uzun əsrlər boyu uşaq ədəbiyyatı nümunələri uşaqlar üçün yazılsa da, onun böyüklər tərəfindən daha çox oxunduğunu
və çox hallarda isə onların ürəyinə yol tapan əsərlərin məhz uşaqlar tərəfindən oxunub öyrənilməsi məsləhət görülmüşdür.
Lüis Keroll, prof.Cəlil Nağıyevin qeyd etdiyi kimi Lüis Kerollun adını bütün dünyada ilk növbədə Alisa haqqında
söylədiyi nağıllarla tanıtması təsadüfi deyildir (2).
Bu da məlum tarixi-ədəbi həqiqətdir ki, Lüis Keroll, Henri Corc Liddelin üç qızı Lorina, Alisa və Editlə qayıq
gəzintisində olarkən “Alisa möcüzələr ölkəsində” əsərini yazmaq qərarını vermişdir. Məhz Alisa onun diqqətini daha çox
cəlb etmiş, altı il sonra – 1871-ci ildə nəşr olunan “Alisa güzgü arxasında” (“Through the Looking-Glass and What Alice
Found There” – əsərin tam adı belədir) hekayəsini genişləndirərək kitab formasına gətirmişdir. Bir-birinin məntiqi davamı
olan hər iki əsərin illüstrasiyasını Con Tenniel (John Tenniel, 1820-1914) çəkmişdir. Lakin ən maraqlı və yadda qalan qeyri-
adi aşağıdakı mühakimə istər-istəməz hamını düşündürür: “Bir icmalçı bu əsərlərin uğurunu bu faktla əlaqələndirir ki, o
dövrün əksəriyyət uşaq kitablarından fərqli olaraq onların (Lüis Kerollun hər iki kitabının) əxlaqi nəticəsi olmamış və
oxucuya heç nəyi öyrətməmişdir”.
Əlbəttə, bir zamanlar dahi ingilis dramaturqu Vilyam Şekspiri (William Shakespeare, 1564-1616) plagiatçılıqda
suçlayanlar az olmamışdır, lakin o, dahiliyini əsərləri ilə yalnız XVIII əsrdə dünyaya bəyan edə bilmişdir. Lüis Kerollun
əsərlərində söz oyunu və onun zəngin leksikonu tərcümə işində nə qədər çətinliklər yaratsa da, onun hər iki əsəri demək olar
ki, çox-çox dünya xalqlarının dillərinə tərcümə edilərək uşaq ədəbiyyatının şedevrlərinə çevrilmişdir.
“Alisa möcüzələr ölkəsində” kitabını oxuyanda Alisa və onun iki bacısı – “Liddell” bacılarını düşünürsən. Qızlardan
birinin adı Elsidir (Elsie – bu ad Lorinda Charlottenin qısa deyiminin əzizləmə şəklidir, yəni adın transformasiyasında biz
|