Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə688/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   684   685   686   687   688   689   690   691   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

387 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

onu Alisa kimi səsləndiririk), ikinci Lasidir (Lacie, Alisanın (Alice) anaqramıdır (yəni bir kəlmənin hərfləri ilə başqa sözün 

düzəldilməsidir, məs.: yaqut – tuqay) və üçüncü bacı Tillidir (Tillie – Editə (Edith) verilən əzizləmə addır). 

Tənqidçilər “Alisa” əsərini əzab-əziyyətə düçar olmuş insanın bədii inikasını təqdim etdiyini qeyd edirlər. “Alisa”da 

bir nəfər də olsun belə mehriban, mərhəmətli obraz kimi verilməmişdir. “Burada təcavüzkarlıq, zorakılıq və allahsızlıq var” 

(1, s.44) yazan Piter Hantın fikri mübahisəlidir. Elə bil ki, Alisa “ağılsız, Allahsız dünyanın” caynaqlarında var-gəl edir. 

“Bir burada hamımız dəliyik” deyən əsərin yaddaqalan obrazlarından biri Çişayər Pişiyinin söylədiyi kimi hər şey vahimə, 

qarabasmaların içində oxucunu heyrətləndirir. 

“Puffin” uşaq ədəbiyyatı nəşriyyatının redaktoru “Alisa”nın müəllifi haqqında, xüsusilə onun balaca qızların müxtəlif 

pozalarda çılpaq şəkillərini çəkməkdə çox rüsvayçı bir ad qazandığını söyləyir. 

Qatarla səyahətə  çıxanda belə özü ilə tapmaca, oyun ləvazimatları  və kiçicik oyuncaqlar götürən yazıçı düşdüyü 

kupedə  uşaqlara gətirdiklərindən pay verərdi. Bundan savayı  dəniz kənarına çıxanda bir büküm sancaq töküb aparardı. 

Buradakı balaca qızların rahatlığı üçün lazım gələndə onların paltarlarının  ətəyini yuxarı qatlayıb sancaqlamaq istəsələr, 

velosipedi daha rahat sürmək üçün onlara kömək edərdi (1, s.12). 

Uşaq ədəbiyyatı tənqidinin ən böyük gücü də elə bundadır. Nə qədər qəribə olsa da, keçmiş sovet birliyində şair və 

yazıçıların yaradıcılığı ilə şəxsi həyatı arasında  əlaqə vəhdətdə öyrənilmədiyindən gurultulu və  tərif dolu ibarələrlə ədəbi 

tənqid sözünü söyləmişdir. 

ƏDƏBİYYAT 

1.  Hunt Peter. The Fundamentals of Children’s Literature Criticism: Alice’s Adventures in Wonderland and Through the Looking-Glass. 

The Oxford Handbook of Children’s Literature. Edited by Julia L.Mickenberg and Lynne Vallone. Printed in the United States of 

America: Oxford University Press, 2011. 

2.  Nağıyev Cəlil. Böyüklərin uşaq dünyası. – Lüis Keroll. Redyard Kiplinq. Ceyms Barri. Alan Aleksandr Miln. Bakı: Gənclik, 1986. 

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   684   685   686   687   688   689   690   691   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin