II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
406
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
əsasında gəldiyi bu qənaəti ərəbcə divanının möhtəviyyatı da təsdiq etməkdədirİbrahim Gülşəni, Xəlil təxəllüsü ilə yazdığı
bu əsərində, türk divanında olduğu zat-sifət nisbəti, cəm-fərq əlaqəsi, səkr-səhv halları, təcəlla, fəna-bəqa kimi klassik
təsəvvüfi mövzuları şair bu əsərində özünəməxsus şəkildə işləmişdir:
ﻢﻬﻓا ﻊﻤﺳا قﺮﻔﻟا ﻲﻓ ﻊﻤﺟ نﺎﻴﺑ ﻲﺘﻤﺻ
تﺎﻘﻃﺎﻧ ﺖﻤﺻ ﻦﻣ ًﺎﻘﻄﻧ رﺎﺻ ﻢﻜﺒﻟا اذ
Sükutum fərq içində cəmin bəyanıdır, onu dinşəsən,
Natiqlərin sükutundan danışmağa başlayan lalı anlarsan.
Mürşidinin mürşidi olan Seyid Yəhya Bakuvinin yeddi mərtəbəyə böldüyü, tədqiqatçı-alim Mustafa Karanın
“nəzərgahı-ilahi” deyə vəsfləndirdiyi qəlb Şeyx İbrahimin misralarında çox yayğın və müxtəlif mənalar kəsb edərək işlənib.
Divanın dil və üslub xüsusiyyətlərinə nəzər salındıqda ərəb dilinin zənginliklərindən faydalandığı, geniş şəkildə istifadə
etdiyi hiss olunur. Bununla yanaşı türk olması səbəbilə əsərdə türk düşüncəsinə xas ifadələrə də yer verilmişdir.
Dostları ilə paylaş: |