QarabağnaməLƏr miRZƏ RƏHİm fəNA



Yüklə 1,81 Mb.
Pdf görüntüsü
səhifə1/16
tarix31.01.2017
ölçüsü1,81 Mb.
#7113
  1   2   3   4   5   6   7   8   9   ...   16

 
QARABAĞNAMƏLƏR 
 
MİRZƏ RƏHİM FƏNA 
TARİXİ-CƏDİDİ-QÄRABAĞ 
 
BAHARLI 
ƏHVALATİ-QARABAĞ 
 
HƏSƏN İXFA ƏLİZADƏ 
ŞUŞA ŞƏHƏRİNİN TARİXİ 
 
HƏSƏNƏLİ QARADAĞİ 
QARABAĞ VİLAYƏTİNİN QƏDİM VƏ  
CƏDİD KEYFİYYƏT VƏ ÖVZALARL... 
 
ABBASQULU AĞA BAKIXANOV 
GÜLÜSTANİ-İRƏM.
  
 
Üçüncü kitab 
 
ŞƏRQ-QƏRB 
BAKI   2006 
Bu kitab "Qarabağnamələr. II kitab" (Bakı, Yazıçı, 1991) nəşri əsasında 
 
3
 

təkrar nəşrə hazırlanmışdır 
 
 
 
 
 
Tərtib edəni:              Nazim Axundov 
Elmi redaktoru:  
Akif Fərzəliyev 
 
 
 
 
 
947.54-dc22 
AZE 
Qarabağnamələr. III kitab. Bakı, “Şərq-Qərb” 2006, 248 səh. 
 
 
“Qarabağnamələr”in üçüncü kitabında Azərbaycanın XX əsr 
salnaməçiləri Mirzə Rəhim Fənanın, Baharlının, Həsən İxfa Əlizadənin, 
Həsənəli Qaradağinin, Abbasqulu ağa Bakıxanovun Qarabağ haqqında 
tarixi, ədəbi-bədii, publisistik oçerkləri toplanmışdır. 
 
 
ISBN10        9952-34-070-2  
ISBN13 978-9952-34-070-9 
© "ŞƏRQ-QƏRB", 2006 
 
4
 

  
 
 
 
 
 
 
TƏRTİBÇİDƏN 
 
"Qarabağnamələr"in üçüncü kitabına Qarabağ tarixi haqqında Azərbaycan 
dilində yazılmış aşağıdakı salnamə və materiallar daxil edilmişdir: 
Baharlının "Əhvalati-Qarabağ", Mirzə  Rəhim Fənanın "Tarixi-cədidi-
Qarabağ", Həsən  İxfa  Əlizadənin "Şuşa  şəhərinin tarixi" əsərləri, Həsənəli 
Qaradağinin "Qarabağ vilayətinin qədim və cədid keyfiyyət və övzaları, Pənah 
xan,  İbrahim xan və Mehdiqulu xan əyyami-hökumətlərinin  əksər vəqaye və 
hekayətləri"  əsərindən iqtibas, A.Bakıxanovun "Gülüstani-İrəm"  əsərinin V 
fəsli. 
Bu əsərlər tarixi, coğrafi, etnoqrafik, onomastik məlumatlarla yanaşı, zəngin 
dil materialları verən abidələrdir. 
Kitaba daxil edilən  əsərlərin  əlyazmaları  aşağıdakı arxiv və fondlardan 
toplanılmışdır. 
Baharlının yazdığı "Əhvalati-Qarabağ" əsərinin yeganə nüsxəsi Ermənistan 
Əlyazmaları Fondu - Matenadaranda saxlanılır. Həmin  əsərin fotosurəti 
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına 
Əlyazmaları İnstitutunda FS-455 nömrəli şifrlə saxlanılır. 
Həsən  İxfa  Əlizadənin "Şuşa  şəhərinin tarixi" əsəri müəllifin Respublika 
Ədəbiyyat və İncəsənət Arxivində şəxsi fondunda saxlanan əlyazması əsasında 
çapa hazırlanmışdır. Nəzərə çatdırmaq lazımdır ki, Həsən İxfa başqa Qarabağ 
salnaməçilərindən fərqli olaraq Türkmənçay müqaviləsindən (1828) sonra 
Şuşada baş verən siyasi və mədəni hadisələri də qələmə almışdır. Həmin nəşrdə 
isə Həsən İxfanın 1828-ci ıldən sonrakı dövrə aid fikir və mülahizələri əvvəlki 
"Qarabağnamə"lərin xronolojisinə uyğun gəlmədiyindən hələlik ixtisar 
olunmuşdur. 
Tarixi mənbələr göstərir ki, Həsənəli Qaradaği də "Qarabağ tarixi" 
yazmışdır. Hələlik həmin  əlyazma  əldə yoxdur. Qaradağinin oğlu həmin 
əlyazmasını oxumuş və 1936-cı ildə oradan bəzi iqtibaslar edib əsərin 
 
 
 
 
 
  
 
5

qısa xülasəsini vermişdir. Bu iqtibas Əlyazmaları İnstitutunda B-1949 nömrəli 
şifrlə mühafizə olunur. Qaradağinin əldə olan təzkirəsi də aydın şəkildə göstərir 
ki, o, Qarabağ tarixinə yaxşı  bələd imiş. Buna görə  də  Həsənəli Qaradağinin 
"Qarabağ vilayətinin qədim və  cədid keyfiyyət və övzaları" adlandırdığı 
əsərdən iqtibası həmin kitabda vermək məqsədəuyğun sayılmışdır. 
Mirzə  Rəhim Fənanın "Tarixi-cədidi-Qarabağ"  əlyazması da Azərbaycan 
Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına  Əlyazmaları 
İnstitutunda saxlanılır. 
Əvvəllər rus, Azərbaycan və fars dillərində çap olunmuş A.Bakıxanovun 
"Gülüstani-İrəm" əsərində Qarabağ xanlığının tarixi və onun başqa Azərbaycan 
xanlıqları ilə  əlaqələrindən bəhs edən, dəyərli fakt və fikirlər olduğundan V 
fəsli əlavə şəklində bu kitaba daxil edilmişdir. 
Bir küll halında "Qarabağnamələr" yalnız adi tarixi salnamələr deyildir. Bu 
əsərlərdə etnoqrafik materiallara, tarixi-memarlıq abidələrinin təsvirinə, 
Qarabağın bir çox maraqlı  şəxsiyyətlərinə, adət-ənənələrinə dair zəngin 
faktlarla, vəqf mülkiyyətinin Qarabağda geniş vüsət tapmasına dair tutarlı 
sübutlarla rastlaşırıq. 
  
 
6

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
MİRZƏ RƏHİM FƏNA 
 
TARİXİ-CƏDİDİ-QARABAĞ 
 
 
  
  
 
7

MİRZƏ RƏHİM FƏNA 
  
Mirzə  Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış  şairi və ictimai 
xadimlərindən biridir. Xan qızı adı ilə  məşhur olan Xurşidbanu Natəvanın 
yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə  Rəhim Fənanın təşəbbüsü ilə 
Şuşada "Məclisi-üns"  ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin 
rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri 
ikicildlik "Azərbaycan  ədəbiyyatı"  əsərində  əlavə  şəklində çap edilmişdir. 
Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyi-
nəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata 
geniş marağı olan Mirzə  Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ"  əsərindən 
yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. 
Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir. 
  
 
8

 
 
 
TARİXİ-CƏDİDİ QARABAĞ 
 
Qarabağ əyaləti barəsində yazılmış tarixlər vəz və üslubi-tarixnigaranlıqdan 
xaric və vüqui-tabani-hadisələr müfəssəl  şərh olunmayıb. Bəlkə  əksər vəqaye 
eynən fəramuş olduğuna binaən və əlavə mən cəm etdiyim vaqei xəbərlər ilə və 
günagün idarələrdə gördüyüm əsnad ilə qeyri-mütabiq olduğuna görə mən belə 
təsəvvür etdim ki, tarixi-səhihi-Qarabağ hənuz nəzm olunmamış. Ona görə çox 
vaxtlar bu arzuda olmuşam ki, öz məlumatıma görə  təzə "Tarixi-Qarabağ" 
yazam. Bu anəcən fərağət olmayıb, ancaq şimdi fürsət olduğuna tazə "Tarixi-
Qarabağ" yazmağa cəsarət etdim. 
 
 
QARABAĞ 
 
Qarabağ əyaləti cüzvi-əzimi-Azərbaycani-qədim və Azərbaycan həm cüzvi-
qədimi-məmləkəti-İran olubdur. 
Qarabağ  əhli öz vətəninin sorağını  və adını ancaq Mirzə Camal və Mirzə 
Adıgözəl tarixləri ortaya çıxandan sonra cuya olmuşlar. Çünki Səfəvi övladının 
əsrindən sonra saheyi-Qarabağ bir ad ilə məşhur olmayıbdır.
1
 O cəhətə məzkur 
tarixlərdən sabiq zikr edən olmayıbdır. 
Fəqət min yüz altmışıncı (1160) səneyi-hicri Nadir şah  Əfşarın qətlindən 
sonra onun hüzurunda olan qoşun sərdarları  və  əyan ləşkər pərakəndə olan 
zaman hazıri-hüzur olan şəxslərdən biri də Pənah xan Sarıcalı Cavanşir olubdur 
ki, həmə vaxt rikabda və mültəzimi-əmir-nizam var imiş. İnqilabi-vəzi-səltənəti 
nəzərə alıb, zəhməti-qürbətdən özünü xilas etmək qəsdilə vətənə müraciət edir. 
Onun vətənə müraciət etməyi və Qarabağ  rəyasətini qəbul etməyi tarix üçün 
təzə bir məhəl açıb Qarabağı müzakirəyə saldı. Qarabağda xanlıq bina 
olmağına bais olubdur. O yerin iştiharına və bu ittifaq  
                                                           
1Qeyd: Müəllif səhv edir. Səfəvilər dövründə Qarabağ bəylərbəyliyi mövcud olmuşdur. 
   
 
9

yada salıbdır. Qarabağın qədim şəhamətini Bərdədən başlamış, Mil səhrasında 
vaqe Aran qala şəhərini Araz nəhrin üstündə vaqe Əshabi-rəs  şəhərlərini, 
Bayat-Beyləqan  şəhərlərini,  ələlxüsus  şəhamətli Sultanbud təpəsini və sairləri 
hala bu arada zikr etdiyimiz təzə Qarabağ tarixini Pənah xan qurduğu xanlıq 
dairəsində  və o zamana dair Həvadisat tərəfində yazmağa  şüru edirik. Çünki 
əksər vəqayeyi-Qarabağ  mərbutə  dər  İran və  həmsayə  məmalik Gürcüstan, 
Osmanlı, Rusiya məmləkətinə. Ona görə bu məmalikin adı  və  şamil olan 
vəqaye mərqum olacaqdır. Xatimeyi-tarixdə  qədim Qarabağa müxtəsər işarə 
olunacaqdır. 
 
 
HÜDUDİ-ƏYALƏTİ-QARABAĞ 
 
Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə 
sariyal ru be məşriq gedir Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir 
yerdə  şərqdən gedir ta haman suyun qərbdən  şərqə  dəryayi-Xəzərə  tərəf cari 
Kür nəhrinin məcrasınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar 
dəryayə. Bu nöqtə Qalaqayın adlı  qəsəbədir ki, sabiqi Mustafaxanlı 
pristavlığına daxildir. Oradan Kür nəhrinin məcrasilə  sərhəd  şərqdən qərbə 
qayıdıb Kür nəhrilə üz yuxarı gedir. Sabiqi poçta stansiyonu Türyan çay adlı 
yerədək ki, Duzdağ burnunda vaqedir. Sərhəd Goran mülkündən yuxarı Duzdağ 
burnu  şimal tərəfdən ru becənub gedir Mirov dağının  ətəyində vaqe Molla 
Vələdli mülkünədək. Oradan Qara Çinar mülklərinin  əmlakını  əhatə edib üz 
yuxarı cənubən haman dağın qarlı və buzlu sarıyalı-nadək ki, hər yerdən ucaraq 
nöqtədir və ucalıqda Böyük Qafqaz dağlarına özünü həmduş göstərəndir. Bu 
nöqtədən  şərqdən qərbə  tərəf hər yerdə sarıyal sərhəd gedir. Ayrım kəndinin 
başının üstünədək ki, o kənd vaqedir Tərtər çayının əvvəlinci şaxəsindən olan 
çeşmələrdən. Bu nöqtədə Mirovdan gələn uca dağlar silsiləsi iki şaxə olub, biri 
Gəncə uyezdinə tərəf və biri Rumbasır və Kəlbəcər adlı uca dağlar ilə ki, İrəvan 
quberniyası ilə  Gəncə quberniyasının sərhədidir, məzkur dağlar  şimaldan üzü 
cənuba tərəf Qarabağ sərhədidir. 
  
 
10

HÖKUMƏTİ-PƏNAH XAN 
 
Bayat mülki hökumət olduqda hər tərəfdən xalq Pənah xanın başına cəm 
olar. Az vaxt keçər ki, cəmi-kəsir səvarə və piyada müntəziri-xədəmat olub və 
sükunət üçün dəxi fərahəm gəlirlər. Bu avazədən Xəmsə  məliklərinə  dəhşət 
hasil olar ki, təzə siyasət ilə nə əlaqədə olmaq hər kəs nə xəyal edirsə, əvvəlcə 
məhəbbət yolu ilə xan ilə mülaqat edib, əlaqədar olan Məlik Şahnəzər olar ki, 
onun hasari-təməkkünü Çanaqçı  kəndinə olar. Sair məliklər dəxi yavaş-yavaş 
xan ilə mülaqat edib hər kəs öz iradətini izhar etməkdə ehmal etməzlər. 
 
 
MƏRKƏZ HÖKUMƏTİN ŞAHBULAĞA KÖÇMƏYİ 
 
Üç-dörd sənə  zərfində izdihami-xəlayiq Bayat mülkünə  cəm olmağı, kim 
ləşkəri və kim əhli-sükunət müruri-zaman ilə isbat edir ki, şöhrət və abadiyi-
əzimə  şərayiti Bayat mülkündə kifayət verməyəcəkdir.  Əlavə  cəmiyyəti-
müxtəlif üt-təbaye məzacında hifzi-səhhə üçün əksərən müzürr olduğuna səbəb 
aran nöqtəsində  Şaxlıqda və su azlıqda Bayat mülkünün vaqe olmağı  əvvəlcə 
nəzərə  gələn münasibata zəif yetir. Əvvəlcə ümdə münasibət Bayat mülkü 
vəsətdə olmağı üçün və zəxirə cəm etmək üçün asan və tamam dörd tərəf İslam 
əhli olduğu və sair bu qism şərtlər idi. Şimdi hökumət nüfuzu qüvvət tapdıqca o 
münasibət Qarabağın hər tərəfində mümkün olduğuna lazımdır. Hökumət 
başına cəm olan camaat üçün hifzi-səhhə  və sühüləti-maaş  və abü həvayi-
məhəlli-mərkəz, hənuz mədəniyyət rayihəsi damağlarına dəyməmiş  kənd 
camaatı padşahi-məmləkət yoxluğunda vilayət hərçü mərc olacaqdır, 
xəyalından  şiddət ilə qorxub, istərlər ki, külliyən  İran o cümlə Qarabağ  nə 
surətdə qalmaq sözünü Pənah xan dilindən eşitsinlər. Öz aralarında məşvərət 
edib belə məsləhət gördülər ki, bu halda əgər Pənah xan qəbul etsə, onun irşad 
pahnümalığı ilə dolanmaq bizim səlahımızdır. Bu məqsədi Pənah xana izhar 
edib, müntəzir olurlar ki, bu mətləbi o qəbul edəcəkdir, ya yox? Pənah xan dəxi 
övzai görmüş  və bilərkən ki, hökuməti-müstəqilə zamanında rahat və aram 
ömür sürməyə qabil 
  
 
  
 
11

olmayan camaat necə  rəyasətsiz ömür edirlər. Ona görə bu əmrdə xalqın 
iltimasını qəbul edir. Çünki müddətlər Nadir şah hökumətin görüb, təcrübə yolu 
ilə şəraiti-hökmdarlıqdan baxəbər idi. Şəxsən özünün və əşirəsinin səlahını həm 
bunda görər və belə  də olar. Ta zamani-ayəndə siyasəti-adilə  nə vaxt iqamə 
olmaz. Pənah xan xalqın xahişini qəbul edəndən sonra əvvəlcə mərkəz hökumət 
üçün bir mötəbər yer Şahbulağı intixab edirlər və  məhəlli-mərkəz Bayat 
mülkünü müqərrər edirlər ki, Pənah xan orada əyləşib, xalq yavaş-yavaş orada 
sükunət etsinlər. 
 
 
XƏMSƏ MƏLİKLƏRİ 
 
Hənuz Pənah xan rəyasəti başlanmamış lazım biliriz ki, zikr etdiyimiz 
məhdud Qarabağ dairəsində mövcud və erməni  əhlinə  şamil iddiayi-məniyyət 
edən  şəxslər kimlər olduğunu zikr edək. Erməni tayfasına müqabil beş  nəfər 
məlikzadələr olubdur ki, həmə vaxt səlatini-İranə ya dövləti-Osmani 
təsərrüfündə olan zaman Osmanlı sultanlarına təbəiyyət edib. Hər biri bir 
erməni səkənəsi olan dairədə  məhdud halətdə ermənilərə  nəzarət ediblər. O 
cümlədən: 1) Dizaq Cavanşirdə Məlik Aslan əcdadı İslam məzhəbi qəbul etmiş; 
2) Vərəndədə Məlik Cəmşid övladı ki, Pənah xan zamanı Məlik Şahnəzərdir; 3) 
Çiləbörd-Xaçın mahalında Məlik Məcnun, Məlik Mirzə xan və sairlər; 4) 
Tərtərbasar mahalında Məlik Dani və sair; 5) Gülüstanda, yəni Mirov dağının 
şimalı baxar üzündə  Məlik Usub və  Məlik Hüseyn övladı ki, Məlik Bəylərov 
dəxi o cümlədəndir... 
 
 
MƏLİK ŞAHNƏZƏRİN PƏNAH XANI  
MEHMAN DƏVƏT ETMƏYİ 
 
Şahbulağında neçə vaxt rahatlıq hasil olandan sonra Məlik Şahnəzər Pənah 
xanı Çanaqçı kəndinə qonaq təklif edir. Pənah xan güclü süvari ilə Çanaqçıya 
gedir. Neçə gün mehman olursa, Məlik Şahnəzər hüsni-ətvar və nəcabət kirdarı 
ilə mehmannəvazlıq  şərtini ifa edir və öz sidqi-əqidətini və xülusi-niyyətini 
mehmana izhar edir. Xan 
 
12

lazimeyi-rizayət və  məmnuniyyət edəndən sonra Şahbulağına müraciət edən 
zaman Məlik  Şahnəzər  Şuşa kəndinədək ötürmək istər.  Şuşa kəndinin 
həvalisinə yetdikdə xan vaxtı ilə qala yerini nəzərə götürər ki, vaqiə xudadadi 
bir hüsni-həsindir. Bu xüsusda məlik ilə  nə söhbət keçirsə, məlik o yeri xana 
məsləhət bilir. Xan həm riza-mənlik söylər. Məxfi qalmasın ki, qala yeri Şuşa 
kənd əhlinin qaramal saxlamaq binə yeri olubdur. 
 
 
PƏNAH XANIN GƏNCƏBASARA GETMƏYİ 
(təxminən 1167-ci sənə) 
1
 
Məlik  Şahnəzər qonaqlığından gələndən sonra xan neçə min süvari cəm 
edib Qarabağın  şimalına tərəf hərəkət edir. Axır nöqtə Qarabağ hesab olunan 
Molla Vələdli kəndində  mənzil edib, Talış ya Gülüstan məliklərindən  əhval 
cuya olar. Məlum olar ki, o məliklərdən fəqət qoca Məlik Yusif qalır. O da 
Ağca qala hasarında mütəhəssin olub, xaricdən əlaqəsini kəsibdir. Məlik Yusifə 
xanın gəlməyi xəbər verilən kimi hüzura gəlib, izhari-iradət və itaət edir. 
Molla Vələdlidə oturan zaman xan hər gün Gəncəbasarın bir tərəfinə gedib, 
xalqın güzarişindən və Nadir şah vəfatından sonra siyasi halatından məlumat 
hasil edir. Məlum ola ki, İran məmləkəti bisahib qaldığına valiyi-Gürcüstan 
özünü  İslam padşahlarının təbəiyyət zəncirindən azadə hesab edib, qədimül-
əyyamdan Gürcüstana mail və Qafqaziyyənin sair guşəsindən qafil Gəncəbasar, 
Şəmsəddinli və Qazax camaatlarının himayət edib, onlar ilə əlaqədar olubdur, 
ta vəzi-dünya gələcəkdə  nə surət göstərə. Bu məni mühəqqiq olandan sonra 
Pənah xan vəcheyi-hümmət edir ki, gahgahi Gəncəbasara həmlə gətirsin. Pənah 
xan Gəncə həvalisində cilvə etməyi Gəncə əhli vali hüzuruna xəbər verirlər. 
                                                           
1
 
1167-ci hicri ili 1753-cü miladi ilə bərabərdir
 
 
 
13

 
ŞUŞA QALASININ BİNASI 
 
Gəncə sahəsinin məlumatından sonra Pənah xan ətraf hakimlərin və 
sair xudsər və qarətgər tayfaların halından xəbərdar ikən və  hənuz 
məmləkəti-İranda bir tacidar, müstəqil zühur etməsini mülahizə edibən 
ki, Qarabağ kimi böyük bir əyalətin hifz və himayəsini dər öhdə alıb 
əhali üçün hənuz bir siyasəti-möhkəm təyin etməmiş  və  əsasi-
müstəhkəm mərkəz rəyasət naminə  əmniyyətli bir yerdə qurmamış, 
qəflətən bir qəvi düşmən Qarabağın üstünə  gələrsə, hər ayinə  əhali 
pamal olub. Mən öz zəhmətimə  qəbul etdim ki, fərizə  hədər gedər. 
Yaxşıraq bu ki, bu gündən mərkəz rəyasət və sükunət xəyalında olanlar 
Şahbulağından  Şuşa kəndinin binə yerinə köçməyinə  əmr verilsin və 
belə də olar. 
 
 
ŞUŞA ŞƏHƏRİNƏ KÖÇMƏK 
 
Köç başlanmaq ilə  Pənah xan şəhərin yerinə baxıb öz şəxsi 
dəstgahından ötrü bir tərəfdən güşadə  və  vəsi bir qitə yerdə, daş  və 
əhəng ilə bir möhkəm hasar çəkdirib  əvvəl xaricdən  əndərun, daxil 
yerdə neçə pişxidmət otaqları  və yemək mənzili, sonra özündən ötrü 
mötədid otaqlar, qonaq otaqları, ondan sonra hərəmxana otaqları, 
hamam, məscid, sonra bir böyük mətbəxxana təmir etdirir. (Bu dairə 
sonra  Əhməd xan oturan evdir.) Bu hasara yavuq göz qabağında bir 
müsəttəh divan otağı, sonra məhdud bir surətdə xaricdən baxan bir 
mənzərədə otaqlar yapdırar, xaricdən varid olanları görməkdən ötrü. (Bu 
otaqlar Mehdiqulu xan oturan xoş  mənzərə evlərdir.) Ondan sonra 
məşriq tərəfdən qaya başında otaqlar yapdırır. (Məhəmmədhəsən ağa 
oturan evlərdir.) Sükunət fikri ilə  gələnlər dəxi hər kəsi öz əhvalına 
münasib yerdə özü üçün məskən və  məva bina edirlər.  İbtidada hamı 
müsəlman səkənəsi olduğuna orta hesab olunan bir yerdə böyük məscid, 
mütəəddid hamamlar, bazar yeri və sair ləvazimatı-şəhriyyə hər tərəfdən 
inşa olunar. 
Bu məmurənin adını  Pənah xan özü üçün Pənahabad adlandırar. 
Buraxdığı gümüş pulun adını  Pənahabad söylər ki, İran pulu yarım 
qran
1
 olur. 
                                                           
1
 
İranda 1826-1932-ci illərdə kəsilmiş gümüş sikkə. Çəkisi 7 qram, nominal dəyəri 1000 dinara bərabər idi. 
 
 
14

Əl-hasil Pənah xan Pənahabad  şəhərinin məmuriyyəti və  hər qism 
ləvazimat dürüst etmək yolunda, yəni kəndlilərdən təhsili-maliyat, 
nəzmi-əmri-ticarət, sənayeyi-müxtəlifə  və sair ləvazimati-maaşiyyə  və 
tərtibi-ehtiyacati-şəhriyyə yolunda tədbirlər edir və qanunlar qoyur. 
Filcümlə  fəraqət hasil olan kimi Gəncə üzərinə  həmlə etmək fikrində 
olur. 
 
 
PƏNAH XANIN GƏNCƏ  
ÜZƏRİNƏ HƏMLƏ ETMƏYİ 
 
Pənah xan çox güclü süvari qoşunu ilə  Gəncə  tərəfə  rəvanə olur. 
Bilamane şəhərə daxil olur. Qoşun əhli bilatəxir əl açarlar qətl və qarətə. 
Nalə və fəryadi-əhli şəhər asimanə bülənd olur. Şuriş və qövğayi-əzim 
vaqe olur. Neçə gün bu məzlumə tul çəkər xəbər yoxdur. Neçə gündən 
sonra Pənah xan Qarabağa müraciət edir. 
 
 
ŞƏKİLİ HACI ÇƏLƏBİ HAMAN İLDƏ GƏNCƏ 
ÜZƏRİNƏ HÜCUM EDİR 
 
Pənah xan Gəncə şəhərinə gedib təsxir etmək xəbərini və Pənah xan 
Qarabağa qayıdandan sonra Gürcüstan qoşununu Gəncə vilayətini 
mühafizə  qəsdi ilə  Gəncədə oturtmaq xəbərini təfsilən Hacı  Çələbi 
Şəkidə eşidib haman il çoxsaylı süvari ilə Gəncə tərəfə rəvanə olur. Bu 
qəsd ilə ki, gürcü qoşununu oradan çıxarsın, yainki tamam qətlə yetirsin. 
Hacı  Çələbi Gəncəyə varid olan saat gürcü qoşunu qabağa çıxıb 
müqabilə edir. Şəki süvariləri qızmış şirlər kimi hər tərəfdən gürcülərə 
həmlə edib onları  şikəst edirlər. Qaçmaq bacaran qaçır, yerdə qalan 
tamam məqtul olurlar. Gəncə  əhli Hacı  Çələbidən qorxub gürcülərə 
kömək edə bilmirlər.  Əgər kömək edən olubdursa, onlar da qətlə 
yetişibdilər. 
 
15

İRANDAN PƏNAH XANA YETƏN XƏBƏRLƏR 
 
İran məmləkətindən Pənah xana səhih xəbər çatar ki, iki nöqtədə 
dəviyi-səltənət edən  şəxslər peyda olmuş. Biri Astarabad tərəfdən 
türkman içindən Məhəmmədhəsən xan Qacar ki, Nadir şah zamanında 
əhli-üsyan hesab olunduğuna türkman tayfalarına  əmr olunmuşdu ki, 
onu ya qətlə yetirsinlər, ya məhbus hüzura yetirsinlər. Türkmaniyyə 
Heybəti-Nadiridən qorxub Məhəmmədhəsən xanı öz içlərindən xaric 
edirlər. Məhəmmədhəsən xan bir nəfər süvarə ilə biyabənlərdə olar. Biri 
də, Kərim xan Zənd ki, əkabiri-taifeyi-Zəndiyyədən və  Şirazda xüruc 
edib dəviyi səltənət edər. Hər iki tərəf bir-birinin üzərinə  təhacum və 
ləşkərkeşlikdə bulunurlar. 
Əlbəttə, bu xəbər Pənah xanı böyük qeydə və fikrə salır ki, atəşi-fitnə 
İranda vaqe olub və bu odun səfnəsi onu da yandıracaqdır. Bununla belə 
Pənah xan nə vaqe olarsa, təqdirə  həvalə edib Qarabağ mülkünün 
islahında ikiqat çalışmağı özünə vacib edir. Belə  qərara gəlir ki, 1) 
əvvəla xaric xəbərləri ələ gətirmək; 2) Qarabağın hər guşəsində nə vaqe 
olduğun istixbar etmək; 3) zəxireyi-nan və hübubat və sair ləvazimati-
təhamiyə cəm etmək; 4) mühafizəti-Pənahabad. Bu maddələrdə  hər iki 
tədbir yolu gedib şəhər mühafizəsindən ötrü iki tərəfdən yol və tərəddüd 
təyin edər. Biri Gəncə  tərəfə  və biri İrəvan tərəfə tamam dairə  şəhərə 
hasar çəkdirmək və yasaq yerləri bina etdirməyi hər şeydən əfzəl qərar 
verir. Hər yerdən memarlar və əhli-kar cəm etdirib şəhər qapılarını hər 
iki tərəfdən qüvvətli hasara tutdurur. Memarlara hasar nəxşəsini göstərir 
ki, ali və möhkəm bürclərə, pusqu yerləri təmir etsinlər və müstənaməti-
lazimələri tədarük olunsun. Xülasə,  İran xəbəri çatandan sonra Pənah 
xan bir dəqiqə asudə olmaz. Gahi şəhərdə oturarkən daxili nizam və 
intizam naminə və gahi əyalətin bir tərəfinə səfər edib xalqın halatindən 
istixbar edərdi. Qonşu  əyalətlərin xəyalından  əxbar cəm edərdi. Çünki 
az vaxtın zərfində  Pənah xan üç yerdə  mərkəz, hökumət qurub, axırda 
Pənahabad kimi bir hasari-zərfin ehdas etməyi, Gəncə şəhərinə təhağüm 
edib, müzəffər müavidət etməyi həmsayələr üçün əsbabi-hədər güftəgu 
olmuşdu. Müntəzir idilər ki, kənardan bu tərəqqiyə bir zaval 
çatılacaqdır. Amma Pənah xan öz tədbirində huşyar ikən fəqət  İran 
vaqeyindən qorxulu xəbərlər alınırdı. 
  
 
16

 
ƏXBAR VƏ HƏVADİSATİ-MUTƏFƏRRİQƏ 
 
1. Biz  cəm etdiyimiz əxbar və  əsnadi ki, 1169-cu sənədən sonra 
Pənah xan barəsində heç bir xəbər yoxdur. Güzinni Kərim-xani-Zənd 
ehzar etməyə görə Baharlı molla Dəlini ki, fazil və layiq vizarət bir şəxs 
imiş, sair mötəmidləri ilə götürüb, Şiraza gedibdir. 1172-ci hicridə orada 
vəfat edibdir. Amma cənazəsi  Şirazdan Qarabağa həml olunubdur. 
Ağdam məqbərəsində dəfn olunubdur. 
2. Haman 1172 (1758)-ci ildə  Məhəmmədhəsən xan Qacar Kərim 
xan ilə müxasimə  və müharibə halında olan zaman Məhəmmədhəsən 
xan Təbrizdən Qarabağ  əyalətinə hücum edib, Araz kənarında olan 
kəndləri qarət edib, yenə Təbrizə tərəf müraciət edir. 
Qarabağ tərəfdən bu təhakümə müqabilət edən olubdur - ya nə, xəbər 
yoxdur. 
3. 1172 (1758)-ci sənədə Fətəli xan Əfşar iki, ya üç dəfə Qarabağın 
üstünə  gəlib, qarət edib qayıdıbdır. Xacə  Əlilər çayının
1
  Pənahabada 
baxar üzündə mötədid təpələr mövcuddur ki, bu zamanda dəxi xalq 
dilində  Fətəli xan təpəsi məşhurdur. Bu asardan məlum olur ki, 
Pənahabad tərəfdən, yeni Pənah xanın böyük oğlu və canişini 
İbrahimxəlil xan tərəfindən qarətgərlərə ciddi surətdə müqabilə 
göstərilibdir. 
4. 1199 (1784)-cu ildə Qubalı  Fətəli xan həm Qarabağ üzərinə 
qəravul qəsdi ilə  gəlib və qarət edibdir. Avarlı Ümmə xan ki, o vaxt 
İbrahim xana qız verib, onunla həqqi-qərabəti var imiş, bu xəbəri eşidib 
İbrahim xan Fətəli xana müqabilət edə, ya etməyə İbrahim xana havadar 
çıxmaq niyyəti ilə 3000 nəfər ləzgi qoşunu Qarabağa göndərər ki
əhyanən Fətəli xan bir də Qarabağa gəlsə, onunla müqabilət etsinlər. Bu 
qəsd ilə  ləzgi qoşunu 3 ay Qarabağda oturub Fətəli xan gəlmədiyinə 
qayıdıblar Dağıstana.  Əl-hasil Pənah xan Şiraza nə vaxt izhar 
olduğundan xəbər yox ikən vəfatı xüsusunda 1173 (1759)-cü sənədə 
xəbər hasil olar. Amma Pənah xan gedəndən sonra İbrahim xan nə növ 
rəyasət etdiyindən və Qarabağda üz verən hadisələr necə ki, fövqdə zikr 
olundu,  İbrahim xan barəsində tarixi bir xəbər nəzərə  gəlmir. 1178-ci 
sənədə İbrahim xan "xan" adı ilə 
                                                           
1
 
Xocalı çayı
 
 
17

məşhur olub. Kərim xan Zənd 1193 (1779)-cü sənədə vəfat edənədək bu 
müddətdə onun hökumətinə  nə  İran tərəfindən və  nə sair qoşunlardan 
hücum edən olmayıbdır. Bəlkə çox ehtimal bunadır ki, Pənah xan 
Şirazda vəfat etdiyinə, Qarabağ  əyaləti sahibsiz qalmamaq adına onun 
hökuməti Kərim xan əmri ilə ola. Kərim xan hali-həyatda olan zamanı 
ancaq Qarabağ xanlığı qonşulardan artıq məşhur və müzakirədə olmağa 
görə Qarabağ necə ki, Qaradağ  və  Təbriz  əyalətlərinin hesabında  İran 
şahlarının nəzərində  işvə edibdir. Hökuməti-İran oradan qəflət etməyi 
həmə vaxt müxabirədə olubdur. 
 

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin