KƏRİM XAN ZƏNDİN VƏFATI
İbrahim xana xəbər yetər ki, İran padşahı hicri 1193 (1759)-cü ildə
Şirazda vəfat etdi. Bədihidir ki, bu xəbərdən xan müstərib olub təşvişə
düşər. Zira xanın iştiharına bane Kərim xan əsrində müstəqillən Pənah
xan əvəzində Qarabağda xanlıq etməyindən. Əgər İran dövləti bu işi
xəlaf hesab etsəydi, hər vəchlə inkar edib dəf edərdi. Odur ki, bu
qəzadan bikülli xatiri əfsurda olmayıb Kərim xan vəfatı qonşu
əyalətlərdə nə təsir göstərdiyindən əxbar cəm edib müntəziri-həvadisati
ayəndə olar. Bu əsnada Gürcüstan valisindən rəsul varid olub nameyi-
dustanə və töhfeyi-müşfiqanə yetirər. Məzmuni-nameyi padşahi İran
vəfat etməyini havi və İbrahim xan rəyini məsəllət edər ki, bu hadisə
vüquunda xan ayəndə üçün nə fikir edir, ta o fikirdə vali həm onunla
ittifaq etsin. Çün İbrahim xan bilirdi ki, vali İran əlaqəsindən xoşdil
deyilsə, artıq meyli Rusiya dövlətinədir. Ona görə vali kağızına cəvabən
məktubi-dustanə yazıb Molla Pənah səhabəti ilə Tiflisə rəvanə qılır. Bu
mükatibə nəticəsində xan ilə vali arasında müahideyi-ittihad və ittifaq
əmələ gəlir, İran dövlətinin əleyhinə. Çünki Pənah xan Şirazda vəfat
etmək məsələsindən İbrahim xan qəlbi xali əz küdurət deyildi.
18
KƏRİM XAN VƏFATINDAN SONRA
İRAN MƏMLƏKƏTİNİN HALI
Padşah vəfatından sonra çeşmi-çirağı-məmaliki-aləm hesab olunan
İrani-viran və əhali bədbəxt 1193-cü ildən 1206-cı ilədək
1
zülm və
zülmət dəryasında bisahib əl-ayaq qalar.
Şirazda Kərim xan təhəti-nəzarətində olan Məhəmmədhəsən xan
Qacar övladı Ərşəd oğlu Ağa Məhəmməd xan qardaşları ilə vəfati-
Kərim xanı şəhərdənkənar işkargahda eşidən kimi oradan çox sürətlə
fərar edirlər. Astrabada çatan kimi öz havaxahlarını başlarına cəm edib,
hər tərəfə səs sahrlar. Qoşun cəm etməyə başlayırlar. Cuş və xuruş hər
yerdə üz verir. Ağa Məhəmməd xan atasının qanını almaq üçün
Türkmaniyyə və Astrabadiyyə hücum edir. Mazandaran və ətraf xırda
şəhərləri misli-vari, barfruş və qeyrəni 1206-cı ilədək hər yerdə olan
Zəndiyyə hakimlərini məqfur və müstasil edir. Bir nəhv ilə ki, tamam
Gilanat təhəni-hökuməti Ağa Məhəmməd xanda bulunar. Özünü İran
şahı adlandırar. Tamam İran dairəsini bemövcibi-əyalət islah etmək
fikrində olar. O cümlədən Azərbaycan və Süleyman xan Nizamüddövlə
ixtiyarına 6000 nəfər süvari qoşun təyin edib Azərbaycan ümuratına
məmur edər. Zimnən müqərrər olunar ki, Qarabağ hakimi İbrahim xanı
dəf etsin.
AĞA MƏHƏMMƏD ŞAHIN
TƏXTİ-SƏLTƏNƏTİ-İRANƏ CÜLUS ETMƏYİ
1210 (1795)-cu ildə əyani-ləşkər və ricali-dövlət təkid və israrına
görə Ağa Məhəmməd şah Qacar libasi-cülus geyib taci-səltənət götürüb
rəsmi surətdə təxti-şahanə üzrə əyləşir. Dövlət xadimləri salama gəlib
mübarək deyirlər... Müğəlləl və təntənəli şəraitdə neçə gün eyşü-nuş və
suri-sürur imtidad bulur. 1210-cu ildə İbrahim Xəlil xan üçüncü ilə daxil
olur ki, əməniyyət ilə tənəffüs edib özünü və Qarabağı ləgədnubi-
ləşkəri-İran görmədikdə hesab edir. Ağa Məhəmməd şah Tehrana
müavidət edən kimi yenə Azərbaycan səfəri və yenə Qarabağ sahəsinə
hücum etmək fikrinə düşür.
1 Miladi tarixlə 1779-1791-ci illərdə
19
İBRAHİM XANIN QONŞU
XANLAR İLƏ MÜNASİBƏTİ
İbrahim xan Qarabağ əyalətində öz hökumətini ədalət və ehsan təriqi
ilə aparmağa görə qonşu əyalətlər içində yaxşı ad ilə məşhur olduğuna
qonşu xanlar hər kəs istər İbrahim xan ilə dustanə bir müravidə yolu
açsın. İbrahim xan özü də lazım bilib qonşulardan böyük qüvvə sahibi
olanlar ilə aşnalıq və get-gəl etməyə nail olur.
AVAR XANI TƏRƏFİNDƏN
DOSTLUQ MÜNASİBƏTİ
Məlum deyil nə vasitə ilə vaqe olursa, İbrahim xan avarlı Ümmay
xan (Ümmə xan - N.A.) ailəsi ilə şərəfi-qərabət bular. Avar xan kəriməsi
Bikə ağanı İbrahim xan üçün daimi nikah ilə əqd edib, böyük təntənə və
cəlal ilə hicri 1193 (1779)-cü ildə Qarabağa gəlin gətirirlər.
ŞƏKİ XANI TƏRƏFİNDƏN
İbrahim xan Şəki ailəsi ilə sabiqə və rabitə olduğu səbəbə öz
kərimələrindən birini zövciyyəti-daimi ilə şəkili Səlim xana əqd etdirir.
ŞİRVAN XANI İLƏ OLAN MÜNASİBƏT
Şirvanlı Mustafa xan həmə vaxt İbrahim xan zamanın onunla dustanə
rabitədə olub bir-birinə töhfə və hədiyyə göndərir. Bəlkə dostluq və
xeyirxahlıq səriştəsin əldə saxlayırdılar. Miladi 1796-cı ildə Rusiya
sipəhsaları qraf Zubov bir tərəfdən və İran padşahı Ağa Məhəmməd şah
bir tərəfdən Şirvanat qəsdi ilə gələn zaman Mustafa xan Fit qalasında
davam gətirməyib öz xəzinə və dəfinəsini Fit dağında bir möhkəm yerdə
gizlədib Qarabağ tərəfinə hərəkət edir ki, İbrahim xan rəiyyətində özünü
və əyalını Pənahabadda mühafizət etsin. Amma imperator II Yekaterina
vəfat etdiyinə dava moquf olub Zubov Rusiyaya qayıdar. Mustafa xan
Qarabağdan öz vətəninə müraciət edər.
20
İBRAHİM XAN ƏBDUSSƏMƏD BƏY
CAVANŞİRİ AĞA MƏHƏMMƏD ŞAH HÜZURUNA
ZAVAL GÖNDƏRMƏYİ
Ağa Məhəmməd şah Qacarın xüruc etməyini və məmaliki-İran,
həmçinin Azərbaycan barəsində olan tədbirləri eşidib, İbrahim xan hərçi
övzanı münqəlib görsə də tədbir yolunu itirməyib dərhal öz əmisi oğlu
Əbdüssəməd bəyi, ləyaqətli və adlı-sanlı bir şəxs kimi ərizeyi-məzirət
və şayəstə töhfə və tədarük ilə şah hüzuruna rəsul göndərir. Üzr istəyir
ki, naxoş olmaq səbəbinə hüzuruna gələ bilməyib. Əmizadəsi
Əbdüssəməd bəyi hüzura göndəribən təəhhüd edir ki, bir qeyri vaxt
şərəfyabi hüzur olsun. O vaxt yetincə Əbdüssəməd bəy həmə vaxt
mültəzimi-rikab olub, səadəti-qürub hüzuru ilə sərbülənd olsun.
ƏBDÜSSƏMƏD BƏYİN MƏQTUL OLMAĞI
Şiraz və Kirman səfərində 3 il şah rikabində müdavimət edib
müraciət edəndən sonra Əbdüssəməd bəy Azərbaycana gəlmək
iradəsindən fərar etmək istər. Sərhəddatin bir mövqeyində süvari çapıb
istər ki, fərar etsin. O anda o yerdə hazır olan neçə nəfər şah-sevənlilər
onu tanıyıb istəyirlər rutsunlar. Əbdüssəməd bəy tünd at çapan halda
şahsevən adamları tüfəng atarlar. Güllə Əbdüssəməd bəyə dəyib atdan
yıxılır. Şahsevənlər yetişib başım kəsib, şah hüzuruna aparırlar. Bu
qəziyyədən İbrahim xan qəlbinə nəhayətdə ağır küdurət və məlal oturar.
Müntəzir olar ki, İran tərəfdən dəxi nə hadisə üz verəcəkdir.
Bu əsnada İran dövlətinə xəbər yetişər ki, İbrahim xan Gürcüstan
valisi ilə İran əleyhinə həməhd olmuşlar (1208-1209-cu illər).
1
1 Miladi 1793-1794-cü illərdə
21
İRAN LƏŞKƏRİNİN AZƏRBAYCANA GETMƏYİ
Yuxarıda mərqum halat əsnasında beynəl-tərəfeyn arasında nə tülu
edəcəyinə cəmi xəlayiq müntəzir ikən Ağa Məhəmməd şah sərdari-sünahə əmr
edir ki, şahzadəgani-Qacar, Əkabir, əyani-ləşkər və cavan İran əhli hazır
olsunlar ki, şah Azərbaycana gedəndə ittifaq etsinlər. Yola düşməzdən qabaq
Məhəmmədhüseyn xana əmr sadir olar ki, bir dəstə qoşun ilə qabaqca Araz
çayının üstünə gedib, onun üzərində olan Xudafərin körpüsündə ləşkərgah
etsin. Ta İbrahim xan tərəfdən körpüyə bir sədəmə vurulmasın.
Məhəmmədhüseyn xan nə qədər tezraq gələrsə də, körpünü İbrahim xan
adamlarının əli ilə şikəst tapar. Dərhal əhvalatı şah hüzuruna xəbər verirlər.
Ağa Məhəmməd şah dərhal Süleyman xan Nizamüddövləyə əmr edir ki, 10000
nəfər qoşun əhli götürüb getsin Araz çayına və şikəst olmuş körpünü təmir
etdirsin. Oradan gedib Pənahabadı əhatə etsin. Körpü təmirindən sonra
Süleyman xan Pənahabada tərəf hərəkət edən zaman yolda İbrahim xan
qarovulları ilə rast gəlib, bəzisini məqtul və bəzisini dəstgir edib Pənahabad
tərəfə rəvanə olar.
Şuşa kəndinin başında Pənahabada müqabil səngər bina etdirər, tain ki, Ağa
Məhəmməd şah hesabsız qoşun ilə varid olar.
PƏNAHABAD QALASININ MÜHASİRƏSİ
Ağa Məhəmməd şahın əmri ilə Pənahabad qalasına od yağdıran topların
ağzı açılır. Qalada çox evlərə sədəmə dəyər, insan həlak olar, İbrahim xan dava
tədarükündə olub, 10000 nəfər silahlı qoşun ilə şəhərdən çıxıb, İran qoşunu ilə
müqabilət edir. Bütün gün hər iki tərəf bir-biri ilə vuruşub, çoxlu canlar tələf
olur. Gün batana yaxın dava dayandırılıb İbrahim xan qoşunu ilə qalaya
qayıdar. Neçə gün tərəfeyn arasında iş sükut ilə keçdiyinə mühasirə uzanar.
Ağa Məhəmməd şahın fikri isə mühasirə xiyyəti ilə tul qalmaq faydasızdır.
İbrahim xana bir məktub göndərib, bu beytin məzmunu ilə təhdid edər:
Zi məncəniqi-fələk səngi-fitnə mibarəd,
To əblehanə girifti miyani-şişə qərar.
1
Ürfi
1
Fələkin məncəqindən fitnə daşı yağır,
Sən axmaqcasına şişə içərisinə sığınmısan.
22
Xan tərəfdən Molla Pənah bu beyti yazıb, cavab göndərər:
Gər nigəhdari-mən anəst ki, mən midanəm,
Şişera dər bəğəli-səng nigəh midarəd.
1
Bu cavabdan şahın ovqatı ziyadə təlx olar... Şuşanı almaqdan əl
çəkər.
AĞA MƏHƏMMƏD ŞAHIN AZƏRBAYCANA VƏ
PƏNAHABADA GƏLMƏYİ
1212 (1797)-ci il tarixi-hicridə zilqədə ayında Ağa Məhəmməd şah
Tehrandan Ərdəbilə hərəkət edir. Buradan 100000 nəfər təcrübə
olunmuş adamlardan götürüb, gəlir Araz kənarında ləşkərgah edir.
Məlum olur ki, İran qoşunu gəlincə İbrahim Xəlil xanın əmri ilə
Xudafərin körpüsünü şikəst ediblər. Ağa Məhəmməd şah körpü təmirinə
hövsələ etməyib atlıları sudan keçirər. Qoşun əhlindən tələfat olur.
Amma şah Pənahabad müqabilinə yetənədək İbrahim xan özünü və
övladını mühafizə etmək qəsdilə Pənahabaddan çıxıb, üz qoyur Şəki və
Ləzgistana getməyə. Tain ki, Balakən deyilən ləzgi əqvamlarının içində
mənzil edir.
Ağa Məhəmməd xan İbrahim xanın fərar etməyini eşidib, maneəsiz
şəhərə daxil olur. Məhəmmədhəsən ağa oturduğu imarətdə mənzil edir.
Şəhərdə güman olunan əmval və əsqal, xəzinə və dəfinə hər kəsdə zənn
olunarsa, əxz olunur. Şahin təvəscü-fündən doqquz gün keçir. Əz-qəza
doqquzuncu gün hüzura yavuq qulluqçulardan iki nəfər ki, biri Səfərəli
namdır, qüsuri-xidmət əvəzində bazxasti-şədid olmağa sizavar olurlar.
Şah o gecənin sübhünə bazxəst vədə verir. Şahın bu vədəsi canilər üçün
o qədər əsbabi-xof və vəhşət olur ki, guya əcəli-həqiqi gəlib bunların
yaxasını tutmuş. Şiddəti-vahimədən bir dəqiqə aram olmağa bunların
canında qüvvət qalmır. Canilər istəyirlər salim qalmağa. Bir tədbir
etsinlər mümkün olmur. Məgərinki şahın öz vücuduna xətər yetirmək.
1
Əgər məni qoruyan mənim bildiyimdirsə,
O, şişəni daşın qoltuğunda mühafizə edər.
23
PƏNAHABADDA AGA MƏHƏMMƏD ŞAH
QACARIN MƏQTUL OLMAĞI
Şənbə gecəsi 21 zilhiccətül-həram ayı 1212 (1797)-ci il qəzayi-hətmi
və mərgi-müqəddər saat yetib Abbas bəy Səfərəli adlı yoldaşı ilə əli
xəncərli şah sərapərdəsinə girib öz yataq otağında şahı qətl edirlər.
Cavahirat sandıqçasını və şəmşiri-mürəssə və zinəti-İran deyilən iki
böyük almazı, biri Dəryayi-Nur və biri Taci-Mahi götürüb yataq
otağından çıxıb gedirlər, Sadıq xan Şəqaqi mənzilinə və macarati nəql
edirlər. Sadıq xan hövl edib qatillər ilə gecə ikən Pənahabaddan fərar
edirlər. Gecə vaxtı, ya səhərə yaxın orduyi-ləşkərdən hər kəs şahın
məqtul olunduğunu bilirsə, dərhal fərar edirdilər. İrana tərəf çox pərişan
və pərakəndə surətdə qaçırlar.
Pənahabad şəhərinin əhalisi kimi gecə, kimi səhər bir-birinə dəyib
qaçırlar Məhəmmədhəsən ağa evinə tərəf. Xəncər ilə parçalanmış şahın
cəsədini və şahın evini, ev əşyalarını qarət olunmuş bulurlar.
İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy ki, Qarabağda qalmışdı,
məlum deyil ki, o gecə şəhərdə, ya xarici şəhərdə olub... Çünki şah qətlə
yetişəndən sonra ona mənsub qiymətli əşyalardan Məhəmməd bəy
xidmətinə çox cəm olunmuş ta bir dərəcəyədək ki, oturmağa meyli
olmayıb həvayi mali dünya ki, qəflətən əlinə düşüb, onu şura gətiribdir.
İzdihami-kəsir süvarələr ilə mahalatda vaxt keçirirmiş. Guya Molla
Pənah Vaqifin əyalini Molla sağ ikən, ya o şəhid olandan sonra kəsrəti-
mal ilə tamah edirmiş. Hər halda hadiseyi-qətli-şahdan sonra şəhərə və
xaricə fəqət Məhəmməd bəy hökmran olmuşdur.
Şahın başını Məhəmməd bəy Balakənə İbrahim xanın qulluğuna
göndərib hadisəni və İran qoşununun qayıtmağını ona xəbər verir. Şahın
cəsədinin hansı qəbiristanda dəfn olunduğundan xəbər yoxdur. İbrahim
xan şahın başını görəndə məhzun olub başa qüsl verib, qutu içində bir
mötəbər qəbiristanda dəfn etdirir. Bu əhvalatı Dağıstan xanları və
əyanları eşidib xanın hüzuruna təsliyət və suguvarlıq ilə gəlirlər. Neçə
gün Quranxanlıq və ehsan sərf olunur.
24
ƏHVALATI-MOLLA PƏNAH VAQİF
İbrahim xan Dağıstana çatanda tamam əhli-əyalı ilə, oğlanlarını əyali
ilə, damadlarını və sair lazım bildiyi yaxın adamlarını özü ilə götürüb,
cəmiyyəti-əzim ilə köç edir. Molla Pənahdan başqa ki, məqami-
vəzarətdə ən yavuq adamdır, bu camaatın içində olmaz. Səbəb məlum
deyil. Necə ki, sonra danışıldı, qaçaqaç zamanı guya Molla Pənah
Kolanı camaatının içinə düşübdür. Şah Pənahabadda olarkən məhbusən
onu şah hüzuruna gətirməyi xidmət hesab edirlər. Şah mollanı röviyyət
etməmiş əyani-dərvardan bir xana əmr edir ki, saxlatsın. Sonra izhar
eyləyəcəkdir. Əlqissə elə ittifaq düşür ki, izhar olmamış şah məqtul olar.
İranlılar hamısı qaçıb gedər. Molla Pənah azad qalıb hadiseyi-şah
barəsində məşhur qəzəli şair yoldaşı Molla Vidadiyə yazar:
Ey Vidadi gərdişi-dövrani gəcrəftarə bax...
Ölkənin sahibsiz zamanı o halda işlərə müdaxilə edən, ancaq
Məhəmməd bəy əhli-həsəd və şərafəti-əfsad üçün yaxşı macal tapar.
Məhəmməd bəyin xatirini Molla Pənahdan dolandırarlar. Tarixi xəbər
yoxdur. Amma aralıqda danışılıb ki, Məhəmməd bəy özünə yavuq
müfsidlərə tapşırıb ki, bir nəhv ilə mollaya xəbər yetirsinlər. Onlar gecə
vaxtı Məhəmməd bəyin adı ilə onu çağırıb Cıdır düzü adlı yerə aparıb
başını kəsiblər.
İBRAHİM XANIN QARABAĞA QAYITMAĞI
İran padşahı məqtul olduğuna İbrahim xan Dağıstandan qayıtmaq
fikrinə, əvvəl qabaqca oğlu Mehdiqulu xanı bir neçə nəfər xeyrən-diş,
məqul adamlar ilə göndərər Pənahabada ki, xalqa dilculuq və izhari-
məhəbbət etsin. Maaşlarına qeydkeş olsun. Mehdiqulu xan qalaya varid
olandan sonra atası verdiyi dəsturüləmələ sərəncam edir. Şəhər əhlinə
dilculuq edib, müvazib olur. Neçə gündən sonra İbrahim xan bəzi
sifarişat ilə Məhəmmədhəsən ağanı dəxi Qarabağa göndərər. O da
gələndən sonra Mehdiqulu ağa ilə bir yerdə şəhər
25
və çöl işlərinə sərkeş və məşğul olarlar. Tain ki, İbrahim xan şah
vəfatından iki ay sonra Qarabağa müraciət edər. İcrayi-siyasət və
idareyi-əyalətə məşğul olar. Molla Pənahdan bir əsər bulmaz.
Mehdiqulu ağa gələnədək sabiq molla məqtul olmuş. Vazehdir bu
cinayətdə Məhəmməd bəy iştirak etmiş, özü də Mustafa xan fitvası ilə
Şəkidə məqtul və molla gedən yerə getmiş.
FƏTƏLİ ŞAHIN CÜLUS ETMƏYİ
1213-cü ildə Fətəli şah təxti-səltənəti-İranə cülus edən kimi İbrahim
xan adına mənşu yazıb, xahiş edir ki, Ağa Məhəmməd şah nəşini
Hüseynqulu xan İzzəddinli səhabəti ilə İrana göndərsin. İbrahim xan
dəxi şayəstə vəch ilə cənazə hazır etdirib Hüseynqulu xana lazımi
ehtiram və adamlarına nəvaziş edib böyük ehtiram ilə rəbiül-əvvəl
ayının axırlarında 1213 (1798)-cü ildə yola salar, 1214 (1799)-cü ildə
Fətəli şahın izhar etməyinə görə İbrahim xan öz oğlu Əbülfət xanı İrana
göndərər. O vaxt şah xarici-Tehranda olduğuna Miyanə və Gərmrud adlı
yerdə şah hüzuruna yetişər. Və mövridi-iltaf və şifaqi-şahanə olar.
1215 (1800)-ci ildə Həsən xan Qaragözlü Tehrandan Qarabağa
İbrahim xanın yanına gələr. Danışılmış məsləhətə görə xanın səviyyəsi
Ağabəyim ağanı şah üçün ərus aparar. Tehrana varid olan kimi böyük
bir təntənə şadmanlıq ilə Ağabəyim ağanı hərəmxanəyə aparıb şah
hərəmlərinə sərhərəm qərar verərlər. Bir mərtəbə ki, səlatini-bozorg
hərəmləri şah hərəmxanəsinə dustanə kağız yazanda xüsusilə Ağabəyim
ağanın adına yazarlarmış. Məsələn, ingilis kralının hərəmi və Rusiya
imperatorunun hərəmi və s.
RUSİYA QOŞUNUNUN GÜRCÜSTANA KÖMƏYİ
1797-ci il tarixi miladidə Gürcüstan payi-mali-ləşkəri-İran olduğunu
və mütləqi-bisahib qaldığını bilibən bu dəfə zahirən Gürcüstan əhlinin
əcz və labəsinə tərəhhüm edib onlara müavinət qəsdilə batinən illər
boyu arzusunda olduğu Qafqaza malik olmağa yaxşı macal görüb
Rusiya dövləti Gürcüstana böyük qoşun ordusu, lazımi
26
tədarükat və silah ilə göndərər. Qoşunun sərdarlığı sabiqən Rusiyada
tərbiyə almış, gürcünəsəb general knyaz Sisianov məmur olar. Hər bir
işdə, xüsusilə Qafqaz barəsində cəmi mətalib, xüsusilə Qafqaz barəsində
cəmi mətalib, xüsusilə onun rəy və ixtiyarına tapşırılar. Rusiya qoşunu
Gürcüstana gəlməyi təqribən 1797-ci səneyi-miladidə vaqe olur.
1
GÜRCÜSTAN RUSİYA HÖKUMƏTİNİN
İXTİYARINA MÜNTƏQİL OLMAĞI
Gürcüstanda Rusiya qoşunu bir-bir lazım məhəldə cabəca olub və
ibtidai-siyasi qanunlar qoyulandan sonra general Sisianov xəriteyi-
şəmalini-Qafqaza nəzər edib 3 xətdə fəaliyyəti lazım bilir: İrəvan,
Gəncə, Bakı. İbtida Gəncə qitəsində iş görmək məsləhət olar. Çünki
Gəncə dairəsindən sonra Qarabağ xanlığı olduğuna hər yerdə müharibə
üçün müsəttəh meydanlar və asan səhra yolları mövcuddur. Bu şərait
sühuləti-əməl üçün lazım bir mətləbdir.
SİSİANOV GƏNCƏNİ TƏSXİR ETMƏYİ
VƏ CAVAD XANIN MƏQTUL OLMAĞI
General Sisianov 1218 (1803)-ci ildə tarixdə çox böyük rus qoşunu,
top və topxana ilə Tiflisdən Gəncəyə hərəkət edir. Varid olan kimi
müharibəyə hazır olmaq tədarükünə məşğul olar. Cavad xan ki,
qabaqcadan Sisianovun fikrini bilib şah hüzuruna xəbər vermişdi.
Gəncədə və xaricdən mümkün olan qədər davaya bacarıqlı qoşun hazır
edilmişdi ta düşmənə müqabilə etsin. Rus qoşunu Gəncə qoşunu ilə
müqabil gələr. Sisianov və Cavad xan qoşununun qabağında hər kəs öz
ləşkərinə əmr verib üzbəüz şiddətlə vuruşmağa məşğul ikən Nəsib bəy
Şəmsəddinli öz camaatı ilə və Gəncə erməni qoşunu Cavad xan
tərəfindən qaçıb Rusiya qoşununa mülhəq olarlar. Cavad xan əhvalı belə
görəndə naçar qalıb qalan qoşun ilə Gəncə qalasına girib qaladarlığa
məşğul olarlar. Rusiya qoşunu hər tərəfdən tökülüb hasara qələbə edib
Cavad xanı və oğlunu öldürüb və sair müsəlman qoşu-nunu dəxi
qırarlar. Qalada ağır-yüngül nə varsa qarət edərlər.
1 Sisianov Gürcüstana 1803-cü ildə gəlmişdir.
27
SİSİANOV İBRAHİMXƏLİL XANI VƏ İRƏVAN
XANINI RUSİYA TƏBƏƏTİNƏ DƏVƏT ETMƏYİ
Gəncə davası Sisianovu bilmərrə xatircəm və ümidvar edər ki,
Qafqazda olan hamı müsəlman əyalətləri asan vəch ilə ələ gələcəkdir.
Hər xanlıqda aciz və namus satan var ki, düşmən qabağında millət
naminə atıb, əl qılınca aparmayıb düşmənə nökər olmağa hazırdırlar.
Hər xanlıqda erməni tayfası vardır ki, millət təəssübündə paydar və
millətə xidmət etməkdə cannikardırlar. Pəs xanlar doğru və hünərmənd
qoşunu haradan tapıb Rusiya ləşkərinə müqabil gələcəklər.
QARABAĞ VƏ İRƏVAN XANLARINA MÜRACİƏT
Gəncə əməlindən asudə olan kimi Sisianov bir qasid İbrahim xanın
və birini İrəvan xanının yanına göndərib, onlara təklif edir ki, davasız
Rusiya dövlətinə itaət edib, hövzeyi-Rusiyaya daxil olsunlar.
Xanlar Gəncə əhvalatını eşidib Sisianovun dəvətindən təşviş edib
İrəvan xanı əhvalı İran vəliəhdinə xəbər verib, müntəziri-əmr olar.
Amma İbrahim xan İrana nisbət həmişə xəyalı süst olduğuna görə İran
dövlətinə xəbər verməmiş günagün fikirlər səhrasında heyrətdə qalar.
Tain ki, 1219, ya 1220-ci ilədək ki, gəlib Kürək çayda Sisianov ilə
mülağat edər. Xan ilə Sisianov arasında çox danışıq olub tərəflər üçün
səlahiyyət yolu bulunandan sonra İbrahim xan Sisianovla görüşməyi
mümkün bilibdir.
RUSİYA İLƏ İBRAHİM XAN ARASINDA ƏHDNAMƏ
General Sisianovun Rusiya imperatorundan təvəkkülən Qarabağ və
Şuşa xanı ilə bu əhdnaməni öz aralarında bağladılar: Fəqərati-zeyl
xüsusda 14 səfər 1220-ci il (14 may 1805) Gəncə lağırında Kürək çayda.
Əhdnamə mündəricatı on bir maddədir:
1. İbrahim xan özgə dövlətlərdən əlaqəsini qət edib, tamam dünya
nəzərində yalqız Rusiya dövlətinə təbəiyyət edər ki, bəndə;
2. Rusiya təəhhüd edir ki, xanın mülkünü bilazərər mühafizat etsin.
28
3. Xanın xanlığı daimidir. Ozündən sonra böyük oğlu və ondan sonra
onun fərzəndi-ərşədi baği qalacaqdır. Bu xüsusda imperator təsdiq
etmiş. Hər dəfə qramota (fərmani-imza və möhri-səltənət ilə) verilsin və
xan öz sədaqətinə yəmin etsin.
4. Qonşu hökumətlər ilə xan mülaqat etməyi və ya məktublarına
cavab vermək sərdar iznilə olsun.
5. Rusiya təəhhüd edir ki, tamam Qarabağ camaatını mühafizə etsin.
Xanın xanlığı daimi olmağın hifz etsin. Xalqı idarə etmək və divan
mürafiəsi xanın özünə məxsusdur. Xanı və övladını və xəlayiqi
mühafizə qəsdi ilə qalaya 500 nəfər rus qoşunu qoyulsun. Topxana ilə
və lazım olsa artıq da qoysun.
6. Qoşundan ötrü ucuz qiymətə xan buğda aldırsın. Qoşuna mənzil
versin. Gəncə tərəfdən qalaya yol açdırsın. Cavad tərəfə yol lazım olsa,
işləməyə münasib ücrət ilə fəhlə verdirsin.
7. Rusiya imperatorunun xana mərhəməti olmaq nişanəsi dövlət
bayrağı verilir. Əlaməti-səltənət ilə görüb ki, həmişə xan özü hərəkət
edən zaman götürüləcəkdir.
8. İldə 8000 əşrəfi Rusiya dövlətinə xan xərac verməlidir. Hər altı
ayda 4000 əşrəfi.
9. Bu əhdnaməyə xan tərəfindən doğru əməl olmağa zəmanət
mənasında xanın böyük oğlu Məhəmmədhəsən ağanın ikinci oğlu Şükür
ağa zaval verilir ki, həmişə Tiflisdə iqamət etsin. Gündə 10 manat
Rusiya xəzinəsindən ona xərc verilsin.
10. Bu əhdnamə daima gərək öz halında baqi qalsın.
11. 6 ay müddətində və bəlkə tez əlahəzrət imperator imzasına yetib,
dövlət möhrü ilə möhürlənib, bu əhdnamə təsdiq surətdə İbrahim xana
verilsin. Sisianov və İbrahim xan dəst-xət yazıb, möhürlərini səbt
etdilər.
Dostları ilə paylaş: |