tutulub gözləri çıxarıldı. İbrahim xan, Şahrux mirzəni Nadirin
xəzinələrilə bərabər ələ keçirmək xəyalilə öz qardaşı Hüseyn bəyi
əmirlərdən bir neçəsilə bərabər Xorasana göndərdi. Xəbər verdi ki, onun
bu işdən məqsədi Şahrux həzrətlərini ata-baba taxtına əyləşdirməkdir;
yenə təklif etdi ki, şahzadə gəlib İraqda taxta otursun. Lakin kürd
xanları və Xorasan rəisləri şahzadənin getməsini lazım bilməyib,
istəmədiyi halda, onu hicri 1161-ci (1748) ildə, aqustos (avqust) ayının
17-də taxta oturtdular. "Sultani-əzəm" tərkibi (əbcəd
133
hesabilə) onun taxta oturmaq tarixi oldu. İbrahim xan da həmin il
təşrini-sanı (noyabr) ayının 24-də Təbrizdə taxta oturdu.
İbrahim xan hər bir ləyaqətsiz adamı işə cəlb edib ona xanlıq ləqəbi
verirdi və bunu "təlifi-qülub" (ürəkləri ələ almaq) deyə adlandırırdı. O,
Xorasana getmək qəsdilə Azərbaycandan çıxıb yükləri və çadırları,
yanında məhbus saxladığı kor Əlişah ilə bərabər Qum şəhərinə
göndərdi. Simnanın Sürxə adlı mənzilinə çatdıqda, qoşunu dağılmağa üz
qoydu. Labüd qalıb yanındakı əfqan tayfası ilə Quma getdi. Qumun
mühafizləri darvazaları onun üzünə bağladılar. O, şəhəri güclə alıb qarət
etdi. Qalapur qalasına çəkildi. Qala əhli onun əl-qolunu bağlayıb,
hadisəni şahın dərbarına bildirdilər. Şahrux tərəfindən onun və Əlişahın
Xorasana gətirilməsi haqqında hökm verildi. İbrahim xan yolda, Əlişah
isə Məşhədi-müqəddəsdə öldürüldü. Şahrux mirzə də bir neçə vaxtdan
sonra dövlət başçılarının əlilə kor edilərək səltənətdən qovuldu.
Şah Sultan Hüseynin qız nəvəsi olan Məşhədi-müqəddəs mütə-vəllisi
Mirzə Seyid Mühəmməd Sədri, II Şah Süleyman adı ilə taxta oturdu.
Dövlət başçıları bir neçə vaxtdan sonra onu da kor edib səltənətdən
çıxardılar. Şahrux mirzəni yenidən taxta oturtdular.
Azad xan Əfqan, Xorasanda yüksəliş fikrilə çapalayırdısa da, dövlət
və hökumət qapıları onun üzünə açılmırdı. Məhəmmədhəsən xan Qacar
İraq, Təbəristan və Azərbaycanı istila edib sikkə və xütbə sahibi
olmuşdu. Bu zaman Əlimərdan xan Bəxtiyari Kərim xan Zənd ilə
İsfahan üzərinə yeridilər. Buranın hakimi Əbülfət xan qarşıya çıxdısa
da, məğlub olub şəhərə qayıtdı. Bəzi danışıqlardan sonra əhdnamə
bağlandı və hər üçünün ittifaqı ilə Şah Sultan Hüseynin qız nəvəsi Mirzə
Əbutürab, III Şah İsmayıl ləqəbilə taxta oturdu. Əlimərdan xan divan
vəkalətinə (nazirliyinə), Əbülfət xan İsfahan əyalətinə, Kərim xan da
bütün ölkənin sərdarı təyin edildi.
Kərim xan İsfahandan kənara çıxdığı zaman, Əlimərdan xan Əbülfət
xanı öldürdü. Öz adlı-sanlı, lakin ixtiyara malik olmayan padşahını
götürüb, Şiraza hərəkət etdi və Fars vilayətini ələ keçirdi.
Əbülfət xanın öldürülməsindən qorxuya düşən Kərim xan, evvelcə
Şahrux ölkəsinin sərdarı Məhəmmədəli xanın üstünə gedib onu məğlub
etdi, topxanasını və ordu ləvazimatını alıb Kürdüstana üz qoydu. Bu
yerləri də fəth etdikdən sonra İsfahanı almağa yürüş etdi.
134
Əlimərdan xan Şirazdan müdafiəyə çıxdı, lakin məğlub olub
öldürüldü. Kərim xan onun yerinə divan vəkalətinə (nazirliyinə) keçdi.
Sonra gedib, Astarabad nahiyələrinin çoxunu aldısa da, qacarlar
tərəfindən məğlub edilərək İsfahana qayıtdı. Bu zamanlar Şah
Təhmasibin oğluyanı iddiası ilə, II Şah Sultan Hüseyn adı ilə naməlum
bir şəxs zühur edib, Mustafa xan Bekdilinin köməkliyilə İraqa yürüdü.
Kərim xan ona qarşı çıxmaq məqsədilə Kirmanşaha gedib qalibiyyət
qazandı. Nəsəbi məlum olmayan şah müharibədə öldürüldü. Bundan
sonra Azad xan Urmudan (Urmiya) İraqa hərəkət etdi. Kərim xan bu
döyüşdə məğlub olaraq İsfahana qayıtdı. Azad xan Pəri qalasını
mühasirə edib, sülh ilə aldı. Kərim xanın burada olan qohumlarını,
anasını və qadınını min nəfər süvari ilə Urmiyaya göndərdi. Mənzillərin
(düşərgələrin) birində, Zənd qadınları öz ərlərinin buxov və zəncirlərini
qırıb qarovulları dağıtdılar və Kərim xana qoşuldular.
Azad xan qoşununun gəlməsilə Kərim xan İsfahandan Kazrana
qaçdı, buradan da gedib Şirazı alaraq yenə İsfahana qayıtdı. Bu zaman
Məhəmmədhəsən xan Qacar onun üzərinə yeridi, Kərim xan məğlub
olub Şiraza qayıtdı. Məhəmmədhəsən xan gedib onu mühasirə etdi.
Lakin əfqanların dönüklüyünə görə Mazandarana qayıtmağa məcbur
oldu və öz nökərlərinin əlində öldürüldü. Kərim xan yenə gəlib İsfahan,
Yəzd və Tehranı alaraq Azərbaycana hərəkət etdi.
İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda
olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu
ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq,
istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan
hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu, Xudad qalasını köçürüb,
indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş
zamanında bu ölkənin özbaşına qalan bir çox mahallarını itaətə məcbur
etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bəy Qorçunu
xanlığa seçdilər.
Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan
Dərgah xan oğlu, Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi.
Şamaxı əhalisi sürsat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nəbi oğlu
Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy
Allahverdi bəy oğlu Sərkarın oğlanları Şirvan elatı arasında hakimiyyət
bayrağı qaldırdılar. Nuxalı Hacı Çələbi Qurban oğlu
135
istiqlaliyyət bayrağı qaldıraraq, Şəki, Ərəş və Qəbələ mahallarını özünə
tabe etdi. O, Nadir şah dövründə Şəkidən göndərilən həvaləcatın
(vergilərin) yerinə çatdırılması xüsusunda camaatın vəkili idi. İşinin
axırında qaçaq düşüb, 3 il Gələsən-Görəsən qalasında gizlənmişdi.
Nadir dövrünün axırlarında qaçıb Şəki və Şirvan ölkələrində keçinən
Pənah bəy İbrahimxəlil oğlu Cavanşir ardıcıl davam edən müharibələr
nəticəsində xanlıq ləqəbilə Qarabağda hökmranlıq bayrağını yüksəltdi.
Əvvəlcə Bayat və daha sonra Tərnəgüt qalasını bina etdi. Bu qalanın
hasar və dükanlarının asarı I Şah Abbasın qışlağı yerində, Şahbulaq adlı
çeşmənin yanında, indi də mövcuddur. Bir neçə vaxtdan sonra erməni
məliklərilə düşmənçilik edən Məlik Şahnəzər Vərəndinin bələdçiliyi ilə
indiki Şuşanın yerində Pənahabad qalasını bina etdi. Erməniləri özünə
tabe edərək, gündən-günə qüvvətləndi. Xudafərin körpüsündən
başlayaraq, Kürək çayına və Bərgüşat mahalına qədər yerləri ələ keçirdi.
Bundan əlavə, Qaradağa aid Mehri və Güney mahallarını, Naxçıvana
aid Tatif və Sisyanı, İrəvana aid Tərtər Kolanını və Təbrizə aid olan
Zəngəzur və Qafam tutdu. O, bəzən Ərdəbil və sair kimi qonşu ölkələri
də özünə tabe edirdi.
Şahverdi xan Ziyad oğlu Gəncəni öz ixtiyarına almışdı. Qaziqu-
muqlu Surxay xan, Nadir şah dövrünün sonlarından bəri, hökuməti öz
oğlu Məhəmməd xana tərk edərək, (Qaziqumuğun) on ağaclığında olan
Ketrux kəndində izlətə və ibadətə çəkilmişdi. Üsmi Əhməd xan tez vəfat
etdi, şücaət və mətanətilə məşhur olan nəvəsi Əmir Həmzə xan
Məhəmməd oğlu onun yerinə üsmi oldu. Şamxal Xasfulad xan öz
hökmranlığında qaldı. Novsal xan Əmmə xan oğlu avar mülkünü
müstəqil olaraq idarə edirdi. Bunlardan başqa yenə böyük əmirlər var idi
ki, onlar da bu qərar üzrə idi: Mehdi bəy Əhmədxan bəy oğlu Cenqutayi
Mehdili əmirliyində bərqərar idi. O, avar şahları dudmam şəcərəsindən
və bəzi xəbərlərə görə, moğol və tatar nəslindən idi. Sultan Bud övladı
İndiri və Yaxsayda hökmranlıq sürürdü. Terlavm vərəsələri isə
Mıçıqıçda mülkədar idilər. Mürtəzaəli Məhəmməd Məsum oğlu
məsumluqda və Mürtəzaəli Rüstəm oğlu Təbərsəran qaziliyində paydar
idilər.
Buynaq əmiri Mehdi Mürtəzaəli oğlu o zaman Xasfulad xan ilə pis
rəftar etdiyi və çəkişdiyi üçün Nadir şah tərəfindən Astrabada
136
göndərilmişdi. Nadir şahın vəfatından sonra Qıpçaq çölünə getdi.
Oradan da kalmıq qoşunu ilə gəlib Qazanışın yaxınlığında, iki çay
arasında şiddətli müharibə edərək qalib gəldi. Axırda Xasfulad xan ilə
barışıb, qabaqkı kimi Buynaq əmirliyinə keçdi.
Hicri 1162 (1749)-ci ildə Şahsevən Əhməd xan, Ali-Sərkarın oturağı
olan qədim Şamaxı şəhəri üzərinə gəldi. Ağa Razi bəy Əsgər bəy oğlu
üz-üzə döyüşdə onun qardaşı Məhəmmədrza xanı öldürdü. Əhməd xan
özü intiqam almaq üçün meydana atıldısa da, Ağa Razi bəy tərəfindən
bərk yaralandı, məğlub olub geri qayıtdı və şəhərin yarım ağaclığında
vəfat etdi.
Bu zaman Gürcüstan valisi İrakli Hacı Çələbinin dəfi xüsusunda
məşvərət və məsləhət bəhanəsilə gəncəli Şahverdi xan, qarabağlı Pənah
xan, qaradağlı Kazım xan, irəvanlı Hüseynəli xan və naxçıvanlı
Heydərqulu xanla Gəncənin yaxınlığında görüşüb hamısını bir yerdə
yaxaladı və əsir etdi. Hacı Çələbi bu xəbəri eşidən kimi şücaət və
igidliyilə Sərkar xanədanmın hökmranlığına vasitə olan Ağa Razi bəylə
ittifaq edib, Gürcüstan valisinin üzərinə hücum etdi. Gəncənin yarım
ağaclığında, Qızıl Qaya adlı yerdə onu məğlub edərək, həmin xanları
xilas etdi. Sonra valini təqib edib, Qazax və Borçalı mahallarını ələ
keçirdi. Oğlu Ağakişi bəy iki ilə yaxın bu hüdudda hökm sürüb, zülm
etməklə məşğul oldu. Tiflis şəhərinin dörd ağaclığında, Paydar adlı
yerdə, onun tərəfindən tikdirilən qalanın yeri indi də mövcuddur.
Nəhayət, Gürcüstan valisi çərkəzlərdən və sairdən kömək alıb öz
dəstəsini düzəldincə Ağakişi bəy Şəkiyə qayıtdı. Bir zaman keçəndən
sonra İrakli xan külli tədarüklə Car əhalisinin Gürcüstandan aldığı Nikli
tayfasraı geri almaq üçün getdi. Hacı Çələbi Car camaatının köməyinə
gəlib, Qanıq çayının sol sahilində çox şiddətli bir müharibəyə girişdi.
Gürcüstan valisi əvvəlkindən daha ciddi məğlub olub geri qayıtdı.
Hicri 1168 (1755)-ci ildə Hacı Çələbi külli qoşunla Şirvanı almaq
məqsədilə gəlib Ağsu şəhərini mühasirə etdi. Burada olan Hacı
Məhəmmədəli xan Quba hakimi Hüseynəli xandan kömək istədi. O da
3000 nəfər Quba qoşunu və 500 nəfər qüvvəyə malik olan Əmir Həmzə
ümsi ilə bərabər iki düşməni barışdırmaq üçün gəldi. Hacı Çələbi, Hacı
Piri adlı bir nəfəri elçi göndərib onu hədələdi və geri qayıtmağı təklif
etdi. Beləliklə, iş müharibə ilə nəticələndi. Şəkinin
137
külli qoşunu bu azacıq camaatın qarşısında məğlub olub, qarət edildi və
çoxu öldürüldü.
Hüseynəli xan 3 gün qonaqlıqdan sonra öz hökumət mərkəzinə
qayıtdı və hicri 1169 (1756)-cu ildə oğlu Fətəli ağanı qoşunla göndərib,
ata-baba mülkü olan Salyan nahiyəsini, öz qohumu rudbarlı İbrahim
xanın əlindən geri aldı.
Hüseynəli xan hicri 1171 (1758)-ci ildə vəfat etdi. O, cəsarətli, ali
hümmətli bir əmir idi. Həmişə ölkənin abadlığı və rəiyyətin asayişi
fikrində idi. Şirvanlı Ağa Razi Əsgər bəy oğlu dərhal gedib Qubanın
Bərmək mahalını qarət etdi və 200 ailəni köçürüb gətirdi. Hüseynəli
xanın oğlu Fətəli xan qisas almaq məqsədilə Şirvana hərəkət etdi. Ağa
Razi bəy qarşıya çıxdı və qədim şəhərin xaricində məğlub edilib
öldürüldü. Fətəli xan bir neçə aylıq mühasirədən sonra qətl-qarətdən
əlavə öz elatının iki mislini götürüb geri qayıtdı.
Dərbəndlilər Məhəmmədhüseyn xanın qardaşı Tahir bəyin pis
rəftarından təngə gəlmişdilər. Fətəli xan onların təşviqilə hicri 1172
(1759)-ci ildə, Dərbəndin üzərinə gedib, azacıq mühasirədən sonra oranı
da aldı. Məhəmmədhüseyn xan öz istəyinə görə Bakıda yurd saldı.
Əzmdə, hünərdə və rəiyyətpərvərlikdə mümtaz olan Hacı Çələbi
həmin məğlubiyyətdən (Şirvan məğlubiyyətindən) az zaman sonra vəfat
etdi. Onun cəsarətli və hünərli oğlu Ağakişi bəy hökumət başına keçdi.
Bu zaman qaziqumuqlu Məhəmməd xan, ərəşli məlik Əlinin təhrikilə
Ərəş mahalına gəlib, Ağakişi bəyi görüş və məşvərət bəhanəsilə yanına
çağırdı və öldürdü. Beləliklə, Şəki ölkəsini ələ keçirdi. Ağakişi bəyin
əyalı olan öz qızını ilisulu Alxas bəyə verdi. Əhməd xan da bundan
doğuldu.
Məhəmməd xan Şəkidə 40 gün hökmranlıq etdi. Hacı Çələbinin
bütün dəfinələrini ələ keçirdi və olmazın zülm törətdi.
Hacı Çələbi oğlu Ağakişi bəy öldürüldükdən sonra Hüseyn ağa
Həsən ağa oğlu Qəbələ yolu ilə Dərbəndə, Fətəli xanın yanına getmişdi.
Quba qoşununun köməkliyi və Şəki əyanının ittifaqilə Məhəmməd xanı
buradan çıxararaq öz mülkünə sahib oldu. Bu hadisədən üç il sonra,
hicri 1175 (1762)-ci ildə Nadir şahın böyük əmirlərindən Fətəli xan
Əfşar Azərbaycanı aldı, hökmranlıq iddiası ilə Gəncə və Qarabağa
hərəkət etdi. Pənah xan onunla itaət edər kimi sazişə girdi, oğlu
İbrahimxəlil ağanı ona girov verdi, ərəşli məlik Əli də Şəki hakimiyyəti
təmənnasilə onun hüzuruna getdi. Lakin bu zaman
138
Hüseyn ağa Qutqaşınlı Kəlbəli sultan və sair tərəfdarları ilə Fətəli xanın
yanına gəldi. Xanlıq ləqəbi alaraq qayıdıb məlik Əlini öldürdü.
Hicri 1176 (1763)-cı ildə Şirvanda və xüsusilə Ağsu şəhərində
şiddətli taun xəstəliyi baş verdi. Bu xəstəlikdən çox adam tələf oldu. Bu
zaman, Vəkil Kərim xan Azərbaycanı istila etmək məqsədilə gəldi.
Qarabağlı Pənah xan öz oğlunu xilas etmək üçün ona qoşuldu və
Urmiya şəhərini almaqda, həmçinin Fətəli xanı öldürməkdə çox yardım
göstərdi.
Vəkil Kərim xan Pənah xanın oğlu İbrahimxəlil ağanı xanlıq ləqəbilə
Qarabağa göndərdi, özünü isə həmişə yanında saxlayırdı. Pənah xan
Şirazda vəfat etdi, nəşi də Qarabağa göndərildi. Deyirlər ki, Pənah xan
cəsarətli, sadə, xoşrəftar və tədbirli bir əmir olmuşdur.
Xülasə, Vəkil Kərim xan Azərbaycanı ələ keçirdikdən sonra
məlumat aldı ki, Zəki xan Zənd səltənət iddiasındadır və Bəxtiyari
tayfasının təşviq və təhriki ilə İsfahana gəlmişdir. Vəkil Kərim xan
bütün əmirlər və qoşunla bərabər onu dəf etməyə getdi. Zəki xan
İsfahanın əyanlarını köçürüb Dəştə apardı. Nəzərəli xan Zənd, Vəkilin
hökmü ilə gedib ona qalib gəldi və Luristanın son hüduduna qədər onu
təqib etdi. Zəki xan naçar qalıb, Vəkilin tövləsinə pənah apardı və aman
tapdı.
Gürcüstanda məğlub edilərək soyulmuş olan Azad xan Əfqan və
Vəkilin dərgahına aman gətirdi və mehribanlıqla qəbul olundu. Bu
qayda üzrə İran ölkəsi rəqabətsiz Vəkil Kərim xanın ixtiyarına keçdi.
Hicri 1178 (1765)-ci ildə Əsgər bəyin oğlanları Məhəmməd Səid xan
və Ağası xan elat arasında Vəkildən xanlıq ləqəbi qazanıb, Ağsu
şəhərini aldılar və cahi-calah sevib dinc yaşamaq istəyən Hacı
Məhəmmədəli xanı öldürdülər. Bu zaman, Fətəli xan Əmir Həmzə
üsminin bacısı Tutu bikəni aldı. Üsmi də Fətəli xanın Hüseyn xan
Rudibarının qızından olan bacısı Xədicə bikə üçün elçi göndərdi. Lakin
Fətəli xan öz bacısını bakılı I Mirzə Məhəmməd xanın oğlu
Məlikməhəmməd xana verdi. Məlikməhəmməd xanı atası öz sağlığında
hökumət başına keçirmişdi.
Xədicə bikənin üstündə Əmir Həmzə ilə Fətəli xanın arasına ədavət
düşdü. Bir zatnan keçdikdən sonra Üsmi öz bacısını görmək bəhanəsilə
Dərbəndə gəlib, Narınqalanı almaq fikrinə düşdü. Fətəli xan bundan
xəbər tutaraq, Quba qoşunu ilə Dərbənd üzərinə gəldi.
139
Üsmi üç gün top-tüfəng ilə müdafiəyə qalxmışdı. Axırda müqavimət
göstərə bilməyib, dayanmadan Carçıqapıdan çıxıb, öz mülkünə qayıtdı.
Üsmi bu andan etibarən daima kin və ədavət saxlayıb, Fətəli xandan
intiqam almaq pusqusunda idi.
Bundan əlavə, öz əmisi qaziqumuqlu Məhəmməd xandan üz
döndərmiş Eldar bəy, Fətəli xanın etimadını qazanıb Dərbənd naibi
olmuşdu. O, yersiz və münasibətsiz danışıqları və hərəkətləri ilə
üsminin ədavətini qazanmışdı. Üsmi də, düşmənçilik vəsaitini
hazırlayıb, öz bacısı oğlu olan Təbərsəran qadisi Rüstəm Mürtəzaəli
oğlunu qüvvətləndirirdi. Bu zaman, Mirzə oğlu Şeyx Əli bəy,
Məhəmməd məsumun oğlu Mürtəzaəli məsumu öldürüb, özü
məsumluğa keçdi. Lakin onun işi baş tutmadı. Üsmi və qadinin təhrikilə
xalq üsyan qaldırıb, onu çıxartdı. O da Fətəli xanın yanına gəldi.
Bundan sonra, yuxarıda adı çəkilən Mürtəzaəlinin oğlu Novruz bəy
məsumluğa təyin edildi. Bu lal olduğu üçün anası Xanım, kişi kimi
hökmranlıq edirdi. O, məsumlar nəslindən Qaraxanın qızı idi.
Hicri 1181 (1767)-ci ildə Fətəli xan Şəki xanı Hüseyn xanla birlikdə
iki tərəfdən gəlib, Məhəmməd Səid xan və Ağası xanın yenidən abad
etdikləri qədim Şamaxı şəhərini mühasirə etdilər. Məhəmməd Səid xan
çarəsiz qalıb Fətəli xanın, Ağası xan isə Hüseyn xanın yanına getdi.
Hüseyn xan Ağası xanı kor etdi. Fətəli xan da Məhəmməd Səid xanı
həbsə alıb Dərbəndə göndərdi, şəhəri də Ağsuya köçürdü. Hər iki
tərəfdən iki naib təyin etdilər. Ölkəni iki hissəyə böldülər. Sədari və
Qəsani mahalları Hüseyn xana, Şirvanın qalan hissəsi isə Fətəli xana
çatdı.
Bir neçə vaxt keçdikdən sonra Fətəli xan bütün Şirvan ölkəsini aldı
və qədim şəhəri yenə abad etdi. Kür çayının kənarında, Kotevan
qalasında sakin olub, ölkəsini geri almağa çalışan kor Ağası xan,
Hüseyn xana pənah apardı. Hüseyn xan avar xanzadələrindən Bulac və
Məhəmməd Mirzənin sərkərdəliyilə Avardan qoşun götürüb Şirvana,
Fətəli xanın üstünə gəldi. İki qoşun qarşılaşdığı zaman araya barışıq
məsələsi düşdü. Gözlənilmədən, hər iki tərəfdən bir neçə nəfərin birdən-
birə çəkişməsi nəticəsində arada şiddətli döyüş və vuruşma başladı. Bu
müharibədə Bulac və Məhəmməd Mirzə öldürüldü. Hüseyn xan məğlub
olub Şəkiyə, Ağası xan da yenə Kotevana getdi.
140
Hicri 1187 (1773)-ci ildə şamxal Xasfulad xan vəfat edərkən, öz
bacısı oğlu Buynaq əmiri Mürtəzaəli Mehdi oğlunu öz yerinə təyin etdi.
Xasfulad xan rabitəli, igid və səxavətli bir əmir idi. O, öz qohum-
əqrəbasilə pis rəftar edirdi. Onun qardaşı oğlu və Qazanış əmiri ağıllı və
cəsarətli Dişsiz Məhəmməd, Mürtəzaəli ilə çəkişməyə başladı. İndri
əmirləri, avarlı Novsal xan Əmmə xan oğlu və Əmir Həmzə Üsminin
köməkliyilə gəlib Mürtəzaəlini Tarxu və Buynaq-dan çıxarıb,
şamxallığa oturdu. Mürtəzaəli şamxal Qoysuboy və Aqquşa
mahallarında yaşayan əhalinin köməkliyilə, bir aydan sonra gəlib,
məmləkəti təsərrüfünə keçirdi. Bu mahalların əhalisi həmişə böyük
işlərdə şamxala tabe olub, onun müavini hesab edilirdi. Yeni şamxal
təyin edildiyi zamanda, onların iştirakı lazım idi. Dişsiz Şamxal və
ondan sonra oğlu Xasfulad, əvvəlki kimi Qazanış əmirliyinə qane
oldular.
Hicri 1188 (1774)-ci ildə Ağası xan, Fətəli xanın qan düşməni və
Qarabağa gəlmiş olan avarlı Novsal xanı özünə müttəfiq edib, Şamaxı
şəhərini aldı. Fətəli xan Quba və Dağıstandan külli qoşun toplayıb,
bakılı Məlikməhəmməd xanla birlikdə onlara qarşı müharibəyə girdi və
müharibədən qalib çıxdı. Ağası xan qaçdı, Novsal xan isə qədim şəhərin
yuxarı hissəsində çıxılmaz və çətin bir sığınaqda gizləndi. Axırda Fətəli
xan aman vədəsilə Novsal xanı öz yanına gətirtdi. Xanların hər üçü bir
yerdə oturmuşdular. Bu zaman Aqquşa qoşunu toplaşıb, Fətəli xandan
yanlarına gəlməsini, Novsal xan ilə keçmişdə ədavətləri olduğu üçün
onun öldürülməsini xahiş etdilər. Fətəli xan çarəsiz qalıb, əmr verdi ki,
çadırın arxa tərəfini yarıb, Məlikməhəmməd xanı bayıra çəksinlər.
Novsal xanı isə öz tərəfdarları ilə birlikdə öldürdülər. Əmir Həmzə
Üsmi belə bir fürsəti qənimət saydı. Dişsiz Məhəmməd xamxal və
damadı qaziqumuqlu Məhəmməd xan ilə əlbir olub Fətəli xana qarşı
müharibəyə çıxdı. Fətəli xan bu hadisəyə görə Qubaya gəldi. Ağası xan
onun getməsindən istifadə edib Şirvanı tutdu.
Gavduşan düzündə çox şiddətli bir müharibə oldu. Bir-birilə əhd
bağlamış iki qoşun məğlub edilmək ərəfəsində ikən, yuxarıda adı
çəkilən Üsminin oğlu Əli bəy, bir dəstə igidlə özünü qoşunun mərkəzinə
yetirdi. Zəfər yenə də onun şücaət və mərdanəliyilə birləşdi. Dişsiz
Şamxal, Məhəmməd xanın qardaşı oğlu Eldar bəy və Şeyx Əli məsum
iki tərəfdən öldürüldülər. Məğlub olan Fətəli xan da
141
Qubada qalmağı münasib bilməyib Salyana getdi. Üsmi, Şamxalın
nəşini götürüb apardı. Dərbəndin yaxınlığında yalandan Fətəli xanın
öldürülməsi xəbərini Tutu bikəyə göndərdi, qalanın təslimini tələb etdi.
Tutu bikə ona inanmayıb özü gecə-gündüz bürclərin üzərində qalanı
mühafizə etməyə məşğul oldu. Məhəmməd xan Qubanı aldı. Üsmi də
Bakının üzərinə yürüdü. Qalanı almaq mümkün olmadığından,
Məlikməhəmməd xanın ilxısını və kəndlərin mallarını qarət edib geri
qayıtdı.
Fətəli xan, himayə edilmək xahişilə dərbəndli Mirzə bəy Bayatı elçi
olaraq Rusiya imperatriçəsi II Yekaterinanın dərbarinə göndərdi. Özü
isə gizlincə Şabrandan və Müskürdən keçib Dərbəndə gəldi. Bir az
keçincə, tərəfdarları onun ətrafına toplaşmağa başladılar. Bu zaman
Məhəmməd xan Qubanı tərk edib, öz mülkünə qayıtmağa məcbur oldu.
Bir il sonra hicri 1189 (1775)-cu ildə general-mayor De-Medemin
komandası altında olan bir dəstə rus qoşunu Fətəli xana köməyə gəldi.
Eyni zamanda o, keçən il məşhur rus səyyahı Qmelini həbsə aldırıb
öldürmüş Əmir Həmzə üsmini cəzalandırmağa məmur edilmişdi. Üsmi
Başlının bir ağaclığında bütün qoşunu ilə ruslara hücum etdi. Lakin
məğlub oldu, qoşununun çox hissəsi öldürüldü. Fətəli xanın qoşunu da
tərəkəmə kəndlərini qarət edib yandıraraq Dərbəndə qayıtdı. Bundan
sonra Kürə nahiyəsində Məhəmməd xanın külli qoşununu məğlub etdi.
Onları qarət etdikdən sonra Yuxarı Təbərsəranı tabe etmək üçün Qaluq
adlı yerə yürüş etdi. Təbərsəranlılar da dağlara və meşələrə arxalanaraq
döyüşə çıxdılar və məğlubiyyətdən sonra tabe oldular. Həmin il rus
qoşunu Qızlara qayıtdı. Rusların bu köməyi Fətəli xanın şöhrətli
iqtidarının daha da möhkəmlənməsinə səbəb oldu.
Ali-Sərkar Fətəli xana xeyirxah və tərəfdar olduqlarını izhar edərək,
onunla dost olmaq istədilər. Bunun nəticəsində 7 ildən bəri Dərbənddə
dustaq olan Məhəmməd Səid xan azad edildi. O, Ağsu şəhərində
hakimliyə başladı, Ağası xan da Əlvənddə oturub, bütün Şirvana
hökmran oldu. Bu zaman Əmir Həmzə Üsmi 3000 igid qoşunla
Dərbənd, Quba və Şirvan ölkələrindən keçib, Ərdəbilə getdi. Buraları
çalıb-çapdıqdan sonra Qarabağdan keçib Gəncəyə gəldi. Buranı da
Ərdəbildən daha pis qətl-qarət etdi, hədsiz qənimətlə Şəki, Axtı və
Kürədən keçib, öz mülkünə döndü. Adı çəkilən ölkələrin
142
əmirləri ona qarşı durmağa cürət etmədilər. Bunlardan bəzisi hədiyyə
göndərmək vasitəsilə özünü onun şərindən qurtarmaq istəyirdi. Fətəli
xan, xan Məhəmməd xanı öz tərəfinə çəkdi. O, yuxarıda adı çəkilən
üsminin qardaşı oğlu olub, igidlikdə şöhrət tapmışdı. Fətəli xan
Dostları ilə paylaş: |