Microsoft Word Materiallar Full


ƏBU HİLAL ƏL-ƏSKƏRİNİN “DİVANUL-MƏANİ” ƏSƏRİNDƏ ODLA BAĞLI



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə734/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   730   731   732   733   734   735   736   737   ...   1149
ƏBU HİLAL ƏL-ƏSKƏRİNİN “DİVANUL-MƏANİ” ƏSƏRİNDƏ ODLA BAĞLI 

TƏSƏVVÜRLƏR 

 

Nuranə HƏMİDOVA 

Qafqaz Universiteti 



nhemidova@qu.edu.az 

 

İnsanın yaradılış tarixinə nəzər salsaq yaradılışın əsasında dörd cövhər dayandığının şahidi olarıq. Onlardan biri olan od 

özünün çoxsaylı həqiqi və məcazi mənaları ilə (ailə ocağı, ilahi başlanğıc, müqəddəs nur, cəhənnəm odu və s.) bəşəriyyətin 

istər mənəvi, istərsə  də maddi həyatında geniş  və  əhatəli təsir dairəsinə malikdir. Belə ki,  hər bir xalqın odla bağlı  

özünəməxsus inanc və etiqadları, əfsanə və əsatirləri vardır. Bunun olmamasını təsəvvür etmək belə, qeyri-mümkündür.  

Qədim misirlilər su ilə yanaşı odu da əsas paklıq vasitəsi saymış, onlar öz məbədlərində çoxlu qəndil və şam yandırmış, 

bəzi məbədlərdə hətta odun keşiyini çəkib onu sönməyə qoymamışlar. Misir panteonunda Osiris odu təcəssüm etdirmişdir.  

Hər bir xalq kimi ərəblərin də həyatında od və onun atributlarının böyük rolundan doğan inanclar olmuşdur. Yəni ərəb 

cəmiyyəti öz yaxın qonşuları olan İran və Azərbaycan rəsmi ideologiyasından müəyyən dərəcədə təsirlənsə də, olduqca isti 

Ərəbistan iqlimi, qızmar günəşin yandırıcı şüaları, od, ocaq anlamının ailə, qəbilə məfhumları ilə sıx bağlılığını və s. onlar 

arasında odla bağlı müəyyən adətlərin, inancların meydana çıxmasına səbəb olmuşdur.  

Sadaladıqlarımız təbii ki, ilk öncə  şifahi və yazılı  ədəbiyyat nümunələrində öz əksini tapmışdır. Bir çox ədiblər 

özlərinin  əsərlərində bu mövzuya toxunmuş  və müxtəlif araşdırmalar aparmışlar. Bu şəxslərdən biri də X əsrdə yaşayıb 

yaratmış və ərəb ədəbiyyatında esiklopedik şəxsiyyət kimi iz buraxmış Əbu Hilal əl-Əskəridir. “Kəlmələr cəsəd, mənalar isə 

ruhdur” prinsipi ilə kəlmələrin mənalarını araşdıran Əbu Hilal əl-Əskəri özünün "Divanül məani" əsərinin bir hissəsini odla 

bağlı  təsəvvürlərə  həsr etmişdir.  İlk öncə  ədib odun həqiqi mənasına toxunaraq, onun Allah tərəfindən böyük bir nemət 

olduğunu qeyd edir, bu məqamda “Qurani-Kərim”in “Əl-Vaqiə” surəsinin 71-ci ayəsini sitat gətirir (Yandırdığınız odu 

görmürsünüzmü?), odun yaşadığımız cəmiyyətdəki faydalarına toxunur ki, bu da odun həqiqi mənasını ələ alır. Hətta ədib 

odsuz yaşamağın qeyri-mümkünlüyünü qeyd edir. Buna görə  də  məcusilər odu insan üçün ən  əhəmiyyətli bir vasitə  və 

insanın yaxın dostu hesab etmişlər. Hətta bir kəs digərinə bir pislik etsə idi, ona odla qarğış yağdırardılar (Oddan məhrum 

olasan və s.).   

Əbu Hilal eyni zamanda odun bir başa axirətlə də əlaqəsinin olduğunu qeyd edərək, "Biz onu (sizi cəhənnəm odu ilə 

qorxutmaqdan ötrü) ibrət dərsi və  səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq” ayəsini (Vaqiə-73) dəlil olaraq 

gətirir. Qeyd olunduğu üzrə ayəni iki aspektdən ələ ala bilərik. Belə ki, dünyaya və axirətə baxan tərəflərini nəzərə alaraq, 

ədib Allaha itaət etməyənlər üçün cəhənnəmdə bir yurd olduğunu bizə izah etməyə çalışmışdır.  

Əbu Hilal əl-Əskəri eyni zamanda ona qədərki poeziya nümunələrindən də örnəklərlə odu təsvir etmişdir.  

Mutaz deyir:  

Bütün gecə qadınlar odu alovlandırır,  

Ona odun və kömür atırlar.  

Ocaq qızıldan ağaclar kimi yüksəlir. 

Beytdən də gördüyümüz kimi, şair odun şölələrini qızıldan ağaclara bənzədir və bu məqamda təşbehdən istifadə edir. 

Digər bir tərəfdən də, ocağın sönməməsi üçün onun qorunmasında qadınların mühüm rolunu qeyd edir.  

Əbu Hilal əl-Əskəri beytlərin bəzilərində ərəblərin adət-ənənəsinə də toxunmuş, həmin adətlərlə bağlı bəzi poeziya 

nümunələrini də əks etdirmişdir. Bununla bağlı Raşid demişdir: 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   730   731   732   733   734   735   736   737   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin