ƏRƏB VƏ AZƏRBAYCAN ƏDƏBİYYATINDA SİRƏ JANRININ
OXŞAR XÜSUSİYYƏTLƏRİ
Lalə BAYRAMOVA
AMEA, Şərqşünaslıq İnstitutu
l_b-lale@hotmail.com
Sirə janrının Azərbaycan və ərəb ədəbiyyatında mühüm rolu vardır. Azərbaycan ədəbiyyatında “dastan” termini ərəb
ədəbiyyatında “sirə” termininin ekvivalentidir. Azərbaycan və ərəb dastanları arasında kifayət qədər oxşar süjet və motivlər
mövcuddur. Müxtəlif coğrafi məkanda yaşadıqlarına baxmayaraq malik olduqları eyni həyat tərzi bu iki xalqda oxşar adət-
ənənə, oxşar fikir və düşüncə tərzi yaradıb və nəticədə bunlar öz əksini onların yaratdığı folklor nümunələrində, xüsusilə
dastanlarında tapıb. Hər iki xalqın dastanları onların köçəri həyat tərzindən qaynaqlanaraq şifahi və yazılı mədəniyyətinin
izlərini özündə təcəssüm etdirmişdir.
Dastanları bir-biri ilə eyniləşdirən ən mühüm cəhət isə motivlərdir. Xalq dastanlarının yaranmasının mühüm rolu olan
motivlər hər iki xalqın istər mədəniyyətində, istər genezisində, mənşəyində oxşar xüsussiyyətləri dəqiqliklə aşkar edir.
Digər oxşar cəhət olaraq hər iki xalqın ədəbiyyatında dastanlar nəsrlə nəzmin növbələşməsindən ibarətdir. Hər ikisi
oxşar kompozisiya və süjet xəttinə malidir. Məsələn, “Koroğlu” dastanında qollar, “Kitabi Dədə-Qorqud” da boylar, “
Əntərə” dastanında fəsillər hər biri müstəqil qəhrəmana, bitkin süjet xəttinə malik əsərlərdir və ardıcıl gələn boylar, qollar,
fəsillər bir-biri ilə mövzu cəhətdən sıx əlaqəlidir və biri digərini tamamlıyır. Bunu “ Əli Zibək ”, “ Zət əl-Himmə”, “ Bənu-
Hilal” dastanlarına aid edə bilərik.
Sirə janrına xas xüsusiyyətlərdən biri əsas qəhrəmanlarının igid, cəsur qəhrəman olması zəruridir. Sirə nümunələrinə
diqqət etsək görərik ki, ərəb və azərbaycan xalq sirələrinin əsas məzmununu qəhrəmanlıq təşkil edir.
Sirələrin əsas qəhrəmanları çox vəfalı, nəzakətli və vətənpərvərdirlər. Bunu biz “ Əli Zibək ”, “ Əz-Zahir Beybars ”,
“Əbu Seyf” və bir çox dastan nümunələrində şahidi oluruq.
Həmçinin sirə qəhrəmanları çox cəsurdular. Həmzə Əl-Pəhləvan romanında tarixi şəxsiyyət Həzrəti Həmzə qureyşin
dəyərli və hörmətli adamlarından idi. Bədr müharibəsində məğlub olmuş Əbu Süfyan Məkkə əhalisinin nəzərində
hökumətinin nüfuzunun zəiflədiyinə dözə biləyib Uhud dağı ətəyində Peyğəmbər(s) qonşunu ilə müharibə başlatdı.
Məhəmməd (s.a.s) Peyğəmbərin əmisi olan Həmzə cəsurcasına onlarla son axan qanınadək vuruşdu. Bu müharibədə
Peyğəmbərimiz(s) yaralandı, əmisi Həmzə ilə vəhşi qul Cubeyr ibni Mutim tərəfindən şəhid edildi. Azərbaycan
dastanlarında da Koroğlu kimi, Qaçaq Nəbi kimi cəsur qəhrəmann obrazları olmuşdur.
Hər iki xalqın dastanlarında bədii ifadə vasitələrinin – epitet, metafora, müqayisə, mübaliğə geniş işlədilmişdir. Təbiət
təsvirləri – toponomiya diqqəti xüsusi cəlb edir. Hər iki xalqın dastanlarında təsvir olunan mənalar bir-biri ilə çox
oxşardılar, ifadə vasitələrindən təzad hər iki xalqın sirəsi üçün xarakterikdir. Məsələn, varlı və kasıb, yaxşı və pis, qoca-
cavan və sairə təzadlarla zəngindirlər. Məsələn, Koroğlu gənc, güclü, Hasan paşa isə qoca gücsüzdür. Eyvaz gənc, qüvvətli,
Ərəb Reyhan isən qoca, lakin güclüdür, Əntərə cavan, igid, Malik isə qoca, lakin qüvvətlidir.
Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm nəzm hissələri olur. İstər Azərbaycan, istərsə də ərəb
qəhrəmanlıq dastanlarında hər hansı əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da
verilir. Hər iki xalqın dastan dili çox poetikdir. Dastanların poetik dili məcazların, mübaliğənin, metofaranın, bənzətmənin,
alleterasiyanın oxşarlığı ərəb və azərbaycan poeziyası arasında bağlılıq yaradır.
Azərbaycan dastanlarında nəzm hissəsi adətən qoşma və gəraylıdan ibarətdir.
Bir sözlə, hər iki xalqın dastanlarında oxşar xüsusiyyətlər yetərincədir. İstər ərəb, istərsə də Azərbaycan dastanlarında
feodalizm oxşar tarixi motivlərin ən əsası hesab oluna bilər. Hər iki xalq dünyagörüşünü bölüşüblər. Oxşar yaşayış tərzi
onların ədəbiyyatına əsrlər boyu təsir göstərmiş və göstərməkdədir.
|