II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
409
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
ZUR-RUMMƏ DİVANININ ŞƏRHİNDƏ XƏTİB TƏBRİZİ TƏRƏFİNDƏN
GƏTİRİLƏN ŞƏVAHİDLƏR
Leyla MƏMMƏDZADƏ
AMEA, Şərqşünaslıq İnstitutu
leylamemmedzade@ymail.com
Ərəb şərhçiliyinin yaranması əslində dilin özünəməxsus xüsusiyyətləri ilə şərtlənmişdir. Ərəb dilindəki sözlərin daxili
fleksiyaya uğraması, söz bazasının zənginliyi, sinonimlərin sayının çox olması vəs. dili anlama cəhətdən mürəkkəbləşdirir.
Bu səbəbdən başda Quran olmaqla digər qiymətli ədəbi abidələr təhrif olunma, daşıdığı mənadan uzaqlaşma təhlükəsi
qarşısında qalmışdır. Bunun qarşısını almaq üçün ilk əvvəl kiçik haşiyələrdə qısa qeydlər verilərək (bu səbəbdən şərhçilik
bəzən haşiyə ədəbiyyatı da adlanır) şərhlər yazılmağa başlayır. X əsrdə isə sözün əsl mənasında ərəb şərh ədəbiyyatının
əsası qoyulmuşdur.
Ərəb şərhçilik sənəti ərəb ədəbi tənqidinin tərkib hissəsi olub, bir çox divanın mənasını aydınlaşdırmaq, xüsusən də
qədim şairlərin yaradıcılığını anlamaq, bu yaradıcılığa daha dərindən bələd olmaq üçün əlimizdə olan ən mühüm mənbədir.
Məhz bu şərhlər vasitəsilə arxaik kəlimələr, aydın olmayan məcazlar, istiarələr və başqa ədəbi formalar üzə çıxır. Yəni belə
demək mümküdür ki, ərəb tənqidi ərəb filologiyasından törəmişdir (Фильштинский И.М, 1965,459). Çünki ilk şərhçilər və
tənqidçilər məhz filoloqlar olmuşlar.
Bildiyimiz kimi məşhur Azərbaycan alimi, filoloqu olan Xətib Təbrizi ərəb şərhçilik elminə öz qiymətsiz əsərləri ilə
böyük töfhələr vermiş, bu elmi zənginləşdirmişdir. Onun şərhləri özündən əvvəlkilərdən bir çox məziyyətləri ilə
seçilirdi:əvvəla bu təhlillər daha dəqiq və əsaslandırılmış idi, əvvəlkilərdən fərqli olaraq şərhlər bir istiqamətdə aparılmamış,
hərtərəfli şərh metodundan istifadə edilmişdir. Xətib Təbrizi əsərləri həm dilçilik, həm ədəbiyyatşünaslıq, həm tarixi, həm
ictimai mühitlə, həm fəlsəfə, həm etnoqrafiya, həm də folklorla bağlı şəkildə tədqiq edən şərhçi idi ( M.Mаhmudov, 1972,
54). Bu səbəbdən ərəb şərhçiliyi dedikdə ağıla gələn ilk isim Xətib Təbrizidir.
Burada təhlil ediləcək şərh Azərbaycan ədəbiyyatşünaslığına bugünə qədər məlum olmamışdır. Bu, X.Təbrizinin
məşhur ərəb şairi Zur-Rummənin divanına yazdığı şərhdir. Bildyimiz kimi divana yazılan şərhlərdə hər beytin mənası
açıqlanır, ğərib və ümumişlək olmayan sözlərin izahı göstərilir, yəni leksik və morfoloji açıqlamalar olur. Bütün bunları
oxucuya daha aydın başa salmaqdan ötrü bəzən müəyyən mənbələrə istinad edilir -bu istinad şəvahid adlanır. Bu istinadlar
Quran ayələrinə, hədislərə, hikmətli məsəllərə və müxtəlif şairlərin(əsasən cahiliyyə dövrü) şerlərinə edilir. Adı çəkilən
əsərin Xətib Təbrizi tərəfindən tərtib edilən müqəddiməsində 90 ədəd şəvahid qeyd edilmişdir. Bunların arasında həm
cahiliyyə, həm muxadramun, həm də əməvi dövrünə aid şairlərin beytlərinə nümunələr gətirilmişdir. Əsərdə ümumilikdə 19
dəfə cahiliyyə şairlərinə, 18 dəfə muxadramun, 29 dəfə Əməvi şerinə,20 dəfə müəllifi göstərilməmiş qafiyələrə istinad
edilib. Bundan əlavə Qurani-Kərimə 5 dəfə istinad edilmişdir. Şairlərdən ən çox Rubədən şəvahid gətirilmişdir (10 dəfə).
Biz, bu araşdırmada Quran ayələrinə edilən istinadlardan nümunələr göstərmək istərdik. Təəccüblü deyil ki, heç bir
təhrifə məruz qalmayan, Allahın özü tərəfindən hifz edilən, ərəb və islam mədəniyyətinin ən dəyərli ədəbi abidəsi olan
Quran, ərəb və müsəlman alimlərinin ilk istinad nöqtəsi idi. Ümumiyyətlə ərəb dilinin qrammatik meyarları Qurana əsasən
müəyyənləşdirilib.
Gəlin bu beytə nəzər salaq:
ﻖﻄﻨﻳ نﺎآ ﻮﻟ ءاﺮﻀﺨﻟا ﻲﻓ ﻩﺎﻳا و ﺎﻬﻧﺎآ مﻮﺠﻨﻟا ىﺮﻐﺻ ﻦﻣ ﻦﻳﺮﺸﻌﺑ
Elə bil o, səmada iyirmi xırda ulduzla söhbətləşir
لﻮﻘﻳ
:
ﻦﻣ نوﺮﺸﻋ ناﺮﺑﺪﻟا ﻊﻣ
"
ىﺮﻐﺻ
"
مﻮﺠﻨﻟا
.
و
"
مﻮﺠﻨﻟا ىﺮﻐﺻ
: "
ﻊﻤﺟ
.
ﻰﻟﺎﻌﺗ ﻪﻟﻮﻘآ
:
﴾ ﻰﻨﺼﺤﻟا ءﺎﻤﺳا ﷲ و ﴿
.
ف
"
ﻰﻨﺴﺤﻟا
"
ﻊﻤﺟ
.
و مﻮﺠﻨﻟا نﺄآ لﻮﻘﻳ
لا ﻲﻓ ناﺮﺑﺪﻟا
"
ءاﺮﻀﺧ
."
ءﺎﻤﺴﻟا ﻲه و
.
(يﺰﻳﺮﺒﺘﻟا ﺐﻴﻄﺨﻟا ,1996,177)
Şərhin məzmunu: Əldəbaran (astr. Buğa bürcü) iyirmi xırda ulduzdan ibarədir. Burada müəllif xırda ulduzlar( ىﺮﻐﺻ
مﻮﺠﻨﻟا) ifadəsinin qrammatik izahını verir. Gördüyümüz kimi bu mürəkkəb sifətdir. ىﺮﻐﺻ sifətin üstünlük dərəcəsini
(müənnəsdə) göstərən ﻰﻠﻌﻓ modelinə uyğundur. مﻮﺠﻧ isə ﻢﺠﻧ sözünün cəmi olub ulduzlar mənasını ifadə edir və ىﺮﻐﺻ sifəti
ilə uzlaşır. X.Təbrizi bu uzlaşmanı daha aydın şəkildə izah etmək üçün misal olaraq Qurandan bir ayə göstərir: “Ən gözəl
adlar (
ﻰﻨﺴﺤﻟا ءﺎﻤﺳا ) Allahındır.” (Qurani-Kərim,7/180). Həmin ayədə də məhz buna bənzər birləşmə (ﻰﻨﺴﺤﻟا ءﺎﻤﺳا)
işlənmişdir. Daha sonra səma ءاﺮﻀﺨﻟا sözünün mənasını izah edir, onun səma ٌءﺎَﻤَﺳ kəliməsiylə sinonim olduğunu
göstərir.Gördüyümüz kimi burada Quran ayəsinə sözün, birləşmənin qrammatik izahını vermək üçün müraciət edilmişdir.
Digər bir beytə nəzər salaq:
سراﻮﻔﻟا ﻦﻬﻧﺎﻤﻳا ﻦﻋ و ﻻﺎﻤﺷ فﺮﺸﻣ زاﻮﺟا ﻦﺿﺮﻘﻳ ﻦﻌﻇ ﻰﻟا
Dəvə belindəki qadınlara baxsaydın onların
|