II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
419
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
səmərəli istifadə intellektual əmək bazarında məşğulluğun tənzimlənməsinə, həmçinin yeni texnika və texnologiyalar, yeni
məhsullar hazırlamaqla yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir və eyni zamanda yüksək ixtisaslı kadr-lara tələbi
artırır. İnkişaf etmiş və etməkdə olan ölkələrdə elmi tədqiqat və işləmələrlə məşğul olanların sayının artdığı bir şəraitdə
respublikamızda onların sayının azalması həm intellektual əmək bazarında, həm də elmi-texniki məhsul ba-zarında
tarazlığın pozulması ilə nəticələnəcəkdir. Həmçinin, onu da qeyd edək ki, elmim kadrların hazırlığı hər hansı bir dövlətin
davamlı inkişafının əsasını təşkil etməklə, cəmiyyətdə xüsusilə, elm və texnika sahəsində baş verən sürətli ye-niləşmə
prosesi, yaranan yeni texnika və texnologiyaların qısa ömürlü olması, yeni elm sahələrinin ixtisas və peşələrin meydana
gəlməsi elmi kadr hazırlığı sahəsində düzgün kadr siyasətinin aparılmasını tələb edir. Yəni, kadr hazırlığı pro-sesində özəl
təhsil müəssisələrinə yüksək ixtisaslı kadr hazırlanması üzrə dövlət planına cəlb edilmə hesab edirik ki, düz-gün mövqedir.
Özəl təhsil müəssisələrimizin bu aspektdə genişlənən şəbəkəsi və fəaliyyəti hesab edirik ki, ümumi kadr hazırlığı
probleminin keyfiyyət məsələsini asanlıqla həll edə biləcəkdir.
Dostları ilə paylaş: |