Microsoft Word Materiallar Full


İQTİSADİ İNKİŞAFDA İNSAN KAPİTALININ ROLU



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə748/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   744   745   746   747   748   749   750   751   ...   1149
İQTİSADİ İNKİŞAFDA İNSAN KAPİTALININ ROLU 

 

Altay İSMAYILOV 

Qafqaz Universiteti 



aismayilov@qu.edu az 

 

İqtisadi artımın  ən mühüm ünsürlərindən biri şüphəsiz ölkənin sahib olduğu kapital imkanlarıdır.  Ənənəvi iqtisadi 



ədəbiyyatda inkişafdan geri qalmış ölkələrdə bu geriliyin əsas səbəbi olaraq fiziki kapital imkanlarının çatışmamazlığı 

üzərində durulmuşdur. Çünkü ümumiyyətlə kapital dedikdə ilkin olaraq istehsalda birbaşa istifadə olunan maşın,dəzgah, 

təchizat v.s. ilə pul kimi dəyərlər nəzərdə tutulur. Amma muasir iqtisadi yanaşmalarda yaxşı hazırlanmış savadlı kadr, insan 

kapitalı istehsalda sadəcə  səmərəliliyin artmasına gətirib çıxaran bir amil olmaqla kifayətlənməyib, eyni zamanda yeni 

istehsal metdolarının, texnoloji kəşflərin ortaya çıxmasının əsas təkanverici qüvvəsi olaraq ələ alınır. 

İnsan kapitalı anlayışı iqtisadi ədəbiyyatda 1960- cı illərin  əvvəlində Schultz və Denisonun nəzəri və empirik tədqi-

qatlarıyla yerini almışdır. Bu tədqiqatlarda iqtisadi artımın bir hissəsi fiziki sərmayə ilə izah olunarkən, digər hissəsi də 

insan kapitalıyla izah edilmiş və "İnsan Kapitalı Nəzəriyyəsi" ortaya çıxmışdır. Schultz insan kapitalıyla əlaqədar əsə-rində 

iqtisadi inkişafdan geri qalmış ölkələrdə sosial-iqtisadi inkişafın önündəki ən böyük əngəlin fiziki sərmayə yetər-sizliyindən 

daha çox insan kapitalındaki keyfiyyət problemi üzərində durmuşdur. Buna görə insan kapitalına qoyulan investisiya 

istehsalda artıma gətirib çıxarır. Bu nəzəriyyə ilkin olaraq təhsil və səhiyyə kimi 2 əsas amil üzərində durmuş-dur. 1980- ci 

illərin sonlarından etibarən təhsilli, sağlam və keyfiyyətli  əmək faktoru kimi qiymətləndirilən insan kapitalı iqtisadi artımın 

əsas təkanverici qüvvəsi olaraq ələ alınmışdır. Dünya bankı bu istiqamətdə bir sıra göstəricidən istifadə etməklə ölkələrə 

görə hər il dəyəri 0-1 arasında yer alan bir indeks- insan kapitlının inkişafı indeksi- hesablayır. 

İqtisadi  ədəbiyyatda insan kapitalına fərqli təriflər verilmişdir. Bu təriflər ümumiləşdiriləcək olursa, insan kapitalı 

istehsal prossesində yer alan əmək amilinin sahib olduğu və digər istehsal amillərindən daha səmərəli istifadə edilməsinə 

gətirib çıxaran bilik, bacarıq, təcrübə, peşəkarlıq, sağlamlıq səviyyəsinə bağlı olaraq yaratdığı əlavə dəyər olaraq ifadə edilə 

bilər. 


İnsan kapitalının kəmiyyət göstəriciləri, yəni ölçüləbilirliyi bir sıra amillərə bağlı olaraq reallaşdırılır. Bu göstəri-cinin 

müəyyənləşdirilməsində,qeyd olunduğu kimi, ən çox təhsil üzərində durulur. Bu baxımdan insan kapitalının for-

malaşmasında mövcüd təhsil səviyyəsi ilə təhsilə yatırılan investisiyalar əsaslı amillər olaraq önə çıxır. Təhsil səviyyəsində bir 

sıra göstəricilərlə,  əsasən oxumaq-yazmaq səviyyəsi  ələ alınır.  İnvestisiya göstəriciləri isə maddi və maddi olmayan 

göstəricilər olmaqla ikiyə ayrılır. Maddi göstəricilər ümumilikdə təhsillə əlaqədar əmtəə xə xidmətlərə sərf oluna dövlət və 

özəl sektor xərcləri, insan kapitalının inkişafına sərf olunan xərclər yer alır. Buna görə maddi göstəricilər olaraq UDM-də 

təhsilin payı, tələbə-şagird başına təhsil xərcləri, şirkətlərin təhsilə ayırdıqları xərclər ələ alınır. Maddi olmayan göstəri-cilər 

olaraq isə işlə əlaqədar təhsil fəaliyyətlərində iştirak, təhsilə ayrılan zaman və s. kimi göstəricilər üzərində durulur.  

İnsan kapitalının keyfiyyətindəki artım yalnız təhsillə deyil, bu istiqamətə yönəldilən bütün xidmətlərin məcmusuyla 

əlaqədardır. Belə ki, səhiyyə, aktiv əhalinin payı, beyin köçü və s. kimi ünsürlər də insan kapitalına təsir edən amillər 

arasında yer alır. Səhiyyəyə bağlı olaraq insan kapitalının inkişafı qidalanma səviyyəsi, orta ömür müddəti kimi bir sıra 

göstəricilər çərçivəsində  ələ alınır. Beyin köçünə  gəlincə Lucasa görə bu hal köç verən yoxsul ölkələrdə yoxsulluğun 

davamlılığına gətirib çıxrmaqda, köç alan ölkə iqtisadiyyatlarının isə inkişafına gətirib çıxaran bir amil olaraq qiymətlən-

dirilir. Təbiidir ki,insan kapitalını  dəstəkləyəcək tədbirlər alınmazsa, bu kapitalın önəmli bir qisminin xaricə  çıxmasının 

qarşısını almaq mümkün olmayacaqdır. 

Məlumdur ki, İEÖ-lərdə informasiya texnologiyalarının (IT) istehsalı yüksək həcmdəki tədqiqat və inkişaf (R&D) 

xərcləri ilə dəstəklənir. Bu ölkələrdə tədqiqat və inkişaf (R&D) xərclərinin ÜDM-dəki payı 1.5-2% ikən, İEOÖ-lərdə isə bu 

nisbət 0.05%-in altındadır. Bunun məntiqi nəticəsi olaraq dünyadakı məcmu tədqiqat və inkişaf (R&D) xərclərinin 95%-ni 





Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   744   745   746   747   748   749   750   751   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin