II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
429
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
daxildir: təbii cisim və hadisələr, ictimai hadisələr, ictimai – iqtisadi münasibətlər, siyasi və ideoloji mühit, məişət, maddi və
mənəvi mədəniyyət – bunların hamısı mühit anlayışına aiddir. Ətraf mühitin bu cür amilləri adamın şəxsiyyətinə, onun
formalaşmasına müəyyən təsir edir. Müstəqil inkişaf yoluna qədəm qoymuş ölkələrin vətəndaşlarında da bir sıra
xüsusiyyətlərformalaşır: vətənpərvərlik güclənir, ölkənin tam suverenliyinə can atılır, xarici müəssisələri milliləşdirməyə
meyl artır, milli kadrlar hazırlamaq arzusunda olur, sosial, iqtisadi və mədəni inkişaf səviyyəsini artırmaq meyli güclənir.
Şəxsiyyətin bu və ya digər istiqamətdə formalaşmasına təkan verən mühit amillərindən biri vətəndaşların əmək hüququ
ilə, əmək şəraiti ilə əlaqədardır. Faktlar göstərir ki, təminatlı iş şəxsiyyətdə faydalı xüsusiyyətlərin yaranmasına şərait
yaradır. Belə halda adam əməyinə yalnız yaşamaq, öz ailəsini dolandırmaq vasitəsi kimi deyil, həm də ictimai sərvətləri
artırmaq vasitəsi, xalqın rifahını yüksəltmək vasitəsi kimi baxır.Öz peşəsinə xüsusi qayğı ilə yanaşır, daha yaxşı nəticələr
əldə etmək üçün çalışır.
Həmin şəxsdəcəmiyyətə yararlı olmaq istəyiartır ki, bunun da nəticəsində hərtərəfli inkişafa nail olmuş bir şəxsiyyət
formalaşır. Mənəvi mədəniyyət də məhz mühit anlayışına daxildir. İnsan hər bir kollektivə daxil olarkən həmin kollektivin
davranış tərzinə uyğunlaşmağa çalışır. Həmin kollektivdə olan sağlam və ya qeyri sağlam mühit şəxsin davranışlarına əsaslı
təsir edir. Təbii ki, sağlam mühit olduqda mənəvi mədəniyyət də formalaşmağa başlayacaq. Həmçinin müasir dövrdə
mövcud olan bir sıra mənfiliklər narkomaniya kimi hallar da həmin mühitə düşmüş şəxslərin çoxu da yeniyetmələrin
şəxsiyyət kimi inkişafına mənfi təsir edir. Tərbiyəsində bir sıra pozuntuların mövcudluğuna gətirib çıxarır. Bu cür mühitin
formalaşmasına qarşı bütün dünyada mübarizə aparılmaqdadır.
Məlum olduğu kimi, hazırda ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verilir. Ölkəmiz müstəqilliyini
qazandığı ilk illərdə də, bu məsələ dövlətin daim diqqətində olub. Hələ Azərbaycan Ümumilli Lideri Heydər Əliyevin
dövründə narkotiklərlə mübarizə istiqamətində xeyli işlər
görülüb.
Ümumilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni
ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin "Narkotik vasitələrin və
narkomanlığın yayılması ilə mübarizə üzrə dövlət proqramının (2007-2012-ci illər) təsdiq edilməsi barədə" sərəncamın
imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Gənclər narkomaniya əleyhinə kitabları, broşüraları
oxuduqda narkotik maddələrin istifadəsindən uzaq olurlar. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin,
xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var.
Bu hal adamların istirahəti ilə əlaqədar da müşahidə edilir. Məzuniyyət zamanı və asudə vaxtda istirahətin məzmunu,
passiv və ya fəal istirahət, mədəni – maarif və sağlamlıq müəssisələrinin, idman meydançalarının, yaşayış yerlərində
istirahət üçün əlverişli imkanların olub –olmaması adamların şəxsiyyətinə güclü təsir göstərir. Bu cür faktlardan görünür ki,
adamlarda mənəvi, əxlaqi, estetik, fiziki və.s keyfiyyətlərin formalaşmasına ətraf mühit təsir göstərir. Ətraf mühitin amilləri
həmin keyfiyyətlərin adamda baş qaldırmasına, yaranmasına təkan verir.
Dostları ilə paylaş: |