İNSAN AMİLİNİN AHƏNGDAR İNKİŞAFININ ƏSAS VƏZİFƏSİ
Təkminə CABBAROVA
Azərbaycan Dövlət Pedaqoji Universiteti
tcabbarova@bk.ru
Təhsil əsri hesab olunan XXI əsrdə insan amilinin formalaşması bir çox mühüm problemlərin: insan və texnika, insan
və təbiət, insan və dünya, insan və müasir sivilizasiya və s. anlayışların qlobal modernləşməsinin (bilik və qiymətləndirmə
arasında olan nisbət, aksiologiyanın formalaşması, bilik və həqiqət arasında mövcud olan nisbət, insan amili və insan
aliliyinin formalaşması meyli) elmi praktik həllini tələb edir.
Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, Azərbaycan müstəqil dövlət kimi yeni iqtisadi, siyasi yol ilə gedərək dünyanın
bütün ölkələrinin, xüsusən qərb ölkələrinin təcrübəsindən istifadə etməyə çalışır və təhsilin də təkmilləşdirilməsində bu
təcrübədən istifadə etmək lazımdır. Bu fikirləri yaradıcılıqla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev cənabları qeyd edir ki, Azərbaycan təhsil sisteminin qarşısında insan kapitalının yaradılması probleminin həlli əsas
məqsədimizdir, bunun üçün müasir elmi-texniki tərəqqinin bütün yeniliklərini bilmək, onları qavramaq, qabaqcıl ali
məktəblərlə əlaqə yaratmaq təhsil prosesinin inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan da məhz bu yolu seçibdir.
İnsan amilini – insan kapitalı kimi yetişdirmək üçün yeni pedaqoji təfəkkürün formalaşdırılması zamanın vacib
problemi olaraq ön plana çıxır. Qarşıda duran bu mühüm vəzifələr idrak prosesi olan təlimi müasir dövrün tələbləri
səviyyəsində təşkil etməklə həyata keçirilir.
İdrak prosesi olan təlim daim yeni biliklərin öyrənilməsini həyata keçirdiyi üçün məhz yeni pedaqoji təfəkkürün
formalaşmasına xidmət edir. İnsana məxsus olan təfəkkür fəaliyyət prosesində formalaşdığı üçün məhz pedaqoji təfəkkür də
pedaqoji fəaliyyət prosesində formalaşır. Məsələn, şagirdlərin şəxsi təcrübəsi ilə qazandıqları biliklər arasındakı idrak
məsələlərini həll etmək imkanları arasındakı ziddiyyətlər canlı idrak prosesini təşkil edir. Bu zaman şagirdlər axtarışlar
|