Microsoft Word Materiallar Full


II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 18,89 Mb.
Pdf görüntüsü
səhifə770/1149
tarix30.12.2021
ölçüsü18,89 Mb.
#20088
1   ...   766   767   768   769   770   771   772   773   ...   1149
II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

430 


 Qafqaz University                         

          18-19 April 2014, Baku, Azerbaijan 

aparır, məqsədə nail olmaq üçün yollar tapır. Pedaqoji prosesin bu hərəkətverici qüvvəsi şagirdlərin biliyə yiyələnməsi – 

yeni pedaqoji təfəkkürün formalaşması imkanlarını meydana çıxarır:  

1. Şagirdlərin yiyələnmiş olduğu biliyin səviyyəsinin yeni biliyin qazanılmasında yaratdığı imkan; 

2. Qazanılmış biliklərdən yeni bilklərə yiyələnmə zamanı istifadə etmək imkanı; 

3. Şagirdlərin öyrənməyə olan tələbat səviyyəsi ilə əldə olunmuş yeni biliyin səviyyəsi arasında yaranan imkan. 

Pedaqoji prosesin pedaqoji təfəkkürün formalaşdırılması prosesi olması V.İ.Leninin Hegelin nəzəriyyəsinə istinadən 

formalaşdığı “Canlı seyrdən abstrak təfəkkürə və ondan praktikaya -  hərəkəti dərk etməyin, obyektiv reallığı dərk etməyin 

yolu belədir” tezisində təsdiqini tapır.  

Canlı müşahidə bilik mənbəyi kimi duyğulardan ibarət olduğu üçün klassik pedaqoqlar duyğuları əqlin bələdçisi, əqlə 

açılan pəncərə, xarici aləmlə təfəkkür arasında qaynaqlar adlandırmışlar.  

Abstrak təfəkkür isə müşahidə olunmuş fakt və hadisələri saf-çürük edərək qanunauyğunluqları müəyyənləşdirir, nəzəri 

fərziyyələri irəli sürür, ümumiləşmiş qanunlar nəticə kimi meydana çıxır. Əlbəttə, idrak prosesi son mərhələdə müşahidə və 

abstrakt təfəkkürün nəticələrini praktikada öyrənməklə dəqiqləşdirir. Təlim zamanı həyata keçirilən təhsilləndirmə prosesi 

praktik fəaliyyət olduğu üçün yeni pedaqoji təfəkkürün formalaşdırılması prosesidir. Bu prosesdə  şagirdlər biliksizlikdən 

bilikliliyə doğru inkişaf edirlər.  

XXI əsrin ilk mərhələsindən başlayaraq Azərbaycanın siyasi və iqtisadi imkanlarının gücləndirilməsi, onun əhalisinin 

rifah halının yaxşılaşdırılması perspektivləri ilə tarixə daxil olunmuşdur. Qloballaşma yolu ilə inkişaf edən, dünyada 

beynəlxalq rəqabətə uyğunlaşma qabiliyyəti Azərbaycanın uğurlu və davamlı siyasətinin  ən mühüm amilinə çevrilmişdir. 

İnkişaf etmiş ölkənin başlıca rəqabət üstünlüyü əsasən təhsillə müəyyənləşən insan amilinin potensial inkişafı ilə bağlıdır. 

İstehsalın kəmiyyət və keyfiyyət etibarilə sürətlə artan tələbatı elmin, biliyin və təhsilin paradiqmasını dəyişir. Ona görə də 

müasir dövrümüzdə ağlın çevikliyinə, dərinliyinə, genişliyinə, məntiqiliyinə, tənqidiliyinə, peşəkarlığına, məsuliyyətliyinə, 

mənəviliyinə keyfiyyətli təhsil sayəsində nail olmağa tələbat artır.  Müasir həyat tərzi təhsildən daha dinamik, daha çevik, 

sosial, elmi-texniki, texnoloji, ekoloji tələbatları, innovasiyaları və beynəlxalq rəqabətə daha həssas yanaşmağı tələb edir.  

Dünyada bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da təhsilə yüksək faydalı münasibətin artması, təhsili müasir 

informasiya və kommunikasiya texnologiyaları bazasında qurmaqda dövlətin və hökumətin rolu yüksək səviyyədə 

artmışdır.  

Bazar iqtisadiyyatının inkişafının müasir səviyyəsi keyfiyyətli təhsili, yüksək  keyfiyyətli bilik üzərində qurulan iqtisadi 

cəmiyyət üçün dövrün tələbatını  ödəyə bilən mütəxəssislərin hazırlanmasını tələb edir. Azərbaycanda təhsil sistemi qlobal 

dünya bazarına daxil olmaq əzmi ilə təhsil sisteminin inkişafının əsas problemlərini həyata keçirməyə başlamışdır:  

1.  İnsan kapitalının ölkə  vətəndaşlarının rifahının yüksəldilməsi ilə bağlılığını  təmin edən mexanizminin yaradılması 

problemi. 

2. Təhsilin məzmunu, təhsil texnologiyaları, bütün strukturu, kadr potensialının səviyyəsi ilə iqtisadiyyatın tələbləri 

arasında dərinləşən münasibət problemi. 

3. Təhsil sferasında dövlətin idarəçilik rolunun yeni məzmun kəsb etməsi problemi və s.  

Müasir mərhələdə çox qəribə paradoks meydana çıxır, niyə bir sıra humanitar elmlər sosial-mənəvi tələbat olan 

təfəkkürü yox, məhz təhsili obyekt kimi götürürlər. Təfəkkürü formalaşdıran təhsil insana məxsusdur, yəni insandan 

kənarda nə  təfəkkür, nə  də  təhsil yoxdur. İnsandan kənarda mövcud olan nəzəri və  təcrübi qanunauyğunluqlar təbiət və 

cəmiyyət hadisələridir ki, məhz onları  təfəkkür sayəsində öyrənəndən sonra təhsilə çevrilir. Bu məqsədlə Azərbaycan 

Respublikasının Prezidenti İlham Əliyev cənablarının “İnsan amilini insan kapitalı kimi yetişdirmək” tezisi belə bir inam 

yaradır ki, bu gün təhsili həqiqətən həm dəyər, həm insanın mədəni komponenti, həm də insan kapitalının yığımı kimi başa 

düşmək  çox vacibdir. Təhsil insanın mənimsədiyi bilik, bacarıq, vərdişlər şüurlu fəaliyyət zamanı qazanılan təcrübə yeni 

pedaqoji təfəkkürün formalaşmasını təsdiq edir.  

 

 




Yüklə 18,89 Mb.

Dostları ilə paylaş:
1   ...   766   767   768   769   770   771   772   773   ...   1149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin